Şəhidim
Zabit Fərid Məmmədovun əziz xatirəsinə
Sən ki ölməmisən, sağsan, şəhidim,
Uca, əzəmətli
dağsan, şəhidim.
Vətən də, anan da qoy fəxr
eyləsin,
Hər zaman sən üzü ağsan, şəhidim.
Cəbhəyə getməyə çox
tələsirdin,
Qisas almaq üçün fürsət
gəzirdin.
Quynundan
çıxarıb üçrəng
bayrağı,
Sancsaydın, bitərdi Şuşa həsrətin.
Nə olar, bir az da dözüb
duraydın,
Düşmənin qəlbinə yara vuraydın.
Dostlarınla birgə çatıb
arzuna,
Şuşada bayrağı sən qaldıraydın.
İndi
Azərbaycana fəxrsən
sən də,
Sonsuz fəxr
hissi duyum mən də.
Hər şəhid balamdır, oğlumdur mənim,
Ruhları şad olsun azad Vətəndə.
İgid
qazilər də qoy sağalsın,
Adları tarixdə əbədi qalsın.
Xatirən yaşayar daim, Şəhidim,
Sən candan keçdin ki, el zəfər çalsın.
Elmira YUSİFQIZI
525-ci qəzet.-2021.- 26 yanvar.- S.14.