NƏ
DİNDİRƏR?
"Mən ayağa qalxacam,
yarama torpaq tökün"
(Barat Vüsal)
Yarana qurban gedim, yaran
mənim yaramdı,
Neçə yüz ildir, xalqın viranlığı
davamdı,
Orda can verənlərin hamısı
öz lələmdi,
Sənin,
mənim yaramı torpaq sağaldar, qardaş,
Gözü ağlar ananın yarasın nə dindirər?
Hürr
deyib bağıranda batırmasam ağını,
Orda deyib-güləndə incitsəm
Kirs dağını,
Gəzəndə o yerlərin biz solunu-sağını
Təskinlik tapa billik, Vətən sağaldar, qardaş,
Dağlı Ağrı dağının
acısın nə dindirər?
Min tikə, bir bədənik, parça-parça
olmuşuq,
Bu gün Qarabağ deyib xeyli toxtaxlamışıq,
Seyr edəndə Ağdamı
uçqundan yaş tökmüşük,
Çox
şükür ki, Şuşaya, Laçına
hayım yetir,
Yaralı Xan Arazın
qübarın nə dindirər?
Nadir RZALI
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.23.