Tanıyaq və tanıdaq!
Məsum CABBARPUR
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə
İran İslam İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək, həyata, insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Məsum CABBARPUR
"1983-cü ildə yazın ilk günü Təbrizdə dünyaya göz açdım. Akademik təhsilatım
riyaziyyat üzrə yüksək lisans olmağına baxmayaraq, çox zaman öncədən ədəbiyyat
və fəlsəfə
ilə maraqlanmışam.
Bildiyiniz
kimi, biz - Güney Azərbaycan türkləri
İranda böyük
çoxunluq yiyələndiyimiz
halda, təəssüf,
ana dilimizdə akademik təhsil almaqdan məhrumuq və hər kəs, nə bacarırsa, sonralar öz əməyi və çabası ilə əldə etmişdir! Bu fakta baxaraq mənim ilk yazdıqlarım fars
dilində və sonucda çap etdirdiyim kitab farsca olmuşdur.
Ancaq Moləvi
demişkən, sonunda
mən də öz əslimə qayıtdım və ana dilimdə yazib-yaratmağa başladım,
bunun üçün
də fəxr edirəm.
Yazdığım şeir və yazıları "Məsum"
təxəllüsü ilə
imzalamışam. Yazın ilk günündə anadan olduğuma baxmayaraq, yaz, heç məni sevməmişdir, mən də onu.
Həyatım başabaş kədərlə
dolu olub və onun əksini
bütün yaradıcılığımda
görə bilərsiniz. Yazın nəğməli
quşları heç
zaman mənim həyatımda oxumayıb
və güllərinin
ətri yaşamıma
səpilməmişdir. Əksinə, mən həmişə qışı
sevmişəm!
Hal-hazırda bir çox yazdığım
əsər çap olmaq icazəsini gözləyir, ancaq İranda emal olunan təzyiqlərə görə sonucu çox da bəlli
deyildir..."
Məsum CABBARPUR
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 22.