"Şəhidlik zirvəsi"nin
ilk buraxılışı
hazırlanıb
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin 2 nömrəli filialı şəhidlik zirvəsinə
ucalanların xatirəsini
yaşatmaq məqsədilə
"Şəhidlik zirvəsi"
adlı layihəyə
start verib.
İdarədən 525.az-a bildirilib ki, kitabxana ilk olaraq şəhid baş leytenant Vüsal Babayevə həsr olunmuş videoçarx hazırlayıb.
Videoçarxda qeyd edilir ki, Vüsal Sübbuh oğlu Babayev 1992-ci il
yanvarın 8-də Bakı
şəhərinin Pirallahı
rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186
nömrəli tam orta məktəbini bitirib.
Vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı
arzusu onun gələcək taleyini müəyyənləşdirib və Vüsal elə həmin il Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbdə oxuyan zamanlarda da Vüsal tərbiyəsi,
savadı, ağlı,
məsuliyyəti və
səriştəsi ilə
fərqlənib. 2014-cü
ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş
leytenant rütbəsinə
layiq görülüb.
Həmin il
Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzinə
daxil olub. 2015-ci ildə Yerüstü
artilleriya taqım komandiri kursunu bitirib.
Vüsal
Babayev 2015-ci ildə Goranboy rayonunda "N" saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə
isə Abşeron rayonunun Pirəkəşkül
qəsəbəsində ağır
artilleriya hissəsində
komandir vəzifəsində
xidmət göstərib.
Xidmət müddətində
əsgərlərinin, iş yoldaşlarının
sevgisini, rəğbətini
qazanıb. Əsgərlərə qarşı tək
komandir deyil, həm də ata münasibəti göstərərək, hər
zaman onların qayğısına qalıb.
Bu müddətdə məsuliyyətli, peşəkar
hərbçi mütəxəssis
kimi Fəxri fərman və medalla təltif olunub. Vüsal bir çox
hərbi təlimlərdə
də iştirak edib.
2020-ci il 27 sentyabr
tarixində Vətən
müharibəsi başlayan
kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə
borcunu yerinə yetirmək üçün
ön cəbhəyə
yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı
Vüsal Babayev 2020-ci il oktyabrın
21-i Füzuli rayonunun Gecəgözlü kəndində
yaralı döyüş
yoldaşını xilas
edərkən yanına
mərmi düşməsi
nəticəsində qəhrəmancasına
ən ali məqama - şəhidlik zirvəsinə ucalır.
Azərbaycanın bütövlüyü uğrunda,
torpaqlarımızın qorunmasında
canlarından keçmiş
şəhidlərimizin ömür
yolu gənclərimizə
örnəkdir. Hər bir
Azərbaycan vətəndaşı öz
milli qəhrəmanlarını
tanımalı, onların keçdiyi həyat
yolundan çox
şeyləri öyrənməlidir.
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 12.