Şeytandan daha trajedi bir qız,
Qovulur iç-içə duyğulardan!
Tanrını necə bağışlayım?
Dün bir qız tanıyırdım
Sarı
telli, ala gözlü,
Qızıl gülüşlü, çaşqın
Qolçaqlar arasında.
Gözləri Tanrını andıran
sevgilim
Sonu bitməz əzabı mənə yaşadır
Tanrı
heybətində olan
Sevgilidən yetişən
işkəncədir hə
r nə var.
Tanrının əlləri də
qan qoxuyurdu
O gün. Usluluğun
paslanmış barmaqları
ardında -
Gözlərinin çuxuruna tutsağam,
Vücudunun içərisində
suçlara boğulacağam...
Tanrını necə bağışlayım?!
Bu gün o qızcığazı
tanıyıram,
Qara saçlı, qara gözlü,
Acı gülüşlü,
çaşqın sözlər
arasında.
Bu gün,
keşkə təkcə
şeirlə oynamaq yerinə
Qolçağım olaydın!
Mən,
səkkiz yaşlı
bir dovşanqulaq qara saçlı qız
Bəlkə bir uşaq kimi sənə yalvarıb
Süfrə kənarında, yuxu
zamanında -
Bir saatlıq
mənim olaydın.
O zaman
Elə həmən
dontay nağılların
eniş-yoxuşunda
Əl-üzünü yuyub
sənin üçün
ulduz rolunu oynayardım
Sevilər, oyun götürməz!
Yalnız
masmavı göyüm
ol mənim!
Yalnız
Səni
sevmək yarğısı
ilə korlandım
Dərin yaralar sarıb sinəmi.
Saqın,
o bir gündən danışma,
Qulaqlarım qorxunc sözlərə
qapalı,
Bilirsizli
şeirlər möcüzəsinə
belə!
İnanırmısan?
Bütün sözlərin mənə
seks dadını yaşadır
Bir erotik durum,
Gəlsənə, şəhvətsiz nəfəsim
kəsiləcək
Gecənin ən mif sevişməsilə...
Acı çəkirəm,
Gecənin bağrında erkən
bir doğum,
Qısır qalmış röyalar doğulur.
Əllərin özgə...
Başqa
bir cüt əl istəyirəm
Daha gözlərimi arxadan bağlayıb
Sevgi sancmaya beynimə.
Bir cüt əl qırtlağımla savaşa
girsin
Qan ağlamaq yox,
Habelə
qan tökmək də...
Buralarda
bir qadın
Qadınlığını doğub
diri-diri gömmək istəyir.
Bir gün inləmə səsləri
səpələndi köksümdən,
Bakirəlik hövüşnəsi
qurqu qamçısı
ilə
Cırmaqlandı fantaziyalı bir pərdə.
Bu dəfə
qadınlığımdan dışarı
bir gəbəlik
Köpək tikələrini
Qan qusuram!
Gerçəkləri danan millət
son qullanma tariximi
Ayaqlar altında əzərək
yayınlayırlar!
Gecənin qaranlığında
Şeytandan daha trajedi
bir qız qovulur
İç-içə duyğulardan!
Qaçıram çürük inanclardan,
üstsüz proseslərdən
Bu axşam çılpaqcasına,
Dərincəsinə gömülmüş
düşüncələrimin gərdəyinə.
Gedirəm,
Daşlanmış yazılarım
özgürlük marşı
oxuyur
Qafam başqa yazıların
köksündə yatmayacaq,
Şeirlərimdə cızılan
Qarğalar, kəpənəklər,
Dəndiliyonlar daha uçublar
Məni
də heç aramaq gərəkmir...
Uçuram ölkəmizdən!
Çalxantılı günlərimi uduram
Bir neçə yatışdırıcı
Boğazımdakı qəhərləri ovudur.
Keşkə,
Bilsəydim
röyalarımın yenidən
yayınlamalarını
Və...
Mən...
Səkkiz
yaşlı
bir dovşanqulaq qara saçlı qız...
***
Otağın düşüncəsi
Kim əsdi?!
Bir otağın düşüncəsi...
Kim əsdiyini, kimsə anlamadı
Divarlar sərilmiş xalçanın
saralmış gülləri.
Bu günlər divarlar yalnızlıq doğur,
Sevişmə hissi yaşamayan
dəli baxışlarımda
Bic yalnızlıq!
Nədənsə anlamadı kimsə,
Nə vaxtsa
təcavüz etdilər
boş oyaqlar
Yuxularıma.
İndisə mən,
bir də monopozu yaşayan
Ürək sevgi nədir anlamır
Daha romantik röyalar
Beynini boylu buraxmır.
