Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və
məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramının
təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan
Respublikası regionlarının,
o cümlədən Qəbələ, İsmayıllı,
Oğuz və Şamaxı rayonlarının
sosial iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında”
2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsi üzrə
Dövlət Proqramı”nın təsdiq
edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan
Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
Hökumət Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il
26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında
insan hüquqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında”
2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə
nəzarət üzrə
Dövlət Komissiyası
haqqında” 2007-ci il
28
fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 7, maddə
540; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 2, maddə 87, ¹ 10, maddə
1011; 2008, ¹ 3, maddə 168; 2009, ¹ 6, maddə 424; 2011, ¹ 2, maddələr
85, 134; 2017, ¹ 3, maddə 353; 2019, ¹ 5, maddə 911) ilə təsdiq edilmiş “Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”nın
1.8-ci bəndinin “İcraçılar”
sütunundan “və Turizm” sözləri çıxarılsın, 2.19-cu və 3.7-ci
bəndlərinin “İcraçılar”
sütununda “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi” sözləri “Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
2.
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 25
avqust tarixli 972 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə 765;
2006, ¹ 9, maddə 743; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının, o cümlədən
Qəbələ, İsmayıllı,
Oğuz və Şamaxı rayonlarının
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.5-ci bəndinin
“Tədbirin adı” sütununda “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Azərbaycan
Respublikası Dövlət
Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin.
3.
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
17 aprel tarixli 1413 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 342; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2018, ¹
2, maddə 273) ilə
təsdiq edilmiş “Ahıl vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsi üzrə
Dövlət Proqramı”nın
3.3.1-ci yarımbəndinin “İcraçılar”
sütunundan “və Turizm” sözləri çıxarılsın.
4.
“Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
Hökumət Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 8, maddə
725; 2009, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə
129; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə
1384; 2018, ¹ 1, maddə 79, ¹
3, maddə 478) 1-ci hissəsindən
“və turizm” sözləri çıxarılsın
və həmin hissəyə “Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin müavini”
sözlərindən sonra
“Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi sədrinin müavini” sözləri əlavə edilsin.
5.
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 12, maddə
1138; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddə 168; 2009, ¹ 12, maddə
1043; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1470; 2017,
¹ 3, maddə 353; 2019, ¹ 2, maddə
257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
1-ci, 2-ci, 31-ci, 39-cu, 41-ci və 47-ci hissələrin “İcra orqanları” sütununda “Prezidentin” sözü “Azərbaycan Respublikası
Prezidentinin” sözləri
ilə əvəz edilsin;
5.2.
11-ci hissənin “İcra
orqanları” sütununda
“Prezidentin” sözü
“Azərbaycan Respublikası
Prezidentinin” sözləri
ilə əvəz edilsin və həmin hissədən “və Turizm” sözləri çıxarılsın;
5.3.
28-ci və 37-ci hissələrin
“İcra orqanları” sütununa “Milli” sözündən əvvəl
“Azərbaycan” sözü
əlavə edilsin;
5.4.
34-cü hissənin “İcra
orqanları” sütunundan
“və Turizm” sözləri çıxarılsın.
6.
“Dövlət əmlakının özəlləşdirilməsinə
nəzarət üzrə
Dövlət Komissiyası
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 28 fevral tarixli 2006 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2,
maddə 179; 2009, ¹ 3, maddə
163; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə
477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521) 1-ci hissəsindən
“və turizm” və “Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsinin
sədri” sözləri
çıxarılsın və
həmin hissədə
“Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinin
sədri” sözləri
“Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29
yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.4.