"Azərbaycan" jurnalının
yeni sayında...
"Zəfərin mübarək,
Azərbaycan!" nidası
ilə oxucuları salamlayan "Azərbaycan"
jurnalı bu sayında Vətən müharibəsindəki şanlı
qələbə münasibətilə
onlara gözaydınlığı
verir.
525.az xəbər verir ki, ilk səhifələrdə
Ayaz Arabaçı, İlham İnam, Fuad Əliyev, Aybəniz Kürəkçaylının
zəfər ruhlu şeirləri öz əksini tapıb.
"Dramaturgiya" bölməsində
Qəşəm Nəcəfzadənin
"Ölüm o dünyada
qaldı" pyesi dərc olunub. Dram əsəri əfsanəvi
tankçımız, Azərbaycanın
Milli Qəhrəmanı
Albert Aqarunovun unudulmaz
xatirəsinə həsr
edilib.
Jurnalın bu sayında
"Mir Cəlal adına
II Beynəlxalq hekayə
müsabiqəsi"nin qalibləri
olan Tural Turan, Sevinc Nuruqızı,
Vaqif Nəsib, Mirmehdi Ağaoğlu, Alpay Azər, Esmira İsmayılova, Nemət Tahir, Vahid Aslan, Qəşəm
Nəcəfzadə və
Pəri Ağakişiyevanın
hekayələri ilə
tanış ola bilərsiniz.
"Poeziya" bölməsində
Əkbər Qoşalı,
Güləmail Murad, Nisə Bəyimin şeirləri dekabr sayının ədəbi
söz lövhəsinə
poetik bəzək vurub.
Aydın
Talıbzadə "Vaxtı
edam etmək" adlı
yazısında Kamal
Abdulla nəsrinin hədəfləri
haqqında söhbət
açıb, eyni zamanda, 70 yaşına yeni qədəm qoyan yazıçının
şəxsiyyəti barədə
öz düşüncələrini
oxucularla bölüşüb.
Bədii nəsr nümunələri
ilə oxucuların
"görüşünə gələn" Mübariz
Cəfərlinin və
Kamil Əfsəroğlunun
hekayələri dekabr
sayında işıq
üzü görüb.
"Yeni tərcümələr"
bölməsində Məmməd
Oruc İvan Korotkovun "Sonuncu şüa" əsərini,
Y.Qayıbov Rüfət
Mustafazadənin "Pandemiya"
əsərini ruscadan çevirib.
Baba Babayev "Elçinin
"Qatil" dramında
bədii şərtilik
və psixologizm" adlı ədəbi təhlilində əsərin
tamaşaçı və
oxucu üçün
sual doğuran məqamlarını aydınlaşdırıb.
Qorxmaz Quliyev isə "Mətnlərin səsləşməsi"
yazısında bir-birinə
körpü salan əsərlər haqqında
söhbət açıb.
"İncəsənət" bölməsində İsrafil
İsrafilov Çexov
dramaturgiyasının aliliyi
barədə fikirlərini
qələmə alıb.
İntiqam Mehdizadə xatirələrini
"Bu gün dünəndən
başlayır" silsiləsindən
olan "Yaşa boyun əyməyən"
adlı yazısında
əks etdirib.
Ənənəvi "Kitab rəfi"ndə yeni nəşrlər tanıdılır.
Nadir RZALI
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 13.