Co Bayden Vaşinqtonun siyasətində nələri dəyişir?
ABŞ-da Cozef Bayden və Kamala Harris and içərək vəzifələrinin
icrasına başlamaları
ilə Donald Tramp dövrü
rəsmən bitdi.
Tramp xələfinin andiçmə
mərasiminə qatılmaqla
son dəfə təxminən
əsryarım əvvəl
qeydə alınmış
hadisəni təkrarladı.
Trampın yeni prezidentin
andiçmə mərasiminə
qatılmayacağı gözlənilən
olduğu üçün
qalmaqal yaratmadı.
Ondan fərqli olaraq vitse-prezident Mayk Pens yeni prezidentin andiçmə mərasiminə
qatıldı və bu addım tədbir
iştirakçılarının rəğbətinı qazandı.
Yeni prezident
Co Bayden isə səlahiyyətlərinin icrasına
amerikalıları birliyə
çağırmaqla və
sələfinin bir sıra sərəncamlarını
ləğv etməklə
başladı. Co Bayden
Trampın əsas layihələrindən biri
olan Meksika ilə sərhədboyunca divar tikintisinin dayandırılması ilə
bağlı sərəncam
imzaladı. Eyni zamanda, o, Kanadadan Texasa çəkilən neft kəmərinin də inşasının dayandırılması ilə
bağlı sərəncam
verdi. Bu kəmərin tikintisi hələ Barak Obamanın
prezident olduğu dövrdən bu günə kimi respublikaçılarla demokratlar
arasında mübahisə
mövzusudur. Respublikaçılar
Kanadadan Texasa çəkiləcək neft
kəməri vasitəsilə
İllinoys, Nebraska və
Texasdakı neft emalı zavodlarının
xammala təmin olunacağını və
bunun nəticəsində
də bu ştatlarda yeni iş yerlərinin açılacağını əsas
götürərək layihənin
həyata keçirilməsinə
cəhd edirlər. Respublikaçılar bu layihənin
reallaşması üçün
2015-ci ildə xüsusi
qanun da qəbul etmişdilər.
Lakin o zaman prezident Barak Obama ölkənin
bütün ərazisindən
keçən neft kəmərinin tikintisinin ekoloji cəhətdən zərərli olduğunu əsas gətirərək
qanuna veto qoymuşdu.
Tramp isə prezident seçildikdən sonra sələfinin qərarını
ləğv etmişdi.
İndi isə Co Bayden Trampın sərəncamını
ləğv edərək
neft kəmərinin tikintisini dayandırdı.
Yeni prezidentin
digər bir sərəncamı isə
ABŞ-ın Paris İqlim
Müqaviləsinə qayıtması
ilə bağlı oldu. İqlim dəyişikliklərinin dayandırmasına xidmət
edən bu müqavilə 2015-ci ildə
Parisdə imzalnmışdı.
Lakin
Tramp iqlim dəyişikliyi
haqqında fikirlərə
inanmadığı üçün
2019-cu ilin noyabrında
ABŞ-ın müqavilədən
çıxdığını elan etmişdi. Trampın bu qərarı ABŞ-ın müttəfiqlərini
və beynəlxalq təşkilatlar tərəfindən
narazılıqla qarşılanmışdı.
İndi isə Co Bayden Trampın sərəncamını
ləğv edərək
ABŞ-ı Paris İqlim Müqaviləsinə
qaytardı. Bundan başqa,
Co Bayden ABŞ-ın Ümumdünya Səhiyyə
Təşkilatından çıxması
ilə bağlı Trampın başqa bir sərəncamını
da ləğv etdi.
Co Baydenin ilk iş günü imzaladığı
15 sərəncamın arasında
Afrika və Yaxın Şərqin bəzi müsəlman ölkələrindən ABŞ-a mühacirətə Tramp tərəfindən
qoyulan qadağanı ləğv edən sərəncam da var. Bütün bunlar Co Baydenin sələfinin irsindən qısa zamanda qurtulmağa çalışdığını göstərir.
