"Qalmaz belə, qalmaz dünya..."  

 

ZAKİR FƏXRİNİN DOĞUM GÜNÜNƏ

 

 

Aprelin 3-ü poeziyasının şəhdini Qarabağ mövzusundan alan, həm 90-cı illərdən əvvəl, həm Qarabağ işğalda olan müddətdə qarabağlı şeirləri ilə nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən Zakir Fəxrinin doğum günüdür. Zakir Fəxri 1948-ci ildə Ağdamda dünyaya gəlib. O yerlərin ətri, havası şairin şeirlərinin ahənginə xüsusi gözəllik qatıb. Onun sözlərinə bəstələnmiş "Qalmaz belə, qalmaz dünya" mahnısı dünya şöhrətli müğənnimiz, Xalq artisti Zeynəb Xanlarovadan tutmuş bir çox tanınmış müğənnilərin ifasında dillər əzbərinə çevrilib. Artıq 1 ildən çoxdur ki, daim şeirlərindən ümid işığı parlayan Zakir Fəxrinin arzuları çin olub, mahnıda deyildiyi kimi, Qarabağın qara baxtı ağarıb. Şair 80-ci illərdə Vaqif poeziya günlərində iştirak etidyi kimi, torpaqlar azad olunandan sonra uzun illərin həsrətindən sonra Şuşaya getdi, yenidən Vaqif poeziya günlərində iştirak edə bildi. Onun məşhur "Qarabağsız" şeiri oxuculara yaxşı tanışdır.

 

Arzu edirik ki, qısa zamanda şairin səhhətində yaranmış problemlər aradan qalxacaq o, yenidən qələmə, söz silahına sarılacaq! "525-ci qəzet"in sadiq dostu, gözəl şairimiz Zakir Fəxrini doğum günü münasibətilə təbrik edirik onun iki məşhur şeirini oxucularla bölüşürük.

 

"525"

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.21.