UNEC-in ikili diplom proqramları: mühüm
yenilik, uğurlu nəticələr
Tədrisin keyfiyyətinin artırılması
istiqamətində Azərbaycan
Dövlət İqtisad
Universitetində (UNEC) həyata
keçirilən islahatlardan
biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq
UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində
UNEC diplomu ilə bərabər, Fransanın
Monpelye, London Universiteti-London
İqtisadiyyat Məktəbinin,
İsveçrənin UBİS, Litvanın Mikolos Romeyros universitetlərinin də diplomlarını alması reallıqdır.
Regionda iqtisad elmini dərindən öyrədən
fundamental tədris mərkəzi
sayılan Azərbaycan
Dövlət İqtisad
Universiteti dünyanın
nüfuzlu universitetləri
ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və
mübadilə proqramlarını
uğurla həyata
keçirir.
UNEC-də bakalavr
pilləsi üzrə
Monpelye Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin
UBİS (University of Business and İnternational
Studies) Universiteti ilə
ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda,
UNEC London İqtisadiyyat Məktəbinin
akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına
qoşulub. Proqramı müvəffəqiyyətlə
bitirən tələbələr
London Universitetinin və
Azərbaycan Dövlət
İqtisad Universitetinin
bakalavr diplomunu əldə edə bilir. Türkiyənin ən nüfuzlu
universitetləri o cümlədən,
dünya reytinq sıralanmasında 85-ci yerdə
olan ODTÜ-nün diplomunu UNEC-də oxumaqla qazanmaq mümkündür. Universitetin Türkiyənin
təkcə ODTÜ yox,
Bilkənt, Qazi, Hacəttəpə və
TOBB universitetləri ilə
ikili diploma dair əməkdaşlığı var.
UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil
müəssisələri ilə
də əməkdaşlığı
genişləndirir. Belə
ki, 2019-2020-ci tədris
ilindən UNEC-də
ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi
nəzərdə tutulub.
Fransanın İCD Paris Biznes Məktəbi və Monpelye Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə
razılaşmalar əldə
olunub.
UNEC Avropanın, Amerikanın aparıcı universitetləri
ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. Həmçinin, tələbələrə dünyanın aparıcı
universitetlərinin beynəlxalq
proqramlarında iştirak
etmək üçün
şans yaradır.
Hər il
onlarla UNEC tələbəsi
həmin proqramlarda iştirak edərək, uğurla məzun olur. Belə proqramlardan biri
də London Universiteti/London
İqtisadiyyat Məktəbinin
(LSE) bakalavr dərəcəsi
üzrə beynəlxalq
proqramıdır.
Universitet
2020/2021-ci tədris ilində
UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi
(LSE) ilə beynəlxalq
bakalavr proqramından məzun olan Nəzrin Nəzərovanın
sözlərinə görə, 4 il ərzində dünyanın və ölkənin aparıcı
universitetlərinin diplomuna
sahib olmaq və bu müddət ərzində iki müxtəlif ixtisasa yiyələnməyin özü
böyük şansdır
və bu şansı bizə yaratdığı üçün
UNEC-ə minnətdaram: "UNEC-in Beynəlxalq İqtisad Məktəbində (İSE) Dünya
iqtisadiyyatı ixtisası
üzrə təhsil almışam. LSE-də isə təhsilim Biznes və menecment ixtisasi üzrədir.
Fikrimcə, iqtisadiyyat ixtisası
tələbələrə qloballaşan dünyanın
üzləşdiyi bir
sıra problemlər və məsələlər
barədə daha kreativ və dərindən düşünməyi
öyrədir. Biznes və
menecment ixtisası istər bakalavr, istərsə də magistr dərəcəsində
bütün dünyada
tələbələr tərəfindən
ən çox tələb görən və məşhur ixtisaslardan biri hesab olunur. Biznes və menecment ixtisası geniş spektrlı olmaqla analitik və kritik düşünmə
bacarıqlarının inkişafına
yardım edir və biznesin idarə edilməsi, o cümlədən, maliyyə
və iqtisadiyyat kimi bir sıra
sosial elmləri özündə cəmləşdirir
və onlar haqqında da fundamental biliklər qazanmağı
təmin edir. Düşünürəm ki, hər iki ixtisas bir-bir
ilə əlaqəlidir
və gələcəkdə
hər iki ixtisas karyeramda mühüm rol oynayacaq. LSE sosial elmlər üzrə dünya miqyasında yüksək reputasiyaya
sahib olan və dünyanın aparıcı
təhsil müəssisələri
arasında daima ön sıralarda yer alan
universitetdir. Bu səbəbdən həmin
universitetdə təhsil
almaq bir çox tələbənin
arzusudur. LSE-ni və proqramı
araşdırdıqda, eləcə
də, bu universitetdən məzun olmuş bir çox alimlər, elm adamları, iqtisadçılar,
siyasətçilərin siyahısı
ilə tanış olduqda həmin proqramda mövcud olan yüksək təhsil standartlarına bir daha əmin
oldum və proqrama qoşulmaq qərarına gəldim".
