Rəqəmsal məşğulluq
xidmətlərinin tətbiqi
bu il daha
geniş miqyas alacaq
“Dövlət
məşğulluq xidmətlərinin
elektron infrastrukturunun qurulması, rəqəmsal
məşğulluq xidmətlərinin
tətbiqi prosesi bu il daha
geniş miqyas alacaq. İşsiz və işaxtaran şəxslər, işəgötürənlər
üçün həmin
xidmətlərin e-platformalardan
təqdim olunmasında
2021-ci ildə bir sıra yeniliklər olacaq”.
Bunu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyinin
sədri Mustafa Abbasbəyli “Rəqəmsal
məşğulluğa keçid
və aktiv məşğulluq tədbirləri:
2021-ci il üçün
hədəflər” mövzusunda
keçirdiyi mətbuat
konfransında bildirib.
O vurğulayıb
ki, Prezident İlham Əliyevin tapşırığına uyğun
olaraq dövlət sosial xidmətləri, o cümlədən məşğulluq
xidmətləri sistemində
geniş vüsət alan elektronlaşma proqramı bu sahədə müasir, çevik, eyni zamanda şəffaf idarəçiliyin və xidmətlərin formalaşmasına
yönəlib. Artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində
(MAS) toplanır. İşəgötürənlərin
hesabatları kağız
üzərində təqdim
etməsi praktikası
ləğv edilərək,
bu proses elektron müstəviyə
keçirilib. İşsiz
və işaxtaran şəxslərin qeydiyyatı
prosesi elektronlaşdırılıb,
elektron fərdi məşğulluq proqramının
tərtibatına başlanılıb.
M.Abbasbəyli “Əmək münasibətləri və
məşğulluq” altsistemi
- ƏMAS adlı vahid
əmək münasibətləri
platformasının da
qurulmaqda olduğunu deyib.
Diqqətə çatdırıb ki, ölkənin məşğulluq
xəritəsi, məşğul
şəxslərin ölkə
üzrə reyestri, qeyri-formal məşğulluğa
nəzarət informasiya
ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır. E-əmək birjası və yarmarkası, ictimai işlər portalı
(works.gov.az) və BACAR innovativ
platforması üzrə
işlərə də
başlanılıb.
Agentliyin sədri qeyd edib ki, bu
elektron xidmətlər
ölkənin insan resursları əməliyyatlarının
tamamilə elektron müstəviyə keçidini
təmin edəcək.
Bununla inzibati ərazi vahidləri üzrə əsas məşğulluq,
demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəriciləri,
qeyri-formal məşğulluq
sahəsində nəzarət
və risk əsaslı yoxlamalar, haqqı ödənilən
ictimai işlərin vahid platformada toplanması, təlim, peşəyönümü və
peşə hazırlığı
fəaliyyəti onlayn
müstəviyə
daşınacaq.
M.Abbasbəyli 2021-ci ildə də işsiz və işaxtaran şəxslər üçün
dəstək tədbirlərinin
əhatə dairəsinin
genişlənəcəyini deyib. 16 min şəxsin
özünüməşğulluq proqramına cəlb ediləcəyini qeyd edib.
Azərbaycan. - 2021.-31 yanvar.- S.7.