Gənclər Günü
ilə əlaqədar
Milli Məclisin Gənclər və idman komitəsində görüş keçirilib
Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc
idmançı və
məşqçilərlə görüş keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq ənənə
halını almış və Gənclər Günü
münasibətilə keçirilmiş görüşdə
idmançıların həyat və fəaliyyətləri,
pandemiya şəraitində keçirilən məşqlər,
qarşılaşdıqları çətinliklər və
onların aradan qaldırılması, bir sıra digər məsələlər
müzakirə olunub.
Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda idmana və idmançılara dövlət
tərəfindən göstərilən
diqqət və qayğıdan danışıb.
Bildirilib ki, ölkəmizdə bədən
tərbiyəsi və
idmanın inkişafı
dövlət siyasətinin
əsas istiqamətlərindəndir.
Son illər Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Bu gün idmançılarımız
beynəlxalq yarışlarda
yüksək nəticələr
göstərərək uğurlar
əldə edirlər.
Söhbət
zamanı parlamentin sədr müavini ölkəmizin Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində
qazandığı Zəfərin
dünyanın idman meydançalarında da uğurla davam etdiriləcəyinə, işğaldan
azad edilmiş Şuşamızda, Laçınımızda
və digər ərazilərimizdə dalğalanan üçrəngli şanlı
bayrağımızın idman
sahəsindəki qələbələr
münasibətilə də
ucaldılacağına əminliyini
bildirib.
Görüşdə iştirak edən idmançılarımız qarşıda
duran yarışlar, pandemiya dövrünün
yaratdığı çətinliklərdən
danışıblar. Dövlət
tərəfindən onlar
üçün yaradılmış
şəraiti, göstərilən
diqqət və qayğını yüksək
qiymətləndiriblər.
Tədbirin
sonunda Milli Məclisin Gənclər və idman komitəsi
tərəfindən 2 fevral
- Gənclər Günü
münasibətilə ölkəmizi
beynəlxalq yarışlarda
layiqincə təmsil edən gənc idmançılar, gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycanda idmanın inkişafında göstərdiyi xidmətlərə
görə məşqçi
müəllimlər fəxri
fərmanla təltif ediliblər.
Azərbaycan. - 2021.- 31 yanvar.- S.5.