Yeni nəslin bədii zövqünün inkişafına mühüm töhfə
I Uşaq Kitab festivalı böyük maraq və rəğbətlə
qarşılandı
"Azərbaycan Nəşriyyatları
Assosiasiyası" İctimai
Birliyinin təşkilatçılığı
ilə ANAİB I Uşaq
Kitab Festivalı keçirildi. #Kitablaböyüyək
həştəqi altında
aprelin 2 və 3-də
baş tutan sərgidə müxtəlif
nəşriyyatlar, kitab
evləri, eləcə
də fərdi şəxslər iştirak
edərək uşaq kitablarını oxucular üçün daha əlçatan etdilər.
Azyaşlılarda oxu həvəsinin
yaradılması, onların
mütaliəyə yararlı
nəşrlərlə tanış olması
baxımından I Uşaq
Kitab Festivalının
əhəmiyyəti olduqca
böyük idi. 2 gün ərzində
günboyu müşahidə
olunan insan axını, əslində,
cəmiyyətin də
bu kimi mütaliəyə
səsləyən layihələrə
maraq göstərməsinin
bariz nümunəsi idi. Xüsusən, uşaq yaşlarında
təfəkkürün və
dünyagörüşünün inkişafı üçün
bədii ədəbiyyatın
və digər məlumatlandırıcı xarakter
daşıyan kitabların
təbliği baxımından
festivalı təqdirəlayiq
hesab etmək olar.
Festivalda valideyn və uşaqlarla həmsöhbət
olub sevinclərinə
şahidlik elədik.
Qızlarını sərgiyə gətirən
ata: "Uşaqlar çox sevinirlər. Elə biz də sevinirik. Bəzən onların oxu vərdişlərinin artırılmasına
çox vaxt ayıra bilmirik. Bu gün, demək
olar ki, 3-4 aylıq kitab planımızı doldurduq.
Festival əla təşkil olunub. Hər kəsə minnətdarıq".
Nəvələri ilə sərgiyə
gələn nənə:
"Sizə bir söz deyim, bəzən nəvələrimin
oxuduğu kitabları
mən də vərəqləyirəm, mənim
üçün də
maraqlı olur (gülür). Həqiqətən, təəccüblənirəm,
bu qədər sıxlıq olacağını
gözləmirdim. Uşaqlar sanki
bayrama gəliblər.
Lazımlı iş görüblər, əhsən!"
Bu cür fikirlər
hər kəsin pıçıltısında, təbəssümündə gəzişirdi. Həqiqətən, bayram ab-havası var idi.
Festivalda müxtəlif panellər,
nağıl, tamaşa
saatları təşkil
olundu, tanınmış
uşaq yazıçıları,
eləcə də incəsənətin müxtəlif
sahələrini təmsil
edən mütəxəssislərlə
görüş keçirildi. O cümlədən,
aktyor və yazıçı Bəhram
Bağırzadə, yazıçılar
Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının
təqdimat və
imza günləri baş tutdu.
Eyni zamanda, Təhsil Nazirliyinin təşkil etdiyi "Düşünən oxucu"
müsabiqəsinin mükafatlandırma
mərasimi də sərgi çərçivəsində
baş tutdu. Mərasimə təhsil nazirinin müavini Firudin Qurbanov da qatıldı.
Festivalda Türkiyədən dəvət
olunmuş məşhur
uşaq yazıçısı
Suat Turqutun da imza mərasimi
təşkil edildi. Suat Turqutun uşaqlar üçün mahnı oxuması isə kitab bayramına bir az da rəng qatdı.
Sosial şəbəkələrdə
bir sıra ziyalılar I Uşaq Kitab Festivalı barədə fikirlərini
bölüşüblər.
Əməkdar jurnalist, professor
Qulu Məhərrəmli:
"Nəşriyyatlar birliyinin
(ANAİB) təşkil etdiyi
Birinci Uşaq kitab festivalı uşaqlar üçün
həqiqi mənada bayrama çevrildi. Bundan sonra planşetlərin
yanında kitab da olacağına ümidlər artdı...
Biz kitabı fərqli
formalarda təbliğ
etdikcə, kitab alanların və oxuyanların da sayı artacaq. Təşkilatçılara böyük sayğılar!"
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova: "Bu gün respublikamızda ilk
dəfə keçirilən
l Uşaq Kitab Festivalının açılışına
qatıldım.Təşkilatçılığı
ANAİB-in sədri, Hədəf
liseyinin yaradıcısı
çox hörmətli
Səmil Sadıq tərəfindən reallaşdırılan
bu kitab bayramının iştirakçıları
ilə, xüsusilə,
bütün yaş qruplarından olan uşaqlar, onların müəllimləri və
valideynləri, o cümlədən,
tanınmış naşir
və yazarlarla bir arada olmaq
çox xoş oldu.
İştirakçılara xitab etmək, kitabın hər birimizin, o cümlədən, hələ
lap erkən yaşlı
uşaqların həyatındakı
yeri, belə satış - sərgi və festivalların davamlı keçirilməsi
üçün bütün
imkanları birləşdirməyin
vacibliyi barədə fikir mübadiləsi aparmaq imkanına görə təşkilatçılara
dərin təşəkkürümü
bildirir, festivalın işinə uğurlar arzu edirəm! Valideynlərə isə tövsiyə
edirəm ki, mütləq övladları
ilə birgə bu məkanı ziyarət etsinlər".
Milli Məclisin Mədəniyyət
Komitəsinin eksperti, şair-nasir Əkbər Qoşalı: "2-3 aprel
tarixində "Azərbaycan
Nəşriyyatları Assosiasiyası"
İctimai Birliyinin təşkilatçılığı ilə "I Uşaq Kitab Festivalı"nın
uğurla keçdiyinə
görə təşkilatçıları,
kitab dostlarını,
yazarları, oxuyanları
və oxudanları ürəkdən qutlayır,
alqışlayıram!"
Ümid edirik ki, bu
tip festivalların təşkili
geniş vüsət alacaq. I Uşaq Kitab Festivalının təşkilatçılarına
minnətdarlığımızı bildirir, işlərində
müvəffəqiyyətlər arzu edirik!
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 5 aprel.- S.8.