Naxçıvanşünaslığa mühüm töhfə olan sanballı monoqrafiya

 

 

Keçən ilin son günlərində Azərbaycanın elmi ictimaiyyətinə yeni, qiymətli bir monoqrafiya təqdim olundu. Akademik İsmayıl Hacıyevin "Naxçıvan v istorii qosudarstvennosti Azerbaydjana" monoqrafiyası Rusiyanın elm mərkəzlərindən birində - Sankt-Peterburq şəhərində nəşr edildi.

 

Giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi, coğrafi adlar göstəricisi əlavələrdən ibarət olan monoqrafiyanın elmi redaktorları Sankt-Peterburq Dövlət Universitetinin Yaxın Şərq ölkələrinin tarixi kafedrasının müdiri, tarix elmlər doktoru, professor Nikolay Dyakov həmin universitetin türkologiya kafedrasının müəllimi tarix elmlər namizədi, dosent Akif Fərzəliyevdir. Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, rəyçilər isə AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.

 

Bu ya digər məsələlərdə tarixi obyektivliyin bərpası üçün Azərbaycan dövlətçiliyinin regional araşdırılmasına böyük ehtiyacı olması müəllifin problemə ciddi yanaşmasından xəbər verir. Öz elmi araşdırmalarında tədqiqatçı alim Naxçıvanın təbii-coğrafi şəraitini Ümumazərbaycan kontekstilə birgə, Yaxın Orta Şərq kontekstində araşdırılmasına da diqqəti yönəldib. Müəllif qeyd edir ki, belə bir araşdırma Naxçıvanın təbii coğrafiyasının unikallığı tarixi inkişaf üçün hərtərəfli stimula malik olması ilə ortaya çıxıb. Azərbaycanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda aşkarlanan arxeoloji abidələr dövlətəqədərki dövrün, eləcə dövlətyaranma prosesinin bütün mərhələlərini izləməyin mümkünlüyünə diqqəti yönəldən müəllif qədim insana məxsus yaşayış məskənlərinin altı milyon il bundan əvvələ aid olmasını da elmi dəlillərlə təsdiqləyir.

 

Monoqrafiyada Naxçıvanın Manna, Midiya Əhəmənilər imperiyaları dövründə, həmçinin, Makedoniyalı İskəndərin imperiyası ilə əlaqələri (e.ə.VII - e.ə.IV əsrin 20-ci illəri) ətraflı tədqiq edilib. Mövcud faktlardan onlara dair mühakimələrdən istifadə edən tədqiqatçı belə nəticəyə gəlir ki, Naxçıvan Əhəmənilərin son dövründə müstəqil olmaq uğrunda mübarizə aparıb. Makedoniyalı İskəndərin imperiyası ilə Naxçıvanın əlaqələri olub.

 

Müəllif Naxçıvanın Atropatena dövrü tarixini həm ellinizm kontekstində nəzərdən keçirərək, onun ellin dövrü dövlətləri sistemində mövqeyi kimi vacib bir problemi həll edib. Bu istiqamətdə apardığı ciddi araşdırmalarda müəllif belə nəticəyə gəlmişdir ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ olan Atropatena dövlətinin həyatında Naxçıvan mühüm yer tutub.

 

Monoqrafiyada Naxçıvan adının ilk dəfə yazılı qaynaqlarda çəkilməsindən bəhs edən müəllif e.ə. I əsrdə e.ə. II əsrdə Naxçıvanın adını ilk dəfə çəkən müəlliflərin fikirlərini təhlil edərək belə nəticəyə gəlir ki, bu söz Nuhla bağlı olub, "Nuh tayfalarının yurdu" mənasındadır. Şəhərin adının bölgəyə şamil edilməsini isə Naxçıvanın tarixi-coğrafiyası ilə əlaqələndirir.

 

III-VI əsrlərdə Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində rolunun daha da gücləndiyini qeyd edən akademik İsmayıl Hacıyev Naxçıvan tarixinin bu dövrə aid faktlarının Naxçıvanın erməni dövlətçiliyi ilə əlaqələndirilməsini qəti şəkildə əsassız hesab edir. Tarixi ardıcıllıqla, əsas mənbələrə əsasən bu məsələyə haqlı münasibətini bildirir.

