Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın
rəsmi reyestrləri,
onların tərtib edilməsi və aparılması Qaydaları”nın
təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı
və gənc nəsil yazıçı,
rəssam və bəstəkarların yaradıcılıq
fəaliyyətini təmin etmək üçün xüsusi
təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişiklik və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının 2007-ci il
5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli
615 nömrəli, “Turizm
və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin
təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan
Respublikası Mənzil
Məcəlləsinin icrasının
təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli
272 nömrəli, “Daşınmaz
dövlət əmlakı
obyektlərinin müsabiqə
əsasında icarəyə
verilməsi Qaydaları”nın
təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar əlavə tədbirlər
barədə” 2011-ci il
15 fevral tarixli 382 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 11
aprel tarixli 564 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 4, maddə 326; 2008, ¹ 6, maddə 495, ¹ 11, maddələr
969, 980; 2013, ¹ 6, maddə 656; 2014, ¹ 10, maddə 1176; 2016, ¹ 2 (II kitab),
maddə 243, ¹ 3, maddə
457, ¹ 8, maddə 1376; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə
208, ¹ 9, maddə 1840; 2020, ¹ 9, maddə 1140) ilə təsdiq edilmiş Əlavə 2 - “Daşınar
əmlakın rəsmi
reyestrlərində qeydiyyata
alınan əmlak növlərinin və onların qeydiyyatını
aparan inzibati orqanların Siyahısı”nın
“Daşınar əmlakın
rəsmi reyestrlərini
aparan inzibati orqanların adları” sütununda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 13-cü və 14-cü hissələrdən
“və Turizm” sözləri çıxarılsın;
1.2. 16-cı hissədə “və Turizm Nazirliyi” sözləri “Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi (tabeliyindəki dövlət qoruqlarına
münasibətdə), “İçərişəhər”
Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi (“İçərişəhər”
Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisinə münasibətdə)”
sözləri ilə əvəz edilsin.
2. “Yaşlı və gənc nəsil yazıçı, rəssam
və bəstəkarların
yaradıcılıq fəaliyyətini
təmin etmək üçün xüsusi
təqaüd fondu haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 avqust tarixli 612 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 8, maddə
760) 2-ci hissəsindən və
həmin Fərmanla təsdiq edilmiş “Yaşlı və gənc nəsil yazıçı, rəssam
və bəstəkarların
yaradıcılıq fəaliyyətini
təmin etmək üçün xüsusi
təqaüd fondundan istifadə Qaydaları”nın
1.5-ci, 1.6-cı, 3.2-ci bəndlərindən
“və Turizm” sözləri çıxarılsın.
3. “Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişiklik
və əlavələr
edilməsi barədə”
Azərbaycan Respublikasının
2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16
avqust tarixli 615 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 8, maddə 763) 2.3-cü bəndində “Mədəniyyət
və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 20
iyun tarixli 773 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 6, maddə 491; 2016, ¹ 11, maddə 1801; 2020, ¹ 1, maddə
8) ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 1.3-cü,
3.1-ci, 6.2-ci, 6.5-ci bəndlərdə,
6.6.1-ci, 6.6.4-cü, 6.8.1-ci, 6.8.2-ci, 6.8.9-cu, 6.8.12-ci yarımbəndlərdə, 6.10-cu bənddə, 6.12-ci bəndin
birinci və ikinci cümlələrində,
7.4-cü bəndin birinci
cümləsində, 7.8.1-ci yarımbəndin ikinci və üçüncü
cümlələrində, 7.8.4-cü yarımbənddə, 8.2-ci bənddə
ismin müvafiq hallarında “Mədəniyyət
və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət
Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2. 6.4-cü
bəndin birinci cümləsində “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri” sözləri “Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası
Mənzil Məcəlləsinin
icrasının təmin
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 24
may tarixli 272 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 5, maddə
401; 2012, ¹ 11, maddə 1086; 2013, ¹ 5, maddə 499; 2015, ¹ 9, maddə
998; 2018, ¹ 11, maddə 2243; 2019, ¹ 3, maddə 417, ¹ 5, maddələr
820, 826) 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərindən “və
Turizm” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 22
iyun tarixli 284 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 6, maddə 499; 2014, ¹ 11, maddə 1423; 2015, ¹ 9, maddə
1007; 2016, ¹ 2 (II kitab), maddə
235; 2019, ¹ 5, maddə 826) ilə
təsdiq edilmiş “Daşınmaz dövlət
əmlakı obyektlərinin
müsabiqə əsasında
icarəyə verilməsi
Qaydaları”nın 1.4-cü bəndinin beşinci abzasından “və Turizm” sözləri çıxarılsın.
7. “Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə
86; 2016, ¹ 2 (II kitab), maddə
245) 1.10-cu bəndindən “və
Turizm” sözləri çıxarılsın və həmin bəndə “və yerli” sözlərindən
əvvəl “, Azərbaycan
Respublikasının Dövlət
Turizm Agentliyi” sözləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.2.