Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının və proqnoz göstəricilərinin
hazırlanması barədə
Nazirlər
Kabinetinin Sərəncamı
“Büdcə sistemi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli
809 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən,
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin,
o cümlədən Azərbaycan Respublikasının 2022-ci il
və sonrakı üç il üçün büdcə xərclərinin
funksional təsnifatının pilot (“təhsil”, “kənd təsərrüfatı”
və “ətraf mühitin mühafizəsi”) bölmələrini
əhatə edən ortamüddətli xərclər
çərçivəsi (OMXÇ) sənədinin layihəsinin
Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim
edilməsi məqsədilə:
1.
“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa və digər normativ-hüquqi
aktlara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ölkənin növbəti il və sonrakı
üç il üçün büdcə xərclərinin
funksional təsnifatının pilot bölmələrini əhatə
edən OMXÇ sənədinin layihəsini,
növbəti büdcə ili üzrə dövlət büdcəsinin
və icmal büdcəsinin layihəsini və sonrakı
üç il üçün icmal büdcənin göstəricilərini,
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının növbəti büdcə ili və gələn
üç il üzrə iqtisadi və sosial inkişaf
konsepsiyasını və proqnoz göstəricilərini, toplu
maliyyə balansının layihəsini 2021-ci il sentyabrın
15-dək hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
2. Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi:
2.1. cari il üçün ölkənin
ortamüddətli iqtisadi və sosial inkişaf
proqramını dəqiqləşdirmək məqsədilə
2020-ci ilin ilkin statistik məlumatlarını 2021-ci il
fevralın 5-dək Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
2.2. növbəti
büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının, dövlət büdcəsi layihəsinin
və toplu maliyyə balansının hazırlanması
üçün zəruri statistik məlumatların mütəmadi
olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə,
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
digər əlaqədar təşkilatlara təqdim edilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2022-ci il
və sonrakı üç il üçün dövlət
büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir,
xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini
2021-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş
variantını isə 2021-ci il sentyabrın 5-dək, dövlət
büdcəsində dövlət investisiya xərclərinin
ilkin məbləğini 2021-ci il martın 31-dək, dəqiqləşdirilmiş
məbləğini isə 2021-ci il iyulun 20-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
3.2. büdcə xərclərinin funksional təsnifatının
pilot bölmələrinin proqramları (tədbirləri)
üzrə fəaliyyət planlarının, habelə baza
proqnozlarının və yeni siyasət təşəbbüslərinin
hazırlanmasına dair təlimat məktubunu 2021-ci il
fevralın 15-dək OMXÇ sənədinin
hazırlanmasında iştirak edən aidiyyəti təşkilatlara
göndərilməsini təmin etsin;
3.3. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş xidmətlərə və
hüquqi hərəkətlərə görə ödənilən
dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi ilə razılaşdırmaqla,
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun layihəsini
hazırlayıb 2021-ci il mayın 15-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.4. Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşən
təşkilatların büdcədənkənar vəsaitlərinin
formalaşdırılması, yığılması, istifadə
edilməsi və uçotunun aparılması sahəsində
vahid normativ-hüquqi aktın tətbiqi ilə bağlı təkliflərini
aidiyyəti qurumlarla razılaşdırmaqla hazırlayıb
2021-ci il sentyabrın 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. “Büdcə
sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə
uyğun olaraq, dövlət büdcəsinin layihəsi ilə
birlikdə aidiyyəti dövlət orqanları tərəfindən
hazırlanan sənədlərin qanunvericiliklə müəyyən
olunmuş müddətlərdə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilməsi
üçün həmin sənədlərin
icmallaşdırılması işləri Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə həvalə
edilsin.
5. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi tərəfindən
2021-ci il aprelin 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilən
dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar
məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini
dürüstləşdirərək, 2021-ci il aprelin 8-dək
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etsin;
5.2. 2021-ci il
üçün dəqiqləşdirilmiş, 2022-ci il və
sonrakı üç il üçün ölkənin iqtisadi
və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin,
ümumi və əhalinin əsas sosial demoqrafik qrupları
üzrə yaşayış minimumunun 2022-ci il
üçün ilkin proqnozlarını 2021-ci il martın 1-dək,
dəqiqləşdirilmiş variantını və növbəti
il üçün dövlət büdcəsinin layihəsi ilə
uyğunlaşdırmaq məqsədilə dövlət
investisiya proqramının layihəsini 2021-ci il avqustun 1-dək
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsin;
5.3. 2022-ci il və sonrakı üç il
üçün ümumi daxili məhsulun həcminin, istehlak
qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının,
əhalinin gəlir və xərclərinin, məşğulluğunun
və demoqrafik göstəricilərinin ilkin variantını
2021-ci il martın 1-dək, dəqiqləşdirilmiş
variantını isə 2021-ci il avqustun 1-dək Dövlət
Sosial Müdafiə Fonduna təqdim etsin;
5.4. vergi və
rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt
və azadolmalara dair məlumatları “Vergi və gömrük
sahəsində verilmiş güzəşt və
azadolmaların dövlət büdcəsinin gəlirlərinə
təsirinin qiymətləndirilməsi metodologiyası və həmin
güzəşt və azadolmaların reyestrinin
aparılması Qaydası”nın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral
tarixli 38 nömrəli Qərarı ilə müəyyən
edilmiş qaydada və 2021-ci ildə gözlənilən
güzəşt və azadolmalara (vergi və rüsumların
növləri ayrılıqda göstərilməklə) dair məlumatları
2021-ci il iyunun 1-dək, iqtisadi maraqlar mərkəzi üzrə
yenidən uçota alınmış vergi ödəyicilərinə
(şəhər və rayonlar göstərilməklə) dair
məlumatları isə 2021-ci il iyunun 15-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.5.
