Müharibənin qadın üzü  

 

Çağdaş Azərbaycan publisistikasının tanınmış nümayəndəsi Zemfira xanım Məhərrəmlinin yaradıcılığını, xüsusən Qarabağ müharibəsi ilə bağlı yazılarını müntəzəm izləyirəm.

 

Bu yaxınlarda, daha doğrusu, Vətən müharibəsi dövründə onun "Qarabağ müharibəsi: zərif talelər" kitabını oxumağa başladım. Etiraf edim ki, kitab 2018-ci ildə nəşr olunsa da, mətnlər bu kontekstdə tamam fərqli estetik psixoloji qavram da oxunur. Bu kiçik resenziya da həmin kitab haqqındadır.

 

Kitabdakı yazılar janr üslubuna görə fərqlənir: bədii-sənədli hekayələr, portret yazılar, bioqrafik oçerklər sıralanaraq bir tale kitabı yaratmışdır. Təsadüfi deyil ki, əksər oçerklərin, portretlərin adında "tale" sözü keçir: "Bizi tale görüşdürdü", "Hərənin öz taleyi", "Tale adlı yazı varmış". Elə kitabın adında da "zərif talelər" sözü əsərin məna-ideyasını dürüst ifadə edir. Z.Məhərrəmli həmin tale tarix yaddaşının tərcümanı kimi çıxış edir. Bu yığcam maraqlı yazıların sujet strukturunda həm xatirə cəbhə gündəliklərindən fraqmentlər yer alır. Həmin yaddaş fraqmentləri əsasında qanlı döyüşlərin xronolojisi bərpa edilir. Təhkiyənin səmimiyyəti ağrıların, itkilərin miqyasını hiss etməyə imkan verir. Bu yığcam maraqlı yazıların sujet strukturunda xatirə cəbhə gündəlikləri yer alır, həmin yaddaş fraqmentləri əsasında döyüşlərin xronolojisini bərpa edilir. Bu kitab gəncliyi taleyi müharibəyə düşmüş Azərbaycan qadınlarının rəşadəti, vətənpərvərliyi, nakam sevgisi haqqındadır. Bu mənada kitab tale yaddaş kitabıdır. "Azərbaycan qadını Qarabağ müharibəsində" - ilk baxışdan bəlkə kitabın əsas mövzusunu ənənəvi olaraq belə adlandırmaq olardı. Birinci Qarabağ müharibəsində iştirak etmiş qadınların gerçək taleyi haqqında bir salnamədir. Yazarın dürüstlüyü həqiqətin hüdudlarını görməyə imkan verib. Yalnız dürüst, vicdanlı publisist qələmi bu gerçəkliyi yazır.

 

Qadın anlayışı düşüncəmizdə Gözəllik ideyası ilə vəhdətdədir etik başlanğıc özlüyündə ruhun gözəlliyidir, ruh isə mərhəmətlə, sevgi, şəfqət duyğuları ilə birləşəndə daha da gözəlləşir. Qadın həyat başlanğıcını, müharibə isə ölümü simvolizə edir. Yazıların sujet strukturu, emosional siqləti sanki bu simvolik təzadın üzərində qurulmuşdur.

 

Qarabağ müharibəsi xalqımızın mənəvi-əxlaqi dəyərlərinin tarixi sınağa çəkildiyi hadisə idi. Zemfira Məhərrəmlinin istedadlı qələmi Azərbaycan qızlarının bu ağır, taleyüklü imtahandan şərəflə çıxmasını, Səma Kərimova, Rəhilə Orucova, Mərziyə Piriyeva, Nurcahan Hüseynova başqa qəhrəman qızlarımız haqqında oçerkləri qürur iftixar hissilə oxuyursan.

 

Onlar üçün o müharibəni xatırlamaq danışmaq qədər ağır olsa da, müəllif onları danışdıra bilmiş, onların ağrı yaddaşını sözə çevirə bilmişdir. Məsələn: "Məleykə bir hadisəni heç cür unuda bilmir. Həmin axşam toran qovuşanda hospitalın həyətində bir uşaq gördü. Təzəcə yeriməyə başlayan körpə ağlaya-ağlaya cəsədlərin arasında anasını gəzirdi. O, birdən inilti səsinə döndü özünü gənc qadının üstünə atdı. Körpə balaca əllərini anasının sinəsində gəzdirir, isə axtarırdı. Görünür, zavallı yamanca acmışdı... Uşaq birdən dəlicəsinə çığırıb hönkürdü. Qan içində çabalayan ananın sinəsi dağ laləsinə bənzəyirdi. Ağrılardan zarıyan, can verən, balasını sonuncu dəfə görmək üçün boylanan ana ölmək istəmirdi..." ("Ələsgərin qız qardaşı") Əlbəttə, qadınların söyləmə tərzi kişilərin epik təhkiyəsindən fərqlidir. Zemfira Məhərrəmlinin qəhrəmanları üçün müharibə yalnız bioqrafik hadisə deyil, taleyin ayrılmaz hissəsidir. Müəllif sujet fokusunu elə qurur ki, onlar öz xatirələrini əsgərlərin həyatı ölümü kontekstində danışırlar. "Sevgi" "ölüm" sözləri döyüşçü qızların hekayətlərində, xatirələrində qoşa, yaxın mənalı kəlmələrdir.

