Regional mədəniyyət idarələri: yeni təyinatlar, yeni ümidlər

 

Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət naziri təyin olunması cəmiyyətdə, xüsusən bu sahənin təmsilçilərində Azərbaycan mədəniyyətinin inkişafına, yeniliklərə dirçəlişə olan ümidləri artırdı. Hələ bir neçə ay Mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışarkən nazirin vəzifələrini icra edərkən gördüyü işlər bu ümidləri yaratdı inama çevirdi.

 

Anar Kərimovun hər iki vəzifədə gördüyü ilk işlərdən biri kadr dəyişiklikləri oldu. O, həm Nazirliyin özündə, həm digər mədəniyyət qurumlarında müəyyən vəzifələrə gənc, perespektivi kadrları təyin etməklə mədəniyyətin dirçəldilməsinə ilkin təkan vermiş sayıla bilər.

 

Bu günlərdə Mədəniyyət nazirinin kadr islahatlarıyla bağlı yeni əmrləri gələcək uğurlu işlərin müjdəçisidir deyə bilərik. Belə ki, nazir regional mədəniyyət idarələrinə yeni kadr təyinatları ilə bağlı əmrlər imzaladı.

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

 

 

Vasif Cənnətov 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2006-cı ildə Rusiyanın Maliyyə Hüquq İnstitutunu "Hüquqşünas", 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını "Dövlət bələdiyyə idarəetməsi" ixtisasları üzrə bitirib.

 

Əmək fəaliyyətinə 2007-ci ildə hüquqşünas kimi başlayıb. 2011-2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi sistemində müxtəlif vəzifələrdə çalışıb.

 

Son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

 

Mədəniyyət nazirinin əmrinə əsasən, Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

 

 

Elbəy Əli 1986-cı ildə anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin "Fəlsəfə" ixtisası üzrə bakalavr, 2009-cu ildə "Təbiətşünaslığın fəlsəfəsi" üzrə magistr, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət bələdiyyə idarəetməsi üzrə magistr dərəcələrini alıb.

 

Əmək fəaliyyətinə 2006-cı ildə "Ədalət" qəzetində məsləhətçi kimi başlayıb, həmin qəzetdə həftəlik "e-dünya" səhifəsinin tərtibçisi olub. 2009-2021-ci illərdə Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb.

 

MDB-nin "Dövri mətbuat, kitab nəşri, yayımı poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurası"nın üzvü olaraq 2019-cu ildə Azərbaycanın sədrliyi dövründə ölkəmizi təmsil edib. Qazax alimi Nemət Kelimbetovun "Türk xalqlarının qədim ədəbi abidələri" kitabının Azərbaycan dilinə həmtərcüməçisidir.

 

Nazir Anar Kərimovun digər əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.

 

 

 

Faiq Xudanlı 1981-ci ildə Füzuli rayonunda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Fəlsəfə" ixtisası üzrə bakalavr, 2004-cü ildə "Sosial fəlsəfə" ixtisası üzrə magistr pilləsini bitirib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.

 

Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə bölmə müdiri kimi başlayıb. 2009-2011-ci illərdə BDU-da akademik məsləhətçi kimi fəaliyyət göstərib.2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb.

 

2018-ci ildən BDU-da pedaqoji fəaliyyət göstərir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Bir monoqrafiyanın, yerli xarici elmi jurnallarda dərc olunmuş 20 elmi məqalənin müəllifi, 1 kitabın tərcüməçisi 5 kitabın redaktoru tərtibatçısıdır.

 

Hər üç şəxs öz sahələrində bu günə kimi uğurlu fəaliyyətləriylə seçilibər. Xüsusən, uzun müddət Mədəniyyət nazirliyində müxtəlif vəzifələr icra edən Elbəy Əli Faiq Xudanlının regionda rəhbər vəzifədə işə başlaması həmin regionda mədəniyyətin inkişafına, yeni uğurlu layihələrin həyata keçiriləcəyinə ümidləri artırır.

 

İnanırıq ki, həm Vasif Cənnətov, həm Elbəy Əli, həm Faiq Xudanlı bu sahədə illərdir yiyələndikləri təcrübələrini yeni vəzifələrində ən yaxşı şəkildə tətbiq edəcək uğurlu layihələrə imza atacaqlar. Bu çətin məsuliyyətli işdə hər birinə müvəffəqiyyət arzu edirik!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 28 yanvar.- S.8.