Azərbaycan qadını Vətən
müharibəsində...
Qadına olan sevgi ilk olaraq anadan başlayır
və bu sevgi böyüyərək
ümumilikdə bütün
insanlığı əhatə
edir. Öz varlığı
ilə cəmiyyətə
sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət,
ismət və sədaqət sözlərini
ehtiva edən Qadın adı nə qədər ülvi olsa da, Azərbaycan Qadını adı bir o qədər də dərin məna və əhəmiyyət kəsb
edir. Bəli, Azərbaycan Qadını
adı dünyada movcud olan adlar
arasında ən yüksəyidir.
Adi günlərdə özünü
həyat yoldaşına,
uşaqlarına və
ev işlərinə
sərf edən Azərbaycan qadını taleyüklü bütün
məsələlərin həllində
və müharibələrdə
tam fərqli və xarizmatik obraz nümayiş etdirib. Bu, Azərbaycan qadınının
qəhrəman və igidlik obrazıdır.
Hər bir uğurlu kişinin arxasında güclü bir qadının olması barədə ifadə boşuna deyilməyib.
Bu qadın həyat yoldaşı, bacı və nəhayət, qayğıkeş ana ola bilər.
44 günlük Vətən müharibəsində
şücaət, igidlik
göstərən əsgər
və zabitlərimizin
anası da məhz Azərbaycan qadınıdır. Analarının onlara verdiyi sevgi hərbçilərdə
Vətən sevgisini yaradan birinci və ən əhəmiyyətli amildir.
Əzəli torpağımız olan Qarabağda qısa müddət davam edən döyüşlərdə
Azərbaycan qadını
əsgərlərimizin yanında
oldu, gecə-gündüz
onlar üçün
dualar etdi. Yaralı əsgərlərimizə
tibbi yardım göstərən həkim
qadınlarımız hər
bir əsgərimizə
öz övladı kimi baxdı, onu əzizləyib qayğısına qaldı,
başına sığal
çəkdi. Bəzi qadınlarımız
cəbhəyə öz
əlləri ilə hazırladığı yeməkləri,
ədviyyatları, evində
olan isti paltarları göndərdi.
Hətta
cəbhədə heç
bir qohumu olmayan qadınlar belə bu cür
addımlar atırdılar.
Cəbhədə olan hər bir əsgər və zabit Azərbaycan
Qadınının doğması
sayılırdı.
Azərbaycan qadının siması olan ölkənin birinci xanımı Mehriban Əliyevanın müharibənin ilk günlərində
Silahlı Qüvvələrin
Baş Hərbi Hospitalında yaralı qazilərimizi ziyarət edərkən kövrəlməsi
və gözlərindən
axan yaş bütün dünyaya və insanlığa bir sevgi mesajı
idi. Mehriban xanımın nurlu
simasından süzülüb
yerə düşən
bir neçə damcı bütün Azərbaycan Qadınlarının
göz yaşları idi, sadəcə bu göz yaşları
ümumiləşib Mehriban
xanımın gözlərindən
axırdı. Diplomatik və
cəsarətli Azərbaycan
qadınının öz
əsgərinə olan
sevgisi bütün ülvi hisslərdən öndə idi.
Həmin dövrdə isə cinayətkar Ermənistan dövlətinin birinci xanımı Anna Akopyan əlinə silah götürərək guya hərbi təlimlərə qatılaraq qadınlardan ibarət dəstələr yaradırdı. Özünü bütün dünyaya biabır edən əri Paşinyan kimi nə etdiyini bilməyən Annanın qadın dəstəsindən sonralar bir xəbər də çıxmadı. Öz əsgəri ilə əl verib görüşməyi özünə yaraşdırmayan Paşinyana həyat yoldaşlığı edən Annanı heç Mehriban xanımla müqayisə də etmirəm. Çünki bu müqayisə ədalətsiz və yersiz olar. Sadəcə erməni qadınlarının siması olan Annanın xaraktersizliyini, sevgi və mərhəmət hisslərindən uzaq olmasını bir daha xatırlatmaq istədim. Hər iki ölkənin birinci xanımı öz xalqının qadınlarının təmsilçisidir.
Cəsurluğu ilə nümunə
olan, hətta əlinə silah
alıb aktiv döyüşlərə
qatılmaq istəyən Azərbaycan qadınının bəziləri
Vətən müharibəsində həyat
yoldaşını, övladını, qardaşını və
ya atasını itirdi.
Bu məsələdə də,
qadınlarımız dünyanı heyran buraxacaq hərəkətlər etdilər.
Şəhid olan əzizlərinin nəşini
də şərəf və ləyaqətlə
qarşıladılar. Təklikdə və içində
ağladı Azərbaycan Qadını. Bəzən əzizinin
tabutunu yerdən qaldırıb
başı üzərində apardı. Həmin anda onun dilində
yalnız bu söz
vardı: "Təki Vətən sağ olsun". Dünyada ancaq Türk və Azərbaycan
qadınının dediyi bu
söz vətən üçün
qadınlarımızın canından çox
sevdiyi doğmalarını qurban verməyə hazır olduğunu
göstərdi. Həyat yoldaşları şəhid
olan Azərbaycan Qadını dünyada yeganə qadındır ki, o, daim
ərinin yasını saxlayacaq, yenidən
ailə həyatı qurmayacaq, həmişə
onunla olan günlərini
xatırlayıb göz yaşı
axıdacaq, onunla qürur
duyacaq, şəhid xanımıyam deyəcək,
sevgisini isə ancaq
övladlarına verəcək. Daxilində sevgi, mərhəmət olan
Azərbaycan qadınının ürəyi çox
böyükdür. Lakin
düşmən unutmasın ki, o ürəkdə onlara
qarşı qəzəb və nifrətə də yer var. O nifrətin
toxumları isə 20-ci əsrin əvvəllərində
xalqımıza qarşı törədilmiş soyqrımda, daha sonra isə Xocalı
faciəsi zamanı fəryadları göylərə
qalxmış körpələrin gözlərindən axan yaşla bəslənib.
Azərbaycan Qadını dostunu və
düşmənini heç vaxt unutmayacaq!
Ruhi
ƏLİYEVA
YAP
Qadınlar Şurasının üzvü, iş xanımı
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.5.