Salam, göylər
oğlu
Məni
göyün yeddinci qatına qonaq
çağırmışdın.
Dedim,
qanadım yoxdur, uça bilmirəm.
Dedin,
söz
qanadında gəl...
Nazim Əhmədliylə
həmsöhbət olmaq
üçün təpədən
dırnağacan sözlə
silahlanmalısan. Yox, məni elə başa düşməyin,
söz güləşdirən
adam deyil.
Danışanda adama elə
gəlir adicə söhbət edir. Bir neçə kəlmədən sonra anlayırsan ki, Göylərdən gələn
sədaların ötürücüsüdür...
yumub gözlərini ağlayan mələk,
sənin də ulduzlu göyün varıydı;
burda ala qarğa bala çıxartmaz,
sənin Yer üzündə nəyin varıydı...
Nazimin şeir
dünyasına vardınsa,
çıxa blməyəcəksən. Adam elə sehrlənir, elə əfsunlanır, sanki cənnətdəsən.
"Tanrı bizdən razı deyil" şeirindən istədim bir bənd sitat gətirim, bir də gördüm bütün bəndləri
köçürmüşəm.
iş bilirik nə çox, nə az,
molla, dinbaz, quşbaz, işbaz;
başımıza dəyən
qapaz,
özgənin qapazı
deyil...
kim tanrıdan haqq götürüb,
tac götürüb,
taxt götürüb;
hərə bir çomaq götürüb,
bəşər qoyun-quzu
deyil,..
Mən Nazim Əhmədli kimi gözütox adam görməmişəm.
Dünya malına elə dünyanın malı kimi
baxır. Umacağı bir qanadlıq
lələk, bir batman
söz, bir də saf ruhdur.
Tanrı
heç kimin ruhunu əlindən almasın. Onun ruhunu əlindən
almaq qeyri-mümkündür,
çünki özü
ruhdur. Nazim laməkandır...
danışma, ruhum oyanar,
ruhum özümdən
o yana;
bu göy üzündən o yana,
dünyamızın bir tayı var...
Nazimin şeirlərindəki
paralellik oxucunu tək məkan yox, həm də
zaman etibarı ilə çox qədimlərə aparır. Dahi Füzulinin
"Leyli və Məcnun"unda hər iki aşiqin aya baxaraq, bir-biri
ilə söhbət etməsi mifologiyamızın
minilliklərin o tayında
olmağına nişanədir.
Nazim Əhmədli bu həqiqətləri poetik ifadə tərzi baxımından, həm də səmavi ruh baxımından verə bilib...
bu axşam göyə baxaq,
ikimizin bir Ayı var;
gəl bölüşək
ulduzları,
hərəmizin öz payı var...
Şair hər zaman ruhunun dalınca uçmağa hazırdır. Onun ruhu
kəhkəşanın çox
uzaq bir ulduzundadır. Bir an belə nə
ruhundan, nə də ulduzundan ayrı düşmək istəmir. Özünü
bütöv bir qalaktikanın övladı,
vətəndaşı sayır,
yerdən çox göylərdə daha sərbəst olduğuna inamlıdır...
gəl, azacıq yaxın mənə,
bir duacıq oxu mənə;
əllərini toxu mənə,
mən ruham, bədən deyiləm...
tut məni Ayın üzünə,
dənizin çayın
üzünə;
at məni göyün üzünə,
yox olan, itən deyiləm...
Nazim Əhmədli
standart düşüncə
sərhədini aşmağı
bacaran şairdir. O, ənənəvi
həyat orbitindən çıxıb, başqa
dünyaya varmağı
asanlıqla bacarır.
O, bütün problemlərin
həllini göylərdə
axtarır. Şeirlərində zəmanənin problemləri
xüsusi fəlsəfə
və ağırlıq
çəkisi ilə
verilir. Həm mövzu, həm
də qoyulmuş problemlərin həlli baxımıdan oxucunun maraq dairəsi ilə üst-üstə düşür. Çox vaxt
oxucu problemin həllini birinci misradan sonra aydıcna görə bilir. Bəzən də ilk baxışdan
adama elə gəlir ki, bu problemləri həll etmək mümkünsüzdür. Sonda qürubdakı qaranlılar arxasıda bu işıq seli gorünür və biz bu işığı tutub aydın səhərə doğru gedirik... Şairin ruhu da elə o işıq
gələn dunyadadır...
gedək it hürən
yerə,
o yanda işıqlar sönüb;
bizə kim yol göstərəcək,
fələyin də üzü dönüb;..
