Təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində
iştirak etmiş təhsil işçiləri
ilə görüşüb
Yanvarın 30-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində
iştirak etmiş təhsil işçiləri
ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, nazir Emin
Əmrullayev 44 günlük
Vətən müharibəsində
qazanılan Zəfərin
hər birimizə qurur hissi yaşatdığını
qeyd edib. O vurğulayıb ki, müharibədə xalq olaraq həmrəy olduq. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin dəmir yumruğu altında birləşərək
torpaqlarımızı işğaldan
azad etdik. Torpaqlarımızın işğaldan azad
olunmasını şərtləndirən
əsas amillərdən
biri və ən başlıcası qələbə sözünü
tariximizə qızıl
hərflərlə yazan
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasəti oldu.
Nazir diqqətə çatdırıb
ki, torpaqlarımızı
işğaldan azad edən qəhrəmanların
igidlikləri tariximizə
əbədi daxil oldu. Vətən müharibəsi təhsilimizə
də təsirsiz ötüşmədi. Azərbaycan müəllimi
bu müharibədə
torpaqlarımızın bütövlüyü
uğrunda döyüşlərə
qatıldı. Onların
övladlarımıza verdikləri
vətən sevgisi ilə biz bu
müharibədən üzüağ
çıxdıq. 44 günlük
Vətən müharibəsində
20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və
şücaət göstərərək
şəhidlik zirvəsinə
ucaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə onların hər biri müxtəlif
dərəcəli medallarla
təltif ediliblər.
Şəhid təhsil
işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın
azad olunmasına görə”, 3-ü “Füzulinin
azad olunmasına görə”, 2-si “Xocavəndin
azad olunmasına görə”, 4-ü “Cəsur
döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə
görə”, 5-i “Qubadlının
azad olunmasına görə”, 5-i “Cəbrayılın
azad olunmasına
görə”, 2-si “Laçının
azad olunmasına görə”, 1 nəfəri
“İgidliyə görə”,
1 nəfəri “Hərbi
xidmətlərə görə”
medalları ilə təltif edilib.
“Müharibənin təhsilimizə
mənfi təsirləri
də oldu. Bu müharibə 10 şagirdin
həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi
dağıntılara məruz
qaldı. Lakin qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad
edilməsi üçün
səfərbərliyə qoşulanlar
sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə
qarşı vuruşaraq
qəhrəmanlıqlar göstərib.
Vətən müharibəsi
bizə çox şey öyrətdi. Qələbəmizin hər
anını addım-addım
şagirdlərimizə və
tələbələrimizə öyrətməliyik ki, bir daha heç
bir mənfur qüvvə Azərbaycana qarşı qalxmağa cürət etməsin”, - deyə təhsil naziri qeyd edib.
Emin Əmrullayev bildirib ki, güclü dövlət qurmağın
yolu həm də təhsildən keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuzun qələbəsini
tədrisə inteqrasiya
etmək məqsədilə
“Azərbaycan xalqının
tarixi qələbəsinin
tədrisdə əks
etdirilməsi haqqında”
Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Artıq “Qələbə
dərsləri” adı
altında müxtəlif
fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq Təhsil İnstitutunun rəsmi səhifəsində yerləşdirilib.
Müəllimlər bu
mövzuları virtual
dərslərdə keçirlər.
Həmçinin teledərslərdə
də qələbəyə
həsr olunan süjetlər hazırlanıb.
Görüşdə Vətən müharibəsində
iştirak etmiş təhsil işçiləri
təəssüratlarını bölüşüb, zəfərə
aparan 44 günlük müharibədən danışıblar.
Azərbaycan. - 2021.- 31 yanvar.- S.5.