"Lo" romanı Rusiya-Ukrayna savaşı

 

 

Mərhum yazıçı Azər Abdulla "Qəmərlidən keçən qatar" hekayəsinə bu cümlə ilə başlayır: "O payız  düzü-dünyanı soğan başına götürmüşdü".

 

Azər Abdulla hekayəsində İrəvan-Qafan qatarında Ağəli ailəsinin başına gələnləri məharətlə nəql edərkən, o, həmin il soğan məhsulunun hər yerdə nəzərə çarpacaq dərəcədə artdığını hamının soğandan danışdığını vurğulayır. Ola bilsin ki, müəllif təbiətdəki dəyişikliklərlə insan münasibətləri arasındakı paralelləri izah etmək istəyib.

 

Əjdər Olun "Lo" romanı da bir səyahətlə başlayır. Qardaşı Qaranı ziyarət etmək üçün Qazaxıstana gedən romanın qəhrəmanı həmin il Çernobıl adının hamının dilində düşdüyünü deyir. Qara həm Çernobıl faciəsinin şahidlərindən biridir bu səbəbdən Qazaxıstanda xəstəxanaya yerləşdirilib.

 

Doğrudan da, 1986-cı il aprelin 26-da partlayan Çernobıl Atom Elektrik Stansiyası bütün dünyada qorxu təlaşa səbəb oldu. Qapalı Sovet İttifaqının rəhbərlərinin səssizliyi, böyük bir fəlakətlə bağlı susmaları dünyanı heyrətə saldı. Avropada bəzi insanlar hətta düşünürdülər ki, Avropaya nüvə buludları gələn kimi uşaqlar, zəif insanlar ölə bilər. Marul (kahı) kimi salat tipli qidalar artıq marketlərdən alınmırdı. Hətta çaylar da narahatlıqla içilirdi.

 

36 ildən sonra Ukrayna müharibəsi ilə Çernobıl yenidən gündəmə gəldi Avropa qəzetləri rusların ələ keçirdikləri AES-in taleyindən narahatlıqla xəbər verməyə başladılar.

 

 

 

Məhz bu günlərdə Əjdər Olun "Lo" romanı alman dilində nəşr olundu. "Pem" nəşrləri arasında işıq üzü görən romanın panoramik hekayəsi bugünkü hadisələrlə əlaqəsi nəşriyyatın diqqətindən yayınmayıb onlar "Lo" romanını alman mətbuatında belə təqdim ediblər:

 

"Lo" romanı bir insanın, cəmiyyətin, macəra romanı deyil, "Lo" romanı 20-ci əsrin sonlarında şahidi olduğumuz mühüm transformasiya dəyişikliyin romanıdır. Rusiyanın Ukraynaya təcavüzü, Çernobıl Atom Stansiyasının ruslar tərəfindən ələ keçirilməsi hətta onların yenidən partlama təhlükəsi romanı daha da əhəmiyyətli edir, çünki romanda pərdə Çernobıl faciəsi ilə açılır. Baş qəhrəmanın qardaşı Qara Sovet İttifaqı ordusunun əsgəridir Çernobıl qəzası baş verən zaman bölgəyə göndərilib. Çernobılda xəstələnəndə onu insan üzərində nüvə təsirləri ilə mütəxəssisləşmiş Qazaxıstandakı xəstəxanalardan birinə göndərirlər. Romanın qəhrəmanı qardaşını görməyə gedir onun gedişi ilə özünü nəhəng Sovet İttifaqında parçalanma prosesinin ağrıları içində tapır. İndi o, bir videokamera kimi 1986-cı ildən 2000-ci illərə qədər Sovet İttifaqında cümhuriyyətlərin müstəqillik hərəkatlarını, vətəndaş müharibələrini, çəkdiyi əziyyətləri lentə alır böyük məharətlə oxucuya çatdırır".

 

Romanı alman dilinə çevirən türkoloq K.Herman Kihl öz açıqlamasında romanın indiki zamanla bağlılığını belə müqayisə edib: "Lo" romanı bir müddət Azərbaycanda baş verənlərdən bəhs etsə , bu gün üçün mesajların olduğu açıq-aydın görünür diqqətlə oxuduqda. Romanda Sovet İttifaqının dağılması prosesi, Rusiyadakı başçıların Qafqaza başqa respublikalara münasibəti, xalqlar arasında çaşqınlıq, hətta müharibələr çox məharətlə təsvir edilmişdir. Alman oxucusu romanı oxuyanda indiki Rusiya-Ukrayna münasibətləri haqqında sağlam məlumat əldə edə biləcək. Çünki bu Rusiyanın uzun müddətdir həyata keçirdiyi, regionda hökmranlığını saxlamaq üçün Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələrdə süni Qarabağ  ona bənzər hadisələri yaradaraq həyata keçirdiyi siyasətdir".

 

"Lo" romanı, başda "Amazon" olmaq üzrə, bütün internet saytlarında satışa çıxarılıb.

 

Orxan ARAS

 

525-ci qəzet.- 2022.- 5 aprel.- S.8.