O, düşüncələri şeirə
çevrilənə qədər
dəfələrlə göy
üzündən o yana gedib qayıdır, yazdığı
şeirə fələyin
gözü ilə səmalardan baxır.
bilmədim gedəm
haraya,
qaldım araya-araya;
dönüb baxdım
yuxarıya,
qəlbi Göy üzünü gördüm;..
Nazim Əhməli
otuz ilə yaxındır canından əziz sevdiyi Laçının həsrətindədir. O, ruhən
həm də döyüşçüdür. Birinci Qarabağ savaşında hərbi jurnalist kimi iştirak edib. Müqəddəs torpaqlarımızı o zaman qoruya bimədiyimizə
görə vicdan əzabı çəkir.
Ancaq ümidini heç zaman itirməyib. Bu sətirlər yazılarkən
şanlı ordumuz
"Ya Qarabağ, ya ölüm!" -
deyərək cənnət Vətənimizi
yağı düşməndən
azad edirdi.
nədən sənə
yetmir əlim,
var olmağın da bir zülüm;
bilmirəm danışım,
gülüm,
bilmirəm ağlayım
səni;..
Şair
doğma el-obasından
bir an da
olsun ayrılmayıb.
Ruhən
Qarabağın bütün
məkanlarını seyr
edə bilib. Düzdür
-hərdən şəhid
ruhları onu qınağa çəkib,
küsüblər, elə
o zamandan Nazim bütün qınaq yükünün altına
girib. Şeirlərində göyüm-göyüm göynəyib.
fələk nəyin
sorağında,
dünya barıt
qoxusunda;
körpələr gül yuxusunda,
gül səhərlər
açılınca...
qar düşüb
saçım üstünə,
tökülüb acın
üstümə;
yol tapıb qaçım üstünə,
gəlim qucaqlayım
səni...
Müzəffər Ordumuz torpaqlarımızı
azad edir. Şairin intizarı
sona çatır.
İndən belə Laçına deyiləsi
o qədər sözü
var şairin!
Laçınım, otuz ildir,
dilimdə bir söz qalıb;
bir az da döz, əzizim,
gəlirəm lap az qalıb...
Laçının azad olması ilə əlaqədar yazdığı "Ay Laçın"
şeiri qısa zaman kəsiyində özünə ürəklərdə
yer tapdı. Türkiyədə,
Cənubi Azərbaycanda,
krımlı türk qardaşlarmız və başqa türkdilli xalqlar arasında yayıldı...
ürəyimə dammışdı,
arzuların köçündən;
sən yenidən doğuldun,
ürəyimin içindən;
bax, üzümdə
gülüş var,
gəlim qapını açım;
torpağına-daşına,
qurban olum, ay Laçın...
Nazim Əhmədlinin
yaradıcılığı, istedadı, bənzərsiz
ədəbi üslubu
ilk baxışdan adama
elə gəir geniş və inellektual səviyyəli oxucu auditoriyası üçün nəzərdə
tutulub. Kitablarını oxuduqca görürsən
ki, onun poetikası bəşəriyyətin
qayğılarını əks
etdirir, xəlqi və bəşəridir.
Şeirlərini biganəliklə
oxumaq mümkün deyil, istər-istəməz
şairin sufi
əhvalına köklənib
səmalara uçmalı
olursan.
Onun metaforik
düşüncə tərzi
o qədər orijinaldır
ki, hər deyilmiş ifadə, söz və fikir şeirdə şifrələnmiş material rolundadır. Bircə sözü istifadədən
çıxartdınsa, şeir
özülsüz bina
kimi uçub dağılacaq. Çünki şeiri Nazim Göy üzündə yazıb yerə ötürür.
"O, Göylərdən gələn
sədaların ötürücüsüdür.
Elə-belə ötürücüsü
yox, sözü qılıqlaya-qılıqlaya, tumarlaya-tumarlaya yer adamına elə ötürür ki, heç ruhu da incimir..."
Sabir SADAXLI
Şair
525-ci qəzet.-2021.- 26 yanvar.- S.12.