Naxçıvanın regional iqtisadi
inkişafına dair yeni
dərs vəsaiti işıq üzü gördü
Milli iqtisadiyyat
üçün uzunmüddətli
perspektivlərin müəyyən
olunduğu hazırkı
şəraitdə sosial-iqtisadi
sahələr üzrə
islahatların davam etdirilməsi özünün
getdikcə artan aktuallığı ilə
seçilməkdədir.
Güclü infrastruktur siyasətinin təkmil mexanizmlərinin təşəkkül tapması
fonunda davam edən bu proseslər
istehsal və sosial sahələrin yüksək məhsuldarlıq
göstəricilərini təşkil
etməkdədir. Makroiqtisadi səviyyədə dayanıqlılığın möhkəmləndirilməsi
regional və milli iqtisadiyyat quruculuğu proseslərini sürətləndirmiş
və qarşıya qoyulmuş hədəflərin
reallaşması daha da əlçatan olmuşdur. Əldə olunan uğurlar
mövcud və yeni yaranan müəssisələrin
fəaliyyəti üçün
səmərəli mühitin
əsaslarını bərqərar
etmiş və bu, etibarlı məşğulluq üçün
perspektivlər açmışdır.
Bu bir həqiqətdir
ki, artıq Naxçıvan Muxtar Respublikasında qeyd olunan amillərin hər biri özünün
gerçək təşəkkülü
ilə davam etməkdədir. Artıq muxtar respublikada
iqtisadiyyatın sahə
strukturu yüksək təşkilatlanma dövrünü
yaşamaqdadır. Yerli istehsal
imkanlarının genişləndiyi
sağlam mühit əhalinin artan tələbatlarının etibarlı
şəkildə qarşılanması
üçün güclü
bazaya çevrilmişdir.
Bu isə bütün
tərəfləri ilə
birlikdə daxili bazarın qorunması və nəticə etibarı ilə bazar və iqtisadi
tarazlığın təmin
olunmasına yol açmaqdadır.
Bütün bu qeyd olunanlar iqtisadçı alimlər Cavadxan Qasımovun, Sədaqət
Əhmədovanın, Flora Ələsgərovanın
və Sevinc Zamanovanın həmmüəllifi
olduqları "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi perspektivləri:
reallıqlar və nəticələr" adlı
dərs vəsaitinin fəsillərində əhatəli
şəkildə olmaqla
öz əksini tapmışdır. 5 fəsildən ibarət olan dərs vəsaitində təhlillər
statistik məlumatlar əsasında peşəkarlıqla
aparılmış muxtar
respublikanın istehsal,
məşğulluq və
sosiallaşma sahəsindəki
uğurları yüksək
elmi əsaslandırma
ilə ortaya qoyulmuşdur.
Dərs
vəsaiti ilə tanış olarkən muxtar respublikada iqtisadiyyatın sənayeləşməsi, sosiallaşması
və bunların fonunda çoxşaxəliliyi
fonunda diversifikasiya olunması məsələlərinin
yüksək qətiyyətlə
reallaşması sahəsindəki
dövlət tədbirlərini
görmək olur. Təbii ki, bu isə
hərtərəfli inkişafı
hədəfləyən ölkəmizdə
və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın
dövlət tənzimlənməsi,
təşkili və idarə olunması məsələlərini ifadə
etməkdədir.
Xalqımızın Ümummilli lideri, böyük Heydər Əliyevin müəllifi olduğu ideya və təşəbbüslərin
yaratdığı əlverişli
mühit son 16 ildə
regionların sosial-iqtisadi
inkişafına etibarlı
əsaslar formalaşdırmışdır. Məhz bunun
da nəticəsində,
Azərbaycan Respublikası
artıq regional iqtisadi
siyasətin güclü
əsaslarını yaratmışdır.
Keçən müddət ərzində
ölkənin bütün
regionları kimi, Naxçıvan Muxtar Respublikasının da davamlı iqtisadi inkişafında və sosial sahədəki proseslərinin gedişində
öz dinamikliyi ilə seçilmişdir.
Dərs vəsaitində göstərilir
ki, regional iqtisadi siyasətin uğrulu təşəkkülü Naxçıvan
Muxtar Respublikasında
da iqtisadi proseslərin səmərəliliyinin
artırılmasında, makroiqtisadi
səviyyədəki nəticələrin
perspektivliyinin artırılmasında
və nəticələrin
daha da məhsuldar
olmasında güclü
vasitəyə çevrildi. Ərazisinin böyük
hissəsinin aqrar bölgə olması, əhalisinin isə 70 faizdən artığının
məhz kənd yerlərində yaşaması
ilə yanaşı, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasına
nail olan muxtar respublika ölkənin sənayeləşmə siyasətinə
hərəkətverici təsirini
göstərmiş oldu.
Eyni zamanda, dərs vəsaitində iqtisadi hadisə və proseslərin elmi izahı, mənalandırılması məsələlərinə
müasir dövrlə
səsləşməklə yanaşılmışdır. Muxtar respublika
ərazisində yaradılmış
Sənaye Məhəllələrinin
artan səmərəsindən,
şəhərləşmə və rayonlaşma perspektivlərindən, həmçinin,
bu sahədə uzunmüddətli hədəflərin
əlçatanlığından söz açılmışdır.
İqtisadiyyatın milli mahiyyətinin
yüksək təminatı
və bunun yeni prioritetlərin müəyyən olunmasına
gətirdiyi etibarlılıq
dərs vəsaitinin aktuallığını və
önəmliliyini daha
da artırmaqdadır.
Xüsusilə də,
turizm sahəsində iqtisadi və hüquqi tənzimləmələrin
həyata keçirilməsi,
ticarət imkanlarının
artırılması, o cümlədən,
idxalın məhdudlaşdırılması
və ixracyönümlü
məhsul istehsalının
stimullaşdırılması və s. məsələləri
dərs vəsaitində
elmi cəhətdən
əsaslandırılmaqla təqdim
olunmuşdur.
Beləliklə, uzunmüddətli prioritetlərini
müəyyən edən
ölkəmizin davamlı
sosial-iqtisadi inkişafı
regionların tarazlı
və dayanıqlı
potensialı ilə daha da əlçatan
olmaqdadır. Dinamik və etibarlı
perspektivləri ilə
həmin proseslərə
təkan olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında
regional inkişaf üzrə
Dövlət proramlarının
səmərəli icrası
dövründə keyfiyyətcə
yeni mərhələnin
əsasları yaradılmışdır.
Təbii
ki, bunlar da yeni nəşr
olunan dərs vəsaitində aparılan
elmi cəhətdən
əsaslandırılmış təhlillərlə ifadə
olunmuşdur.
Laçın ABIŞLI
BDU-nun dosenti, iqtisad üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.-
8 yanvar. S. 15.