 

Elmi araşdırmalarını ardıcıllıqla əsaslı şəkildə izah edən akademik İsmayıl Hacıyev ərəb xilafəti dövründə (632-1258) Azərbaycanda yeni dövlətlərin yaranmasında möhkəmlənməsində Naxçıvanın siyasi rolundan da ətraflı bəhs edir göstərir ki, Naxçıvan ərəblərin Azərbaycan torpaqlarında yaratdığı inzibati-idarə sisteminin vacib mərkəzlərindən biri olub. Ərəb xilafətinin zülmünə son qoyulması dövlətçiliyin bərpası uğrunda mübarizədə Naxçıvan fəal iştirak etmişdi. O qeyd edir ki, Naxçıvanın belə bir ciddi siyasi rolu Babək hərəkatı dövründə (816-837-ci illər) özünü daha aydın göstərir.

 

Ərəb xilafətinin zəifləməsindən sonra Azərbaycanda yaranan ilk dövlət olan Şirvanşahların (861-1538) iqtisadi həyatının güclənməsində Naxçıvanın əlaqələndirici rolundan bəhs edən tədqiqatçı qeyd edir ki, Azərbaycanda Sacilər dövləti (898-941) yarandıqdan sonra Naxçıvan onun tərkibinə daxil edilir.

 

Sacilər dövlətinin, Salarilər dövlətinin (941-981/3) Rəvvadilər dövlətinin (983-1117) hakimiyyətləri dövründə Naxçıvanın mühüm strateji bölgə olaraq siyasi baxımdan aparıcı rola malik olmasını vurğulayan müəllif Naxçıvanşahlıq feodal dövlətini ətraflı tədqiqata cəlb edir.

 

Naxçıvanın Səlcuq imperiyasının tərkibinə daxil edildiyini yazan müəllif göstərir ki, Böyük Səlcuq İmperiyasının tənəzzülü dövründə bir sıra müstəqil dövlətlər meydana gəlmişdi. Belə dövlətlərdən biri Azərbaycan Atabəylər dövləti idi. Azərbaycan tarixində ən güclü, qüdrətli dövlətlərdən biri olan Atabəylər, yaxud Eldənizlər dövlətini dərindən ətraflı, kompleks şəkildə araşdıran akademik, Naxçıvan şəhərinin Atabəylər (Eldənizlər) dövlətinin paytaxtı mərkəzlərindən biri olmasından da bəhs edib.

 

XV əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi tarixində Naxçıvanın mühüm yer tutduğunu qeyd edən müəllif Qaraqoyunlu (1410-1468) Ağqoyunlu (1468-1501) dövlətlərinin yaradılmasında inkişafında Naxçıvanın xüsusi siyasi rolundan da söz açır.

 

Müəllif qeyd edir ki, Atabəylər dövlətinin süqutu ilə əlaqədar olaraq dövlətçiliyin itirildiyi bir dövrdə Naxçıvan siyasi mərkəz rolunu oynayıb dövlətçiliyin bərpasında fəal iştirak edib. Tədqiqatçının apardığı araşdırmalardan məlum olur ki, mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin yaranmasında, müdafiəsində inkişafında, həmçinin, dövlətçiliyin qorunmasında Naxçıvan çox ciddi rol oynamışdı.

 

Monoqrafiyada Azərbaycanın milli dövlətçiliyi tarixində orijinal yeri olan Naxçıvan xanlığı akademik İsmayıl Hacıyev tərəfindən əhatəli dərindən araşdırılıb, bir çox qaranlıq məsələlərə aydınlıq gətirilib. Naxçıvan xanlığının ərazisi, idarəetmə sistemi, dövlət atributları, ordu quruculuğu xanlığın siyasi tarixi haqqında ətraflı məlumat verilib. 1828-ci ildən sonra Naxçıvan xanlığına ermənilərin İrandan Türkiyədən Azərbaycan ərazilərinə köçürülməsindən ətraflı bəhs edən müəllif yerli əhalinin narazılığından çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edir. Müəllif köçürülən ermənilərin sonradan Naxçıvana qarşı ərazi iddialarından, 1905-1907-ci illərdə Naxçıvanda törətdikləri qırğınlar haqqında tarixi sənədlər əsasında məlumat verir.

