Zəfər paradı
Araşdırdım tarixi, çox axtardım, aradım,
Hələ mən görməmişdim belə zəfər paradı...
Şütüyür tanklar, toplar, təyyarələr,
dronlar...
Yaşasın haqq işində
bizə arxa duranlar!
Xilas etdik yağıdan Kəlbəcəri, Laçını!
Yurd yerləri sevincdən uçum-uçum uçunur...
Sakitcə baxmaq olmur Füzuliyə, Ağdama,
Gərək naxələflərin gözlərinə ağ dama...
Cəbrayıl gedib huşa, Şuşa xəyala
dalıb,
Zəngilan inildəyir, Qubadlı
viran qalıb...
İgidlər son qoydular illərin
ah-ufuna!
Salam olsun qəhrəman şəhidlərin ruhuna!
Düşməni yurdumuzdan pərən-pərən
salmışıq,
Gözün aydın, Xocalı,
qisasını almışıq...
Qələbə sevinciylə coşur Araz, Həkəri.
Gözümüz aydın olsun, yandı tale ülkəri...
Xəbər çatdı Bağdada,
xəbər çatdı
Hələbə,
Gözün aydın, Nəsimi,
bizimlədir qələbə...
Koroğlunun, Nəbinin, Cavanşirin
ruhu şad...
Nümayişə tələsir Tərtər,
Araz, Bərgüşad...
Qələbə sevinciylə gülür
ellər, obalar,
İlan
ulduz görməsə,
ölməz deyib babalar...
Yurd eşqi köksümüzdə
bir sönməz ocaq çatıb,
Nə qədər fısıldayan
ilanın fısı yatıb...
Baxıb
bir cüt bayrağa yana-yana qalan var,
Bərq vuran ulduz görüb
hey yalmanır ilanlar.
Bu möhtəşəm qələbə
qoy olsun halalımız,
Bədrlənmiş ay olsun qoşa türk hilalımız!
Bir dəqiqəlik sükut
Vətən müharibəsində şəhid olan bütün əsgərlərimizin
ruhuna
Qəlbimiz parçalandı, gözlərimiz
nəm oldu,
Ruhlarınız qoşuldu ölməzlər
sırasına...
Sizin axan qanınız müqəddəs məlhəm
oldu,
Vətənin illər boyu sızlayan yarasına...
Öz şirin canınızı
Vətənə qurban
dediz,
Müqəddəs bir diyarda kamala dolmusunuz.
Bir vaxt üç minə yaxın anaya oğul idiz,
İndi
siz milyonların övladı olmusunuz...
Öz qısa ömrünüzdə
şərəfli yol seçdiniz,
Pillələr saldınız ki, zirvəyə qalxa bilək.
Siz vətənin yolunda canınızdan keçdiniz,
Biz sizin borcunuzdan çətin ki, çıxa bilək...
Hamımız səs veririk qəlbimizin səsinə,
Nakam taleyinizə
göynəyirik, yanırıq.
Siz qorxmadan qalxdınız şəhadət zirvəsinə,
Bir dəqiqə sükutla indi sizi anırıq...
Günah
qara yeldədi, vicdanlar sakit deyil,
Solan körpə
güllərin axı
nə günahı var?
Minalanmış sahədi, bu, adi sükut deyil,
Bu sükutun içində anaların ahı var...
Bu sükut gərək bizim ruhumuzu dəyişə,
Qanınız milyonlara sədəqədir,
fitrədir...
Bu sükut min il
qabaq el yolunda döyüşən
Nigaran şəhidlərin məzarını
titrədir...
Qarşınızda şax duran, ruhunuzdan güc alan
Bir ölkənin yenilməz, müzəffər alayıdı...
Bu adı sükut deyil, bizsiz viranə
qalan
Ulu yurd yerlərinin ehtiram harayıdı...
Azad edilmiş yurd yerində düşüncələr
İndi
bütün dünyanın
gözü bizə dikilib,
İndi
bütün adamlar bir can, bir
bədən olub.
Xaraba həyətlərin hasarları
sökülüb,
Sənin,
mənim olan yer birləşib Vətən olub!
Nələrə qadir deyil yurd
eşqi, el əməyi?
Üzümüz sabahadır, sanmayın
yol azalıb...
Dağıdılıb körpülər,
ancaq qəm eləməyin,
Bu qıjıltılı çaylar
çox körpü yola salıb...
Bərgüşad Həkəriyə qoşulub
axır, axır,
Biz millət savaşından geri dönmərik əsla!
Murdar ayaqlar dəyən bu müqəddəs torpağı
Gərək salavat çəkib
təmizləyək Arazla!
Gözəl bir məkan varmı bu yurddan,
bu ölkədən?
Bu torpaq möcüzədir,
daş da səpsən, bitəndir.
Torpağı yağılardan, gözümüzü
kölgədən
Qurtaran oğulların
əmanəti Vətəndir.
Dəyişəcək nəsillər, aylar illər ötəcək,
Heç vaxt sönməyəcəkdir
bizim qaynar ocaqlar.
Kökümüzdən boy alan
övlad, nəvə,
nəticə
Bu müqəddəs torpağın
sahibi olacaqlar...
Yurddan ayrı düşəni həsrət alovu qarsar,
Yalnız
haqqa güvənən
murada çata bilər...
Ürəyimiz həmişə eyni
ahənglə vursa,
Bu torpağa bağlansaq, bizə kim
bata bilər?!
İndi bütün dünyanın gözü bizə dikilib,
İndi
bütün adamlar bir can, bir
bədən olub.
Xaraba həyətlərin hasarları
sökülüb,
Sənin,
mənim olan yer birləşib Vətən olub!
Kəlbəcərin dağlarına yağdı
qar
Ana yurdum, daha sənin nə dərdin?
Övladların ağ etdilər üzünü.
Közərtdilər kül altında gizlənən
Ocaqların bizə həsrət
közünü...
Bu yerlərdən kəsilmişdi
ayağım,
Qan qardaşım oldu mənim dayağım...
Zirvəsində dalğalanır bayrağım,
Ulu Murov xoşbəxt sanır özünü.
Saray olmaz namərdlərin damından,
Hünərin var burun çıxart komandan,
Yumruğunu düyünləyib komandan
Dadınızmı qalxan deşən gürzünü?
Pay umanlar paylarını aldılar,
Zingildəyib haray-həşir saldılar,
Zəfər çaldıq, yana-yana
qaldılar,
Azmanların yerə vurduq dizini.
Ulu Tanrım oldu mənim dayağım,
Çəkil get öz xarabana,
a yağı!
Bur
a dəyməz bir də düşmən ayağı,
Bədxahların kor elədik gözünü...
Qəlbdə sevgi, inam varsa, zəfər var,
Bu gün ulu bir
diyara səfər var,
Kəlbəcərin dağlarına yağdı qar,
Silmək üçün
yağıların izini...
Rafiq YUSİFOĞLU
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.23.