“20 Yanvar
– Qan Yaddaşımız”
virtual sərgisi təqdim edildi
Azərbaycan xalqının tarixinə
Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar
hadisələrindən artıq
31 il keçir. Keçmiş Sovet Ordusunun
həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa
qarşı törədilmiş
ən ağır cinayətlərdən biri
kimi tarixdə qalacaq. Milli azadlıq və
ərazi bütövlüyü
uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində
yüzlərlə günahsız
insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız
20 Yanvar gününü
heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün
Azərbaycan xalqına,
Azərbaycan ölkəsinə
edilən təcavüzdür.
Bu təcavüz nəticəsində həlak
olanlar xalq qəhrəmanıdır, onlar
millətimizin qəhrəmanlarıdır”.
Anım günü münasibətlə
Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “20 Yanvar
– Qan Yaddaşımız”
adlı virtual sərgi
hazırlanıb. Virtual sərgidə
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində
dərc olunan materiallar və fotolar əks olunub.
525-ci qəzet.- 2021.-
20 yanvar. S. 13.