 

Monoqrafiyada müəllif müsəlman şərqində ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Naxçıvanın siyasi rolu barədə dəyərli araşdırmalarının nəticələrini təqdim edib.

 

Elmi yaradıcılığında Naxçıvan tarixi məsələləri əsas yer tutan bu məsələləri dərindən araşdıran akademik İ.Hacıyev Azərbaycanın Naxçıvan bölgəsində onun ətrafındakı ərazilərdə yaradılmış dövlət qurumunun - Araz Türk Cümhuriyyətinin (1918 noyabr-1919 mart) fəaliyyətindən ətraflı bəhs edərək bir çox məsələlərə aydınlıq gətirməyə nail olub.

 

Monoqrafiyada Azərbaycanda onun ayrılmaz tərkib hissəsi Naxçıvanda Sovet hökumətinin qurulmasından, Moskva Qars müqavilələrindən danışan müəllif Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (1920-23), Naxçıvan Muxtar Diyarının (1923-1924), Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (1924-1990) yaradılmasına da diqqət ayırır.

 

Azərbaycanın yenidən müstəqilliyini bərpa etmək ərəfəsində Naxçıvana qayıdan Ümummilli lider Heydər Əliyevin bu sahədə müstəsna fəaliyyəti müəllifin diqqət mərkəzinə çəkdiyi mövzudur. Burada Ulu öndərin Azərbaycanın yenidən müstəqilliyinin bərpa olunmasında göstərdiyi böyük siyasi fəaliyyət ətraflı araşdırılır. Monoqrafiyada bu barədə yazılıb: "Azərbaycanın gələcəyi naminə Naxçıvanın tutduğu mövqe, burada həyata keçirilən demokratik tədbirlər ölkə rəhbərliyi üçünbir nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə dövlətin adı "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi qəbul olundu".

 

Kitabda həmçinin, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən, Naxçıvanın erməni təcavüzündən qorunması, iqtisadi-siyasi böhrandan qurtarılması üçün həyata keçirilən tədbirlərdən danışan müəllif monoqrafiyanı yekunlaşdırarkən Azərbaycanın 1995-ci il Konstitusiyasında Naxçıvanın yeni statusunun təsbit edilməsindən, onun həmin vaxtdan bu günədək müasir Azərbaycan dövlətçiliyindəki rolundan da layiqincə söz açır. Akademik İ.Hacıyev qeyd edir ki, 1995-ci ilin dekabrından Vasif Talıbovun Muxtar Respublika Ali Məclisinin Sədri seçilməsindən sonra Naxçıvanın ictimai-siyasi həyatında baş verən dəyişikliklər, yeni hakimiyyət orqanlarının təşkili, 1998-ci ildə Muxtar Respublikanın yeni Konstitusiyasının qəbul olunması Azərbaycan dövlətçiliyində hüquqi-siyasi baxımdan Naxçıvanın rolunu xeyli gücləndirdi. Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının əsas inkişaf istiqamətlərindən və qazanılan uğurlardan bəhs edən müəllif yazır: "1995-ci ilin sonlarında Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Sədri seçilməsi ilə Naxçıvanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının yeni mərhələsinə qədəm qoymuş, Azərbaycan dövlətçiliyi tarixinə yeni səhifələr yazmışdır".

 

Müəllif monoqrafiyanı yazarkən Azərbaycan, türk, rus, ingilis dillərində 529 ədəbiyyat və internet materiallarından istifadə etmişdir. Əsərin sonunda coğrafi adlar və şəxsi adlar göstəriciləri, həmçinin, "Əlavələr" hissəsində bir sıra mühüm sənədlərin mətnləri təqdim olunur.

 

Akademik İsmayıl Hacıyevin gərgin araşdırmalarının nəticəsi kimi nəşr olunan yeni monoqrafiya Naxçıvanın Azərbaycan dövlətçilik tarixində yerirolu məsələsinə dair ilk mükəmməl tədqiqat nümunəsidir. Rus dilində nəşr olunmuş yeni monoqrafiya naxçıvanşünaslıq elmi xəzinəsini zənginləşdirən dəyərli əsərdir.

 

 

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

 

525-ci qəzet.-2021.-  26 yanvar.- S.10.