O deyir ki, UNEC ilə paralel olaraq, LSE-də də təhsil almaq çox da çətin olmadı: "Təbii ki, vaxt məhdudiyyəti,
adaptasiya və s. ilə bağlı müəyyən çətinliklər
oldu və olacağını öncədən
təxmin etmişdim. Düşünürəm ki, pessimist insan
yaranmış hər
bir imkanda çətinliklər görür,
optimist insan isə hər bir çətinlikdə
imkanları. Buna görə də bəzən uğursuzluqlar
və çətinliklərlə
qarşılaşdıqda çalışırdım
kı, motivasiyanı itirməyim, çünki
çətinlik inkişaf
və təkmilləşməyə
aparan yoldur".
N.Nəzərovanın sözlərinə əsasən,
İSE ilə LSE-nin dərs proqramlarında hansı oxşarlıq və fərqliliklər
var. - Oxşar cəhətlərinə
nüfuzlu xarici univeristetlərdə təhsil
almış və müvafiq sahə üzrə yüksək təcrübəsi olan müəllim kollektivini, interaktiv tədris metodlarının tətbiq
edilməsini, zəngin
onlayn kitabxananı aid
etmək olar. Onlayn kitabxana
vasitəsilə minlərlə
elekton məqalələrə
və dərs vəsaitlərinə əlçatanlığın
təmin edilməsi mənim üçün önəmli məqamlardan
biri idi. Fərqli cəhətlərə
gəldikdə isə
LSE-də imtahanların
il ərzində
bir dəfə təşkil olunması və yekun qiymətləndirmənin
yalnız imtahanlara əsaslanmasını demək
olar. Həmçinin,
LSE-də tələbə
sayının daha az olması
əsas fərqliliklərdən
biridir.
Gələcək planlarından söz
açan N.Nəzərova
qeyd edib ki, tərəqqi təhsildən başlayır
və insan öz bilik, bacarıqlarını daima
təkmilləşdirməli, həyatı boyu öyrənməlidir: "Bakalavr
təhsili ilə yanaşı, LSE, Yale kimi aparıcı universitetlərin
ixtisasartırma kurslarında
iştirak etmişəm.
Magistratura təhsili almaq,
oxuduğun sahə üzrə ixtisaslaşmaq,
eləcə də elmi-pedaqoji fəaliyyətlə
məşğul olmaq
üçün mütləqdir.
Buna görə də, magistr təhsili almaq növbəti illərdə
əsas hədəflərimdən
biridir. Hazırda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
işləyirəm və
düşünürəm ki, ilk öncə müəyyən qədər
iş təcrübəsi
qazanmaq magistr təhsilimi hansı ixtisas üzrə alacağımda, karyeramı
hansı istiqamətdə
davam etdirəcəyimdə
mühüm rol oynayacaq".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, tələbələrin
Azərbaycan Dövlət
İqtisad Universiteti ilə yanaşı, Avropanın nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını böyük
şansdır. Bu, UNEC tələbələrinə
magistr təhsilində
Avropa, eləcə də dünya universitetlərinə açılmaq
üçün əlavə
üstünlüklər yaradır:
"UNEC-də təhsil
alanlar üçün
geniş imkanlar yaradılır. Bu imkanlardan istifadə etmək tələbələrin
öz əlindədir".
Ş.Əsgərovun sözlərinə
əsasən, dünyanın
bir sıra aparıcı ali
təhsil müəssisələri
ilə əməkdaşlıq
edən UNEC təhsil xidmətlərinin ixracı
baxımından da bir sıra yeniliklərə
imza atıb. Belə ki, UNEC dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə,
o cümlədən, İngiltərənin
London Universiteti/London İqtisad
Məktəbi, Fransanın
Monpelye, Litvanın Mikolos Romeris, İsveçrənin Biznes
və Beynəlxalq Tədqiqatlar Universiteti və qardaş Türkiyənin Süleyman
Dəmirəl və Uludağ universitetləri ilə ikili diplom proqramları reallaşdırmaqdadır: "Bu proqramlar bakalavr, magistratura və MBA səviyyəsində təhsil
alan tələbələrə
hər iki universitetin diplomlarını
almaq imkanı verir. İnkişafın prioritet istiqaməti
kimi kadr potensialının gücləndirilməsi
və bu istiqamətdə beynəlxalq
təcrübədən istifadə
olunması sahəsində
də ciddi irəliləyiş var. Bütün
bunlar isə yüksək qiymətləndirilməlidir".
Ş.Əsgərov əlavə edib ki, Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC tədqiqat
universitetinə çevrilmək
istiqamətində qarşıya
qoyduğu strateji hədəfə qısa bir zamanda çata
bilib: "UNEC Azərbaycan
təhsil sistemində
və universitet modelinin tanıtımında
ciddi yeniliklərə
imza atmaqla kifayətlənməyən, öz
missiyasını daha irəli götürmək
istəyən bir təhsil brendidir. UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti
və bu kimi bir sıra
beynəlxalq assosiasiya
və təşkilatların
üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx
əməkdaşlıq edir.
İqtisadiyyat üzrə
11 Nobel mükafatı laureatının
UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif
istiqamətlər üzrə
mühazirələr aparması
da bu ali təhsil müəssisəsinin beynəlxalq
aləmdə nüfuzunun
artmasını bir daha təsdiq edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.10.