Şəhid qardaşım  

 

Şəhiddən yazmaq çətindir. Ələlxüsus da həmin şəhid qardaşın ola. İlqar xalamoğlu olsa da, mənə əziz idi, qardaş idi. Şəhid qardaşımdan yazacam...

 

1994-cü il noyabrın 2-si kasıb usta ailəsində dünyaya göz açmış İlqar Ramazanlı adlı gələcəyin bir qəhrəmanı vardı. İlqar ailənin ilk uşağı, bir bacının tək qardaşı idi.

 

Hələ uşaq yaşlarından vətənpərvər ruhda böyüyən İlqar orta məktəbi əla qiymətlərlə bitirmişdi. Atası Etibar avtomobil qəzasında həlak olanda İlqarın cəmi 11 yaşı var idi. Tale onu uşaq yaşlarından çətinliklərə alışmağı məcbur etmişdi. Anası Səbinə xanım İlqarı özündən 2 yaş kiçik bacısı Sevinci kasıblıq əziyyətlə böyütmüşdü. 11 yaşından dünyanın ən pis hisslərindən biri olan yetimliyi dadan uşaqlar bir-birilərinə bağlanaraq çətin vəziyyətin öhdəsindən gəlməyi bacarmışdılar.

 

İlqar həm dostcanlı, hörmətli sevilən bir gənc idi. O qədər vətənpərvər idi ki, telefonunda yalnız Vətənə həsr olunmuş mahnılar şəkillər var idi. O, Tovuz döyüşlərində general-mayor Polad Həşimov həlak olduqdan sonra özünə bənzəmirdi, çox dəyişmişdi. Məhz bu hadisədən sonra minlərlə gəncimiz kimi İlqar da işğal altında olan torpaqlarımızın azad olunması üçün Qarabağ müharibəsinin başlamasından 2 gün əvvəl - sentyabr ayının 25-i könüllü olaraq ordu saralarına yazıldı. "Ana, muştuluğumu ver", deyə Səbinə xanımı sevindirmək istəmişdi. Səbinə xanım oğlunun bu hərəkətindən qədər qürurlandığını bildirsə , narahatlığını büruzə verməmişdi. Axı, müharibə həm ölüm deməkdi...

 

Müharibə başlayandan az sonra orduya çağırılan İlqar bir müddət təlim keçdikdən sonra ön cəbhəyə göndərilib. Döyüşlərdə olduğu 34 gün ərzində tez-tez ailəsi, yaxınları ilə saxlayan İlqr 26 yaşına səngərdə, əsgər yoldaşlarının arasında qeyd edib. Demə, bu, onun sonuncu doğum günü olacaqmış. Məhz həmin gün gecə İlqarın evdəki, xüsusi özünə aid olan fincanı qəfildən çatlayıb. Anası bacısı bu pis əlamətdən narahat olsalar da, özlərini toxtamağa çalışıblar. Amma... 2020-ci il noyabrın 3-ü, 27 yaşının ilk günündə İlqar Ramazanlı şəhidlik zirvəsinə yüksəldi. O, Şuşanın azadlığı uğrunda gedən döyüşdə aldığı qəlpə yarasından dünyasını dəyişdi.

 

Anası başda olmaqla, bütün sevdikləri üçün çox acı idi bu xəbər. Baxmayaraq ki, İlqarın şəhid olmasından iki aydan artıq vaxt keçib, Səbinə xanım, Sevinc yaxınları hələ onun ölümünə inana bilmirlər. Elə mən özüm . Sanki bir yuxudur, oyansaq, hər şey əvvəlki kimi olacaq - İlqarı sağ-salamat görəcəyik. Təəssüf ki, bu qorxulu yuxunun sonu yoxdur. Təsəllimiz, yaramıza məlhəm qardaşım kimi yüzlərlə qəhrəmanımızın başladığı işin nəticəsi kimi işğal olunmuş torpaqların azad olunmasıdı.

 

Şəhid xəbəri almaq acıdı. Qardaşının şəhid olması xəbərini almaq isə... Təki Vətən sağ olsun!

 

Zeynəb RÜSTƏMZADƏ

179 saylı məktəbin 9-cu sinif şagirdi

 

525-ci qəzet.- 2021.- 29 yanvar.- S.16.