"Qadın həvəngdəstə ilə"

 

 Bir rəsmin dedikləri”

 

Mir Cavad Cavadov 1923-cü ildə Bakıda dünyaya gəlib. Hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alarkən dövrünün ideoloji silahı olan stantdartlaşmış düşüncə qəlibləri, sənət fəlsəfəsi ilə barışmaz mövqeyi özünü büruzə verirdi. Rəssamın diplom xatirinə təhsilini başa vurduğu, yaxınlarının təkidi ilə təhsilini davam etdirdiyi sənət dostlarının sənətşünasların məqalələrində dəfələrlə vurğulanır.

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Abdurahmanovadır. Onunla Mir Cavad Cavadovun "Qadın həvəngdəstə ilə" əsəri haqqında danışmışıq.

 

***

 

- Mir Cavad Cavadovun üsyankar təbəti onun "Qadın həvəngdəstə ilə" əsəri. Siz bu ikilini necə xarakterizə edərdiniz?

 

- Ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan rəssamlığında milli kimlik axtarışlarının mifoloji kökləri, Şərq miniatürünün ənənə müasirlik prizmasından kanonları, mücərrəd kompozisiyalar Abşeron məktəbinin nonkonformist rəssamlarının yaradıcılığının manifestinə çevrilmişdi. Nonkonformizm dövrün ideologiyasına, doğmalarına qarşı çıxan, bütün qəlibləşmiş sənətə, həyat tərzinə dair stereotipləri dağıdan Mir Cavad Cavadovun banisi olduğu sənət məktəbinin ideoloji əqidəsini təzahür etdirir. Rəssamın hələ gənclik illərindən özünü göstərmiş üsyankar təbiəti sonralar onun yaradıcılıq axtarışlarının carçısına çevriləcəkdi. Onun həyatında dönüş nöqtəsi Sankt-Peterburq şəhərinə ali təhsil almaq məqsədilə yollanması olub. Rəssam İlya Repin adına Universitetdə dövrün ideologiyasını diktə edən mövzularda proqramlanmış təhsil sistemindən imtina etmək məqsədilə oradan uzaqlaşır. Sankt-Peterburq şəhərində Ermitaj muzeyinin fondunda saxlanılan Pol Sezann, Van Qoq digər postimpressionist modernist rəssamların yaradıcılığı ilə tanış olur. Mir Cavadın öz dövrünün ideoloji mühitində atdığı addımlar, vaxtilə Avropada, Latın Amerikasında mövcud olan sənət axtarışları ilə tanışlığı heç asan olmamışdı. Rəssamın yaşadığı çevrə mühit ayna kimi dövrünün obyekt subyekt arasındakı münasibətinin yansımasıdır. Mir Cavadın daxili dünyasının yansıması olan əsərlər Sovet diktatura rejiminin təsviri sənət, xüsusilə rəngkarlıq üzərindən dolayı yolla tənqidini əks etdirir. Onun yaradıcılığında divlər, cinlər, iblis, şeytan kimi mifoloji varlıqlar kəskin qrotesk, metaforalarla insanın ideologiyanın simasının tənqididir.

 

"Qadın həvəngdəstə ilə" əsərinə metamodernist baxış isə Azərbaycan təsviri sənət tarixində dövrün islahatlarını, kolxoz təsərrüfatının inkişafını tərənnüm edən əsər kimi realizm metodunun sosialist realizmi adı ilə uzun illər təsviri sənətdə öz hökmranlığını qoruyub. 

 

"Qadın həvəngdəstə ilə" tablosu rəssamın qadın obrazları içərisində ümumbəşəri ideyalar konteksində sanki ana arxetipinin obrazlı təqdimatıdır. Tabloda ənənəvi miniatür kompozisiyalar müxtəlif xalqların folklorunun obrazlı vizual dili ilə harmoniya təşkil edir. Əsər üslub xüsusiyyətlərinə koloritinə görə xristian sxolastikasının kanonlarına improvizə olunaraq ümumbəşəri duyğuları əxz etdirən mənbə rolunu oynamaqdadır.

 

- Əsərdə gördüyümüz qadın kimdir?

 

- Güman edilir ki, rəssam öz anasının prototipini, zəhmətkeşliyini, keşməkeşli həyatının bir anını kətana köçürüb.

 

- Tablo hazırda harda saxlanılır?

 

- Azərbaycan Dövlət Rəsm Qalereyasının Fondunda saxlanılan bu əsər bir neçə dəfə müxtəlif sərgi salonlarında, ekspozisiyalarda nümayiş etdirilib.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Əsər rəng koloriti, kompozisiya həllinə görə miniatürlərin spiralvari quruluşunu xatırladır. Soyuq rənglərin qammasında tünd çalarla işlənmiş tablo ana-qadın təbiətinin əzmini nümayiş etdirən əllərinin həvəngdəstə ilə sanki səneyiləşmiş ünsürləri, predmetləri, cihazlarla assosiativ bağlantı yaradaraq mənəvi böhranların, təlatümlərin şərti sxematik həlli ilə bədən plastikasının vəhdətidir. Mir Cavadın mahir kolorit ustalığı bu əsərdə mərkəzi fiqur olan qadın obrazının geyimində, tünd rənglərin keçidində, impasto texnikasında həllini tapıb. Meta modern çağdaş incəsənət konteksində qadın obrazı qloballaşan dünyamızda parçalanan insan-təbiət münasibətlərinin fonunda müasir dövrümüzdə aktualdır.

 

- Sizcə, bu rəsm bizə deyir?

 

- İnsan-təbiət münasibətlərinin nizamında emosional psixoloji aspektlərdən yanaşdıqda "Qadın-Torpaq-Ana xaqan kultu" ilə səsləşərək dözümlülük, bolluq, bərəkət simvolu ilə yanaşı, psixoloji, kulturoloji köklərə bağlılıq, eləcə zaman aşımında dəyişən dəyərlərin "üyüdülərək" bir-birinə qarışdığını görə bilərik. Ekzistensial axtarışlar, suallar, mənşə, qadın ilahi kultu ilə stilizə edilmiş Mir Cavad Cavadovun ekspersionizm üslubunda işlənmiş bu tablosu novatorluq, eyni zamanda ənənə müasirliyin, mifoloji köklərin axtarışlarının fəlsəfi təzahürüdür.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 6 aprel.- S.20.