Şərqşünaslıq İnstitutunda Nazim Hikmət
sessiyası
Aprelin
4-də AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda görkəmli
türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq
İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva
görkəmli şair,
nasir, dramaturq Nazim Hikmətin böyük şair olaraq ümumbəşəri
ideyalara xidmət etdiyini, yaradıcılığı
ilə zalımlara, istismara qarşı çıxış etdiyini
bildirib. Nazim Hikmətin türk
şeirinə yeni
forma, yeni məzmun gətirdiyini deyən akademik G.Baxşəliyeva,
türk ədəbiyyatında
sərbəst şeirin
banisi olan şairin şeirlərinin
bədii-estetik xüsusiyyətlərinə
görə seçildiyini
qeyd edib. Akademik G.Baxşəliyeva Nazim Hikmətin Azərbaycan şairləri
ilə sıx əlaqədə olduğunu,
dəfələrlə respublikamıza
gəldiyini, əsərlərinin
dəfələrlə ölkəmizdə
çap edildiyini, Şərqşünaslıq İnstitutunda
şairin yaradıcılığı
ilə bağlı kitabların nəşr edildiyini, dissertasiyanın yazıldığını qeyd
edib.
Daha sonra məruzələrə başlanılıb. İnstitutun Türk
filologiyası şöbəsinin
müdiri Səriyyə
Gündoğdunun "Anadan
olmasının 120 illiyində
Nazim Hikmətin anılması" adlı
məruzəsində şairin
həyat və yaradıcılıq yoluna
dərin nəzər salınıb. S.Gündoğdu türk ədəbiyyatının
böyük şairi Nazim Hikmətin 61 illik ömrünə sığdırdıqları ilə
tarixdə iz buraxdığını, həyatında
qarşılaşdığı çətinliklərə baxmayaraq
heç vaxt inandığı doğrular
uğrunda mübarizədən
geri çəkilmədiyini
qeyd edib. Bildirib ki, Nazim Hikmət şairlik istedadı ilə türk poeziyasına yenilik gətirmiş, orijinal şeir ifadəsi, ritmi, musiqisi, yeni quruluşu və mövzuları ilə türk poeziyasında yeni bir dövr,
yeni bir cığır açmışdır.
Şair dövrün ideallarını
əks etdirən şeirləri ilə həmin ideallara dərindən bağlı
olanlarda və ya onlara rəğbət
bəsləyənlərdə həyəcan yaradırdı.
O, türk dilinin zəngin səs sistemindən və səs ahəngindən istifadə edərək türk poeziyasına sərbəst şeiri gətirmiş, hecalarda vəzni sındırmaqla ənənəvi qafiyə
anlayışını dəyişdirmiş,
xalq dilini şeirə daxil edərək zənginləşdirmişdir.
Daha sonra institutun Türk filologiyası şöbəsinin əməkdaşlarından
dosent Rəşid Quliyev "Nazim Hikmət lirikasında Azərbaycan mövzusu",
dosent Barat Osmanova
"Maairf və mədəniyyət" jurnalı
və Nazim Hikmət", Arzu Dadaşova "Türk lirik şeirində Nazim Hikmətin yeri" mövzusunda məruzə ediblər.
525-ci qəzet.- 2022.- 5 aprel.- S.9.