 

Yazıların bir ideya özəlliyi ondadır ki, müəllif Vətən qızlarının taleyini Vətən oğullarının qəhrəmanlığından ayırmır. Hər bir xanımın döyüş yolu onun tale yolu kimi mənalandırılır. Məhz ona görə Olqa Rüstəmovanın ömrünə həyat yoldaşı Xaqani Rüstəmovun döyüş yolu ilə "kəsişmədə" işıq salır.

 

Müharibənin ağır sərtliyi amansızlığı fonunda müəllif onların zərifliyini göstərməyi unutmur. Müəllifin bu lirik ricəti ilə razılaşırıq: "Cəbhə həyatı insanları bərkə-boşa salır. Bəzən ürəkləri daşa döndərir, sərtləşdirir. Amma zərif məxluq harada olursa-olsun, öz incəliyini qoruyub saxlayır". Onların üst-başlarından səngər nəmişliyi, barıt iyisi gəlsə , dəfələrlə ölümlə üzləşsələr sınmayıblar. "Döyüşlərin birində yaralıları sarıyarkən əli avtomatlı gənc əsgər yaralı dostunu göstərib silahı mənə tuşlayaraq hiss-həyəcanla:

 

- Dostumu həyata qaytarmasan, səni vuracağam, - dedi.

 

Bu qəfl əmrdən az qala çaşqınlıq keçirəcəkdim. Lakin özümü itirmədən:

 

- Öldürsən, ölülərdən biri mən olaram. Onda yaralıları da ölmüş hesab elə. Onların yarasını sarıyıb qan itirməkdən, ölümdən kim qurtaracaq? Sənin kədərini, ürəyindəki ağrı-acını mən anlayıram, qardaşım, - dedim.

 

Gənc döyüşçü bu sözlərdən sonra avtomatını yerə atıb, silah, səngər dostunun güllələrdən parça-parça olmuş bədənini bağrına basdı. Onun hönkürtüsü indi qulağımdadır" ("Şəfalı əllərin möcüzəsi").

 

Etiraf edirəm ki, Zemfira xanımın yazılarında elə səhifələr döyüş epizodlarını seçib təqdim edir ki, oxuyanda ağrıyırsan heyrətlənirsən: müəllifin ürəyi buna necə dözüb? Ağrı, düşmənə nifrət hissi ilə öz qəhrəmanları arasında "məsafəni necə saxlaya bilib?"

 

Z.Məhərrəmlinin detal duyumu hadisələrin havasını dəyişməyə ,bəzən təhkiyəsinin tipini müəyyənləşdirməyə imkan verir. Bu kitabda diqqətçəkən bədii nəsr detalları kifayət qədərdir. Onlardan birini örnək gətirirəm:   "İyul ayı Ağdamda həmişə isti olur. Amma "QAZ-69" maşını Yeddixırmana tərəf qalxdıqca bir sərinlik duyulurdu. Sürücü maşında əyləşib ətrafı seyr edən Xalq şairi Bəxtiyar Vahabzadəyə tərəf dönüb sanki təsəlli verirmiş kimi:

 

- Bəxtiyar müəllim, yuxarılarda lap sərin olacaq, - dedi.

 

Sonra isə yoxuş olsa da, maşının sürətini bir az da artırıb:

 

- Əsgərlər sizi görəndə yaman sevinəcəklər, - deyə əlavə etdi.

 

Şair onu xəyaldan ayırmış qıvrımsaçlı sürücünün gözlərindəki sevinc və ehtiramı sezsə də, bir söz demədi" ("İyirminci payızın ilğımları").

 

Zemfira xanımın kitabını oxuyanda litvalı tələbə yoldaşım Vitasın danışdığı knyaz Mindauqas haqqında əfsanə yadıma düşdü. Həmin knyaz qəsrdə iki salnaməçi saxlayırmış: Qara salnaməçi və salnaməçi. Hökmdar həmişə Qara salnaməçini rəğbətləndirir, çünki knyazın istədiyini yazırdı. salnaməçiyə qarşı isə  biganəlik göstərirdi. salnaməçi gələcək nəsillər qarşısında məsuliyyətini dərk edib, yalnız həqiqəti yazırdı. Ömrünün mənasını vəzifədə, şöhrətdə deyil, həqiqətə, xeyirə xidmətdə görürdü...

 

Məhz həmin salnaməçi kimi Zemfira xanım Məhərrəmli döyüşçü qızlar haqqında həqiqəti yazmağın məsuliyyətini dərk etmiş, onların yaddaşını xalqımızın tarixi yaddaşı ilə birləşdirmişdir. Müharibə yaşantıları, dərin psixoloji streslər onların təhtəlşüurunda və yaddaşında elə dərin şırımlar açıb ki, onlar üçün artıq gözəgörünməz "ikinci həyat"a çevrilibdir (Hətta inanıram ki, bu yaddaşın materiyası müəllifin özünün də həyata münasibətini və dünyagörüşünü formalaşdırıbdır). Kitabın gələcək nəsillər üçün əhəmiyyəti də bundadır.

 

 

 

Rüstəm KAMAL

Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru

 

525-ci qəzet.- 2021.- 23 yanvar.- S.23.