Azərbaycan Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

 

 

Yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.3.