Yol davam edir
Bu yol düz 20 il əvvəl
başlandı.
2001-ci ilin rəmzi bir günündə, yanvarın 19-dan 20-nə keçən
gecədə Strasburqa,
Avropa Şurasına yola düşəcək ilk nümayəndə
heyətimizi gündüz
unudulmaz ümummilli liderimiz Heydər Əliyev qəbul etdi.
Bu təşkilatın Azərbaycan
üçün gərəkliliyindən,
amma işimizin heç də asan olmayacağından danışdı, məsləhətlərini
verdi, tövsiyyələrini
etdi, görməli olduğumuz işlərin başlıca istiqamətlərini
nişan verdi, bu platformadan həqiqətlərimizi dünyaya
çatdırmaq üçün
lazımınca yararlanmağın
vacibliyini diqqətə
çatdırdı.
Bir neçə
gün sonra onunla yenidən görüşdük. Bu dəfə Ulu Öndəri artıq Strasburq hava limanında qarşılayırdıq.
2001-ci il yanvarın 25-də Azərbaycan dövlətinin
başçısı Heydər
Əliyev Avropa Şurasının qarşısında burada daimi dalğalanmaqçün
bayrağımızı qaldırdı,
az sonra Avropa Şurası kürsüsündən geniş
çıxış etdi,
Avropa Şurası ailəsinə gəlməyimizlə
nələr umduğumuzu
söylədi.
İlk nümayəndə
heyətimizin rəhbəri
bu gün Azərbaycan dövlətinə
uğurla rəhbərlik
edən, Heydər Əliyev yolunu ləyaqətlə irəlilədən
İlham Əliyev idi.
Yolun başlanğıcı çətin
idi, mübarizəli idi və qətiyyən
demək olmaz ki, yolun sonrakı
illəri asan
oldu.
Mübarizə ilk gündən necə
başlamışdısa bugünədək
davam edir və o iş ritmi ki, onu
nümayəndə heyətimizin
ilk (və daimi!) rəhbəri İlham Əliyev müəyyən
etmişdi, indiyədək
sabit qalmaqdadır.
Yolun başlanğıcının
əsas çətinliyi
bundan ibarət idi ki, hələ
bizi yaxşı tanımırdılar, hələ
ayrı-ayrı ölkələrdən
olan deputatlarla münasibətlərimiz yox
idi və Azərbaycanın (o cümlədən
bizim) qarşımızda
duran ilk vəzifə hər şeydən öncə Avropada, bütövlükdə dünyada
ölkəmizlə əlaqədar
informasiya blokadasını
yarmaq üçün
durmaqdan çalışmaq
idi.
Azərbaycan Avropa Şurasına
ərazisinin 20 faizi işğal altında, 1 milyona yaxın qaçqını və məcburi köçkünü
olan ölkə kimi gəlmişdi və bu düyünün
çözülməsinə töhfələrimizi vermək,
Avropa Şurasından
xalqımızın, dövlətimizin
sözünü, məramını
dünyaya çatdırmaq
başlıca məramımız
idi.
Və arxada qalan 20 ildə bu istiqamətdə
uğurlarımız az olmadı.
Bu 20 il boyunca
nümayəndə heyətimizin
tərkibi mütəmadi
olaraq dəyişib, yenilənib, amma balaca dəstəmizdəki
sağlam ovqat əvvəldən, yolumuzu
başlayandan necə olubsa, elə o səviyyədə qalıb.
2021-ci ilin 25 yanvarından
– Avropa Şurasının
həqiqi üzvü kimi böyük yola çıxdığımız
gündən heyətdə
daimi olan ikimizik – Səməd Seyidov və mən.
Xoşbəxtik ki, düz 20 il sonra,
2021-ci ilin elə yolu başladığımız
həmin günündə
– yanvarın 25-də Avropa
Şurasınının binasına
qaliblər kimi vüqarla daxil olmaq məsudluğu da qismətimizdə imiş.
Yol davam
edir!..
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.5.