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət
və hasilatın pay bölgüsü haqqında, əsas boru
kəməri haqqında və digər bu qəbildən olan
sazişlər üzrə podratçı tərəflərin
investisiya planları ilə bağlı məlumatların təqdim
edilməsinə dair təkliflərini 2021-ci il avqustun 1-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin;
5.6.
2022-ci ildə özəlləşməyə
çıxarılacaq obyektlərin siyahısını,
özəlləşmədən daxilolmaların proqnoz
göstəricilərini 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsin;
5.7.
sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət
investisiya proqramının istiqamətlərini
hazırlayıb 2021-ci il mayın 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.8. 2021-ci il iyulun 1-dək
respublikanın şəhər və rayonları üzrə
vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində
fəaliyyət göstərən vergi ödəyiciləri
(podratçılar), “Avtomobil Yolları” Məqsədli
Büdcə Fondu, dövlət adından yaradılan publik
hüquqi şəxslər, büdcə təşkilatları,
dövlət büdcəsindən və dövlətə
məxsus fondlardan maliyyələşən digər orqan və
qurumlar, habelə səhmlərinin və ya paylarının 51
və daha artıq faizi birbaşa və ya dolayısilə
dövlətə məxsus olan hüquqi şəxslər
(vergi ödəyiciləri), mərkəzləşdirilmiş
qaydada uçota alınan digər vergi ödəyiciləri ilə
bağlı 2020-ci il və cari ilin ötən dövrü
üçün hesablanmış, azaldılmış, ödənilmiş
və artıq ödənilmiş daxilolmalara dair məlumatları
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsin;
5.9. təqdim olunacaq makroiqtisadi
proqnoz göstəricilərinin siyahısının təkmilləşdirilməsi
məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə
qərar layihəsini hazırlayıb 2021-ci il mayın 1-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
6.
Azərbaycan Respublikasının aidiyyəti mərkəzi,
yerli icra hakimiyyəti və digər dövlət orqanları:
6.1.
Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində mərkəzi, yerli icra
hakimiyyəti və digər dövlət orqanlarının
müvafiq strukturlarının yaradılması və
onların maliyyələşdirilməsi ilə bağlı tələb
olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər;
6.2.
Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində sektorlar və istiqamətlər
üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə
(hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma
işlərinin aparılması üçün tələb
olunan vəsait barədə təkliflərini 2021-ci il
martın 1-dək Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
7.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, nazirliklərin, komitələrin, idarələrin,
təşkilatların və dövlət müəssisələrinin
rəhbərlərinə, şəhər və rayon icra
hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin təlimat məktubuna
uyğun olaraq lazım olan materialları iqtisadiyyatın
müvafiq sahələrinin inkişafının təhlili əsasında
növbəti büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasını, proqnoz göstəricilərini və toplu
maliyyə balansını hazırlamaq məqsədilə
2021-ci il fevralın 5-dək və iyulun 15-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
8.
Nazirliklər, komitələr və dövlət
büdcəsindən maliyyələşən digər təşkilatlar
dövlət büdcəsi vəsaitinin səmərəli
istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın
müvafiq bölmələri çərçivəsində
inzibati təsnifata uyğun olaraq, boş (vakant)
ştatlar (vakant ştatların vəzifə adı, sayı və
vəzifə maaşı göstərilməklə) barədə
məlumatları hər rübdən sonrakı ayın 15-dək
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
9.
Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi müvafiq olaraq büdcə xərclərinin
funksional təsnifatının pilot bölmələri üzrə
sektor strateji planlarını hazırlayıb 2022-ci il
martın 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
10.
Azərbaycan Respublikasının Mərkəzi
Bankına tövsiyə edilsin ki, pul siyasətinə dair dəqiqləşdirilmiş
məlumatları, həmçinin monetar sektora və tədiyə
balansına dair cari ilin gözlənilən, növbəti il və
sonrakı üç il üçün isə dəqiqləşdirilmiş
proqnoz göstəricilərini 2021-ci il aprelin 15-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
11.
