Ermənistanda hakimiyyət
uğrunda yeni savaş başlayır
Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən
növbəti etiraz aksiyaları siyasi gərginliyi daha da dərinləşdirməklə
yanaşı, xaotik vəziyyət də yaradıb.
Belə ki, aksiya iştirakçıları
hökumət binasına
girməyə çalışıblar.
Polisin müdaxiləsi
nəticəsində 50 nəfərədək
insan yaralanıb, 26 nəfər saxlanılıb,
bəzilərinin isə
vəziyyəti ağırdır.
Qeyd edək ki, Ermənistanın
hakim “Mənim addımım” parlament fraksiyası konstitusiya dəyişiklikləri layihəsini
müzakirə edərək
parlamentin özünü
buraxmaq hüququna sahib olmasına və növbədənkənar
seçkilərin keçirilməsinə
çalışır. Bu
isə Ermənistan daxilində ictimai-siyasi müstəvidə gərginliyin
artmasına rəvac verməklə yanaşı,
həm də hakimiyyət uğrunda yeni bir savaşın
başlamaqda olduğunu
göstərir. Xüsusən
son aylarda insanlardan dəstək ala bilməyən keçmiş hərbi xunta hakimiyyətə gəlmək üçün hərəkətə
keçməyə hazırlaşır.
Artıq Robert Koçaryan erkən seçkilərin keçiriləcəyi
təqdirdə iştirak
edəcəyini bildirib.
Seçkilərdə qalib gələcəyinə
əminliyini ifadə edən R.Koçaryan deyib ki, müxalifət
siyasi mübarizə yolu seçib, amma bir müddət
sonra proseslər gedişatı dəyişə
bilər.
O vurğlayıb
ki, Ermənistanda etiraz fəallığı
bu yaz arta
bilər və hakimiyyət müxalifətin
əvvəldən siyasi
mübarizə metodlarını
seçdiyinə sevinməlidir,
lakin siyasi proseslərə ümid ölsə, bütün proses başqa bir yönə çevriləcək: “Ermənistan cəmiyyətində
200-300 min insan kökündən silinib. İkinci inqilab ölkə üçün
problemli olacaq. Ancaq hakimiyyət dəyişikliyinə gedən
siyasi yol ümidi tükənsə,
yazda insanlar yenidən küçələrə
axışacaq və etiraz dalğası əvvəlkindən daha güclü olacaq”.
Müharibə
canisi, vaxtilə çevrilişlə hakimiyyətə
gələn R.Koçaryan
onu da deyib
ki, indiki vəziyyətdə seçkiləri
təşkil etmək
olduqca təhlükəlidir,
amma səlahiyyətlilər
bunu anlamırsa və həyata keçirilməsində israr
edirsə, müxalifət
bu kampaniyada iştirak etməlidir.
Onu da qeyd edək ki, müharibədəki məğlubiyyətdən sonra
Ermənistanda bütün
sahələri bürüyən
tənəzzül sürətlə
dərinləşməkdədir. Problemli sahələrdən
biri də ordudur. Belə ki, orduda baş verən cinayətlərin sayı bitib tükənmir. Ölkə rəhbərliyi
ordu cinayətlərini
gizlətməyə çalışsa
da, mümkün olmur. Çünki dərhal sosial şəbəkələrdə orduda yaşanan insidentlərlə bağlı
informasiyalar yayılır.
Son
olaraq sosial şəbəkələrin erməni
seqmentində məlumat
yayılıb ki, əşya, əmlak, ərzaq, yanacaq sürtkü materiallarının,
eləcə də tibbi ləvazimatların qıtlığı ilə
üzləşən şəxsi
heyət arasında oğurluq, intizamsızlıq
və davalar baş verir. Məsələn, “Telegram”
kanallarından birində
yazılıb ki, bu günlərdə Ermənistanın Koxb yaşayış məntəqəsində
yerləşən 543-cü əlahiddə motoatıcı
alayda insident yaşanıb. Hərbi hissədə gənc əsgərlər və daha çox xidmət edən əsgərlər arasında
kütləvi dava baş verib. Hadisəyə səbəb
gənc əsgərlərə
verilən təzə
əşyaların əllərindən
alınaraq əvəzinə
köhnələrin, hətta
istifadəyə yararsız
olanların verilməsidir.
Faktla bağlı Ermənistan ordusunun
3-cü korpusunun qərargahından
bir neçə yüksəkrütbəli zabit
təcili olaraq Koxb məntəqəsinə
gələrək hadisə
ilə bağlı araşdırma aparıb. Hadisə hüquq mühafizə orqanlarından
gizlədilsə də,
faktla bağlı zabitlər də daxil olmaqla bir
neçə nəfərin
cəzalandırıldığı bildirilir. Bir neçə əsgərin
isə xidmət yerinin dəyişdirliməsi
barədə göstəriş
verilib.
İndi Ermənistanda belə bir fikir hakimdir
ki, orduda zabitlər əsgərlərə
vətənin müdafiəçiləri
kimi deyil, şəxsi varlanmalarını
təmin edən obyekt kimi baxırlar.
Hərbi hissələrin
təminatındakı problemlər
isə kriminal fəsadlar yaradır.
Ermənistanda
tək orduda deyil, bütün sahələrdə oğurluq,
cinayətlər, çəkişmələr
baş alıb gedir. Əslində, işğal siyasəti yürüdən, sivil dövlətçilik prinsiplərindən
uzaq olan bir ölkənin ordusu başqa cür ola da
bilməzdi.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2021.- 30 yanvar.- S.1; 7.