Belarus səfiri etimadnaməsinin surətini
Azərbaycanın xarici
işlər nazirinə
təqdim edib
Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov
Belarus Respublikasının
Azərbaycan Respublikasında
yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini
qəbul edib.
Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən
məlumata görə,
nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə
Andrey Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində
uğurlar arzulayıb. Nazir Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə
uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və
bu əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün
böyük potensialın
olduğunu vurğulayıb.
İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli
əlaqələrin inkişafına
əhəmiyyətli töhfə
verdiyi bildirilib. Ceyhun Bayramov hər iki ölkənin
mövqeyinin beynəlxalq
hüquq prinsipləri,
xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində
ərazi bütövlüyünə
hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə
əsaslandığını ifadə edib.
Nazir
müstəqilliyinin ilk
günlərindən etibarən
Azərbaycanın üzləşdiyi
təhlükəsizlik təhdidləri,
ərazilərinin 20%-nin
Ermənistan tərəfindən
hərbi işğalı,
etnik təmizlənməsi,
onilliklər ərzində
davam edən işğal siyasəti, nəhayət 44 günlük
Vətən müharibəsi nəticəsində
ərazilərimizin işğaldan
azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda
mövcud olan vəziyyətlə bağlı
Belarus səfirinə məlumat verib.
Səfir
Andrey Ravkov Belarus Respublikasının
xarici işlər naziri Vladimir Makeyin salamlarını nazir Ceyhun Bayramova
çatdırıb. Ölkələrimiz
arasında müxtəlif
sahələr üzrə
inkişaf edən əməkdaşlıq münasibətlərinin
əsasında hər
zaman beynəlxalq hüququn müstəqillik,
suverenlik və ərazi bütövlüyünə
dəstək prinsiplərinin
dayandığı vurğulanıb.
O, ikitərəfli əlaqələrin
gələcəkdə daha
da genişləndirilməsi
üçün səylərini
əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatların
dayandırılması və
sülhün bərqərar
olunması səyləri
münasibətilə məmnunluq
ifadə edən Belarus səfiri hazırkı mərhələdə
üçtərəfli razılaşmaların
yerinə yetirilməsinin
əhəmiyyətini qeyd
edib.
Tərəflər ikitərəfli münasibətlərin
daha da inkişaf
etdirilməsi üzrə
razılıqlarını ifadə
ediblər.
Azərbaycan. - 2021.-30 yanvar.- S.2.