Mən,
Evim yakamozlanır bir göl,
Bir də ki bir
erkək...
Ürəyim istəyir yox olam,
Damcı-damcı dağılam öz
içimə...
Mənə nə şeir,
Nə də öykü olan bir kişi gərək deyil.
Bir kişi istəyirəm
Nə şeir olsun,
Nə də ki öykü,
Sadəcə yavan bir kişi...
***
Biz sevgi cütlüklərinin
son nəsliyik,
Doğmağa məhkumsa da ürəyim
Sevgi qaynayır, coşur dəhlizlərindən
Gahdan hürkür polis batumundan
Diksinir flaşer
çıraqlarından.
Gömülmüş körpələrin
Qulaqları kirlənməyəcək
yalancı sevgi öykülərinə,
Biz sevgi cütlüklərinin
son nəsliyik!
Bir gün gələr öykülərimiz əbədi
olar
Artıq
düşünməkdən qorxuram
Sanıram biriləri düşlərimi
güdür...
Necə
unuda bilərəm səni,
Ətirin
pillə yolunu sarmışkən,
Dodaqlarımın qızlığını
götürdüyün zaman
Bir körpə şəkilləndi
məndə
Məhkəməni qur!
İnsan
haqları mənim evimdə gömülü,
Qolayca,
Gecənin ən qalabalıq
səssizliyində
Gəl qadınsı yuxularıma!
Qanmaz oyuncaqlar
Beynimdəki sözləri
nə oxul dili qanır,
Nə qanmaz oyuncaqlar!
Boranlı aysız gecə
idi
Gün günü dindirirdi!
Qara saçlar
qaranlığa qarışıb
dalğalanırdı
Göy məscidindən
- Aba! Aba - səslənirdi...
Dili qıvrılırdı
bir acınacaqlı
kinayə ilə deyilən
muştuluğa
Haray! Təbriz yanırdı
Əsid
səpilirdi ürəyinə
Yazıq
bu qoca Təbrizim
Hələ iməkləmədən can verirdi.
Qızarmış zəncir
Əllərimin içində
qırmızı çiçəklər
əkirdi.
Gözlərimi açıram
Oxul çantamın
qıyqac dodaqları
acı gülümsəyir,
Şillə vurur yabancı əllər
Gecə-gündüz mənə,
Mənim
içimə kök salır,
Nə də böyüdükcə çirkinləşir.
İllər sonra daha
"Aba" səslənmirdi dar küçələrdə
"Madər" sözcüyü
bitir beynimdən...
"Aba" içimdəki Təbrizin
buruq-buruq küçələrindən
burulub gedir
"Madər! Madər!
Madər!"
ucalır boğazımdan.
Çıxır ağzımdan, bilmədən,
Dovşanqulaq saçlı qızları
Təbriz
qaldırımlarından atın!..
Dovşanlar anaları çox
sevirlər
Bacarırlar anaları
içlərində böyütsünlər...
***
İki sevgili göz-gözə gəlir
gülümsəyir Türk
qızının
incə dodaqları
Bir dəliqanlı erkək sarılır...
Ufff! Sevişirsənsə, türkcə
seviş,
Boynunda inci bağına
türkcəsinə sarıl!
Dağıt bir ovuc inci olan
boyunbağını...
"Səni sevirəm!" bir bitik sözdü,
Paslanmış dilini qızıl
suyuna ver...
Sevişirsənsə, türkcə seviş
Bir yataq inci...
Balıqların pay verdiyi incilər
şəhəri
Qanımı tökdüyün an məni at Xəzərə!
Qoy balıqlar sevişməyi
öyrənsinlər,
Qanıma
boyansınlar
azad, qırmızı
balıqlar
Birisi məni özümə tanıtdırsın!
Mən kiməm?!
"Aba" dediyim sözcüklər
Təbrizin hansı xarabalığında
gizlənib?
Nə olar, məni özümə qaytarın!..
Nə olar,
o "Aba" səslədiyim Abanı Təbrizin
Dolanbadolan küçələrinə qaytarın.
Nə olar, qaytarın mənə
Yenə
də qızıl bayraq balıqlar
Ürəyimdən dənizə dalğalansın,
Nə olar...
***
Sən
o yana,
Dolu vurur ürəyimi
Baxsana, yarımçıq bir qadınam
Bu ortamda...
Gəl,
arxanı dönmə
Modern sevgililəri burax
işıqlı vitrinlərə!
Baxsana,
sözlərimdən modernitə
utanır...
Gəl,
bu gecə
ürəyini mənə
ismarla
Bütövlüklə!
Məsum
Cabbarpur
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 22.