Dövlət Sosial Müdafiə Fondu,
İşsizlikdən Sığorta Fondu və Azərbaycan
Respublikasının Dövlət Neft Fondu növbəti
büdcə ili və gələn üç il
üçün öz büdcə layihələrinin ilkin
variantını 2021-ci il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə 2021-ci il iyulun 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
12.
Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla “Avtomobil Yolları” Məqsədli
Büdcə Fondu”nun, növbəti büdcə ili və gələn
üç il üçün büdcə layihəsinin ilkin
variantını 2021-ci il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə 2021-ci il iyulun 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
13.
Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi vergi və rüsumlar üzrə
2020-ci ildə tətbiq edilən güzəşt və
azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində
verilmiş güzəşt və azadolmaların dövlət
büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və
azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı
ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə
gözlənilən güzəşt və azadolmalara (vergi və
gömrük rüsumlarının növləri
ayrılıqda göstərilməklə) dair məlumatları
2021-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsin.
14.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, nazirliklərin, komitələrin, dövlət
idarə və təşkilatlarının, səhmlərinin nəzarət
zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin
rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına
tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki:
14.1.
Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2022-ci il
və sonrakı üç il üzrə dövlət
investisiya proqramının layihəsini hazırlamaq
üçün müvafiq məlumatları və sənədləri
2021-ci il martın 1-dək Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
14.2. büdcə xərclərinin
funksional təsnifatının pilot bölmələri üzrə
kreditlər, qrantlar və ya digər maliyyələşmə
formalarından asılı olmayaraq, 2022-ci il və sonrakı
üç il üçün bütün mövcud və
davam etməkdə olan layihələr üzrə baza
proqnozlarını və yeni siyasət təşəbbüsləri (YST) ilə bağlı sifarişlərini,
eləcə də proqramlar (tədbirlər) üzrə fəaliyyət
planlarını Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin bu Sərəncamın 3.2-ci yarımbəndində
göstərilən təlimat məktubuna uyğun olaraq,
2021-ci il martın 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsinlər;
14.3. davam edən layihələrin
əsaslı xərclərinə dair məlumatları, həmçinin
yüksək prioritetli yeni investisiya təklifləri
üçün tələb olunan xərclərin təhlilinə
dair məlumatları 2021-ci il martın 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
14.4. 2022-ci il və sonrakı
üç ilin büdcə layihəsi hazırlanarkən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164
nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə
təşkilatlarında kommunal xidmətlərin (elektrik və
istilik enerjisi, təbii qaz və su) istehlakına görə
limitlərin müəyyən edilməsi və tənzimlənməsi
Qaydası”nın tələblərinə əməl etsinlər.
15.
Nazirliklər, komitələr və dövlət büdcəsindən
maliyyələşən digər təşkilatlar, dövlət
büdcəsindən müvafiq maliyyə yardımı
(dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar
2021-ci il iyulun 1-dək:
15.1. aidiyyəti dövlət
proqramlarının, tədbirlər planlarının icra vəziyyəti
və əldə olunmuş nəticələr barədə məlumatları
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
15.2. dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin
dövlət sifarişinə aid olanları, həmçinin
beynəlxalq və ölkə səviyyəli tədbirlərin
keçirilməsi, habelə xarici ölkələrin nümayəndə
heyətlərinin və rəsmi şəxslərinin qəbulu,
onlara
xidmət göstərilməsi üçün dövlət
büdcəsində vəsaitin nəzərdə tutulması
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
16.
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ölkənin növbəti büdcə ili üzrə
dövlət büdcəsinin və icmal büdcənin layihəsini
və sonrakı üç il üçün icmal büdcənin
göstəricilərini, eləcə də növbəti il və
sonrakı üç il üçün büdcə xərclərinin
funksional təsnifatının pilot bölmələrini
əhatə edən OMXÇ sənədini, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi növbəti
büdcə ili və gələn üç il üzrə
iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz
göstəricilərini və toplu maliyyə balansının
layihəsini hazırlamaq üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi
və yerli icra hakimiyyəti orqanlarından, habelə
onların struktur bölmələrindən, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq, digər
hüquqi şəxslərdən, bələdiyyələrdən,
büdcə və büdcədənkənar dövlət
fondlarından tələb etsinlər.
17.
Dövlət büdcəsi gəlirlərinin
icrasını təmin edən orqanlar, nazirliklər, komitələr
və dövlət büdcəsindən maliyyələşən
və maliyyə yardımı alan digər təşkilatlar,
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini
tərtib edərkən, “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanunundan, Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Ortamüddətli xərclər
çərçivəsinin hazırlanması Qaydası”ndan və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”ndan irəli gələn vəzifələri
keyfiyyətlə və müəyyən olunmuş icra müddətlərində
yerinə yetirilməsini təmin etsinlər.
18.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri,
29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 30 yanvar.- S.2.