Beynəlxalq sülh etimad ilinin açılışına həsr edilmiş tədbirdə Ceyhun Bayramov Qoşulmama Hərəkatının üzv ölkələri adından bəyanatla çıxış edib

 

 

 

Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq sülh etimad ilinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, çıxışında bu mühüm təşəbbüsə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirən nazir bu xüsusda BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlayıb.

Beynəlxalq sülhün təşviqi dəstəklənməsinin QH üçün ən vacib məsələ olduğu, o cümlədən 2019-cu ilin oktyabrında Bakıda keçirilən 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət hökumət başçılarının sülhün təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının qorunması təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd prinsiplərinin, eləcə beynəlxalq hüququn norma prinsiplərinin etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov QH üzv dövlətlərinin, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma barışığın təşviqinə regional beynəlxalq səviyyədə töhfə verməyin, radikalizmə, ekstremizmə nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, BMT Baş Assambleyasının dinlərarası mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini onun sosial birliyin, sülhün inkişafın, eləcə fərdlər, cəmiyyətlər millətlər arasında dözümlülük hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfənin QH tərəfindən alqışlandığı qeyd olunub.

QH-nin millətlərimizin bütövlükdə bəşəriyyətin mənafelərinin təmin edilməsi üçün əvəzsiz olan BMT-nin çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi ifadə edilib.

 

Azərbaycan. - 2021.-30 yanvar.- S.2.