Seçki kampaniyası zamanı
Trampın koronavirus pandemiyasına qarşı
siyasətini kəskin
tənqid edən Co Bayden səlahiyyətlərinin
icrasına başladıqdan
dərhal sonra dövlət qulluqçularının
qarşıdakı 100 gün
ərzində maska taxmalarının məcburiliyi
ilə bağlı sərəncam imzaladı.
Prezident hesab edir ki,
bu, koronavirus pandemiyasının cilovlanması
üçün həyata
keçirilən tədbirlərin
effektlivliyini artıra
bilər.
Ancaq yeni prezidentin qarşısında duran əsas problemlər təkcə bu sadalananlardan ibarət deyil. Co Bayden iqtidarının qarşısında isə çox ciddi problemlər dayanır.
Prezident seçkiləri ABŞ-ın təxminən iki hissəyə bölündüyünü üzə çıxardı. Co Baydenin qarşısında bu vəziyyəti aradan qaldırmaq və cəmiyyətin bütövlüyünü təmin etmək kimi çətin vəzifə durur. Ağ evin yeni sahibi bunun üçün irqi bərabərsizliklə yanaşı, iqtisadi bərabərsizliyi də aradan qaldırmalıdır. Co Bayden "Bərabərliyin federal siyasətə daxil edilməsi, sistemli irqçiliyin və digər maneələrin aradan qaldırılması" haqqında sərəncam imzalayaraq irqi və cinsi bərabərliyi tam təmin etməyi nəzərdə tutan proqramların həyata keçirilməsinin yolunu açıb.
Tərübəli siyasətçi olan Co Bayden qarşısında duran həlli çətin vəzifələri həll etmək üçün güclü komandaya ehtiyacı olduğunu yaxşı bildiyindən ətrafına təcrübəli kadrlar yığır.ABŞ-ın dünyadakı nüfuzunu və mövqeyini bərpa etməyi başlıca vəzifələrindən biri sayan Co Bayden Dövlət Departamentində güclü komanda formalaşdırmağa başlayıb. Dövlət katibi vəzifəsinə namizəd göstərilən Entoni Blinkenin Vaşinqtonun siyasi dairələrində peşəkarlığı ilə xasusi rəğbətə malikdir. Entoni Blinken əsası Ruzvelt tərəfindən qoyulan Transatlantik strategiyanın alternativi olmadığını düşünən şəxslərdəndir. Co Bayden Blinkenin ətrafında güclü komanda formalaşdırmaqla Dövlət Departamentini gücləndirir. Dövlət katibinin birinci müavini vəzifəsinə Vendi Şerman, siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nuland, demokratiya və insan haqları məsələləri üzrə müavini vəzifəsinə isə Uzra Zeyanın namizədliyi irəli sürülüb. Onların hər biri diplomatik işdə böyük təcrübələri olan peşəkar kadrlardır.
Co Baydenin komandasında ən çox diqqət çəkən şəxslərdən biri də maliyyə naziri vəzifəsinə namizəd göstərilən Canet Yellendir. Federal Ehtiyatlar Sisteminin keçmiş rəhbəri Canet Yellen güclü dollar tərəfdarı olan maliyyəçi kimi tanınır. Dolların dəyərinin süni şəkildə aşağı salınmasının əleyhidarı olan Canet Yellenin maliyyə naziri təyin edilməsi maliyyə dairələrində rəğbətlə qarşılanıb. Çünki dünya maliyyə sisteminin sabitliyi ABŞ-ın maliyyə nazirinin siyasətindən çox asılıdır.
Co Baydenin ilk qərarları,
həyat keçirmək istədiyi proqram
nikbinlik doğursa da, ABŞ-ın Rusiya və
Çinlə münasibətlərindəki gərginlik Ağ evin yeni
sahibi üçün
qarşıdakı 4 ilin rəvan
keçməyəcəyini proqnozlaşdırmağa əsas verir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.7.