Milli Kitabxanada  treninq keçirilib

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Adobe Indesign” proqramının tədrisi məqsədilə kitabxananın treninq mərkəzində Milli Kitabxananın Nəşriyyat işləri şöbəsinin əməkdaşları üçün treninq təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bir ay davam edən treninqlərdə iştirakçılara proqramın mahiyyəti, əsas alətləri, istifadəsi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib. Treninqlər Milli Kitabxananın Nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Bu gün Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi yekunlaşdıraraq mütəxəssislərə uğurlar arzulayıb.

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.13.