“Qeyri-hökumət təşkilatlarına
elektron xidmətlərin
göstərilməsinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
20 noyabr tarixli 26 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 156-VIQD nömrəli
və “Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli
qanunlarının icrası
ilə əlaqədar
qərara alıram:
“Qeyri-hökumət
təşkilatlarına elektron
xidmətlərin göstərilməsinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
20 noyabr tarixli 26 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 11, maddə 1330; 2017, ¹ 11, maddə 1995) aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“3.3. qeyri-hökumət təşkilatları
tərəfindən qrant
müqavilələrinin (qərarlarının),
xarici maliyyə mənbələri hesabına
xidmətlərin göstərilməsi
və ya işlərin görülməsi
haqqında müqavilələrin
qeydə alınmaq üçün təqdim
edilməsi, Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən
qeydə alınması
və qrantların, xidmət müqavilələrinin
və ianələrin
reyestrinə daxil edilməsi;”.
2. Aşağıdakı
məzmunda 3.3-1-ci və
3.3-2-ci bəndlər əlavə
edilsin:
“3.3-1. qəbul etdiyi ianələrin məbləği
və ianəni vermiş şəxslər
barədə məlumatların
qeyri-hökumət təşkilatları
tərəfindən təqdim
edilməsi və bu məlumatların Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
tərəfindən qrantların,
xidmət müqavilələrinin
və ianələrin
reyestrinə daxil edilməsi;
3.3-2. qeyri-hökumət təşkilatlarının
təsis sənədlərində
edilən dəyişikliklərin,
eləcə də qeydə alınmış
faktların hər bir sonrakı dəyişikliklərinin dövlət
qeydiyyatı;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.2.