Zeynab
Kazımovanın söz süfrəsi
"Anamın
"Karvan"ı" haqqında qeydlər
Ötən
ilin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, Azərbaycanın yeganə fransızdilli "Le
Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi,
Dövlət Gömrük Komitəsi Akademiyasının
İctimaiyyətlə əlaqələr üzrə
şöbə rəisi Zeynab Kazımovanın "Anamın
"Karvan"ı" (Bakı, Müəllim nəşriyyatı,
2020, 182 s.) adlı kitabı işıq üzü
görüb. Kitab şairin
şeirləri, publisistik
yazıları, esse və hekayələrindən
ibarətdir.
Əvvəla, onu qeyd etmək
lazımdır ki, Z.Kazımovanın poeziyası
digər müraciət
etdiyi janrlar üçün ilkin baza rolunu oynayır. Ona görə
ki, poeziyasındakı
milli ruh və keçmişə boylanan düşüncələr,
eyni zamanda, hadisəyə pafosla yox, olduğu kimi, real yanaşma tərzi nəsr əsərlərində özünü
daha ciddi şəkildə göstərir.
Bu baxımdan onun yaradıcılığını iki hissəyə ayıraraq təhlil etmək daha məqsədəuyğundur: nəzm
əsərləri və
nəsr nümunələri.
Zeynab Kazımovanın
poetik fiqurları keçmişlə gələcəyin
astanasında qurulub. İlk öncə
kitabın adı oxucu üçün bir siqnaldır. Sanki bu ad kitabın
içindəkilər üçün
bir anonsdur. "Anamın "Karvan"ı" adında
bir mistika var, hansı ki, bu adda
sanki xatirələrdə
qalan qədim bir ahəng var. Bəzi şairlərin yaradıcılığında görürük ki, onlar daima "mən"lərini oxucuya
sübut eləmək
istəyirlər. Bəzən bu
monotonluq oxucunu həmin kitabdan soyuda bilir. Amma müəllifin yaradıcılığında əsas obraz özü deyil, ana xətt baş
vermiş hadisənin,
hansısa sevincin və yaxud kədərin,
iztirabın və fərəhin, inamsızlıq
və yaxud parlayan ümid işığının, nəhayət,
hicran və vüsalın təzahürdür,
onların çaları,
insan həyatında rolu və əslində,
hansı anlam kəsb etməsidir. Bu baxımdan şairin sevgi lirikası oxucu üçün olduqca səmimi və ruha yaxındır:
"... Arzum, istəyim mənim,
qəlbimin həsrəti,
gözlərimin nurusan,
ürəyimdə ən gizli, ən şirin bir arzusan.
Gözlərimdə nə vaxtdır donub qalan
ən məhrəm bir duyğusan.
Bir röyasan
gizlicə, səni gördüm yuxuda.
Bir dünyasan beləcə..."
Z.Kazımovannı müraciət etdiyi mövzular çoxşaxəlidir. Bu baxımdan onun Vətən mövzusuna həsr etdiyi şeirlərdə milli təəssübkeşlik, əsl
vətənpərvər ruhu
aydın sezilir. Xüsusən şairin "Onun adı... Xocalıymış..."
şeirində vətən
yanğısı, vətən
harayı ən kövrək şəkildə
ifadə olunur:
"... Neçə-neçə cavan
qəlbə xoş arzuymuş,
Neçə-neçə igid mərdin o, yurduymuş,
Yağı düşmən nişan almış,
pusqudaymış,
Bu dəfəki qurban, heyhat, Xocalıymış..."
"Erməni məntiqi"
essesində də,
"Erməni sifəti"
hekayəsində də
erməni barbarlığı
dolğun təsvir olunub. Bu yazılar nə qədər nifrət dolu emosiyalar üzərində
qurulubsa da, bir o qədər real faktlara əsaslanır.
"Anamın "Karvan"ı"na ön söz yazan yazıçı, publisist,
ədəbiyyatşünas Məti Osmanoğlu
"Ata ocağı kimi
məhrəm, ana sığalı kimi doğma" adlı yazısında müəllifin
yaradıcılığını belə qiymətləndirir:
"Fitrətən şair
olan Zeynab xanım öz duyğularını, fərdi
yaşantılarını şeirə
daha çox etibar edir. Belə demək
mümkündürsə, o, şeirdən sirr saxlamır. Sevgisini, sevincini, qürurunu,
kədərini, həsrətini
şeirlə bölüşməyə
üstünlük verir.
Lakin bəlkə Zeynab xanımın özünün
də fərqinə varmadığı maraqlı
məqam budur ki, onun müxtəlif
münasibətlərlə qələmə aldığı
nəsr mətnlərində
şairlik istedadı özünü daha qabarıq göstərir.
Söz janrın çərçivələrinə
sığmayıb sədləri
aşaraq özünün
yeni hüdudlarını
müəyyənləşdirir, oxucu ilə dialoqun fərqli çalarları yaranır.
Görünür, istedadın sirri
də bundadır".
Bu kitabın adı
heç də təsadüfi seçilməyib. Çünki Zeynab xanımın şeirlərinin özülü
ailə motividir.
Ata ocağını, ana nəvazişini həzin duyğularla tərənnüm edən
şair bu şeirlərdə təkcə
özünün əzizlərinə
münasibətini təsvir
etməklə kifayətlənmir,
həm də bu şeirlərlə insanın ailəyə münasibətinin necə
olmalı olduğunu oxucuya çatdırır,
valideyn ünvanının
aliliyindən söhbət
açır. Kitabın baş
qəhrəmanı ananın
"Karvan"ı, əlləri
ilə toxuduğu xalçadır. Bu hekayə öz orijinallığı, təbiiliyi
ilə həm oxucunu düşündürməyi
bacarır, həm də kövrək duyğuları oyada bilir.
Z.Kazımovanın istər publisistik
yazıları, istər
esseləri, istərsə
də hekayələrində
onun cəmiyyətdə
baş verən proseslərə münasibəti,
onun vətəndaş
mövqeyi, o cümlədən,
insanın iç dünyasına səyahət
sərgilənir. Eyni
zamanda, onu gözəl
oçerklər müəllifi adlandıra bilərik. Şəxsiyyətlərə
həsr olunan yazılarda o,
yenidən "emosional
yaddaş"ını işə salaraq uğurlu portret
yazısı ərsəyə gətirir.
Nadir RZALI
525-ci qəzet.- 2021.- 16 yanvar. S. 13.