Azərbaycan aliminin mühüm uğuru
Tanınmış hüquqşünas alim,
hüquq elmləri doktoru, professor, AMEA-nın
Azad Həmkarlar İttifaqının
sədri Habil Qurbanovun "Müqayisəli
hüquqşünaslıq" dərs vəsaiti bu günlərdə
ABŞ-ın Vaşinqton
ştatının Maryland şəhərində
ingilis dilində çap olunub. Bu əsərin nəşri
Azərbaycan hüquqşünaslığı
və ümumən elmimiz üçün mühüm hadisədir.
"Rockville" nəşriyyatında
işıq üzü
görən dərs vəsaiti hüquqi komparativistikanın tərkib
hissələrindən biri
olan müqayisəli hüquqşünaslığa həsr
edilib. Kitabda müqayisəli hüquqşünaslığın
inkişaf tarixinə,
onun təkamül proseslərinə, müqayisəli
hüquqşünaslığın ümumi xarakteristikasına
diqqət yetirilir, onun ümumnəzəri hüquq elmi sistemində tutduğu yerdən və oynadığı elmi roldan bəhs olunur.
Hüquq
fakültələrinin tələbələri,
doktorantlar, müəllimlər
və müqayisəli
hüquqşünaslıqla maraqlananlar üçün
nəzərdə tutulmuş
dərs vəsaitində
müqayisəli təhlillər
əsasında dünyanın
müxtəlif dövlətlərinin
hüquq sistemlərinin
ümumi və spesifik cəhətlərindən,
onların oxşar və fərqli xüsusiyyətlərindən danışılmaqla
yanaşı, ayrı-ayrı
ölkələrin, dövlətlərdaxili
qurumların və dövlətlərarası birləşmələrinin
hüquq sistemlərinin
səciyyəvi xüsusiyyətləri
və müsbət cəhətləri nəzərdən
keçirilir.
Qeyd edək
ki, kitabın müəllifi Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə
Ağdam şəhərində
doğulub. 1971-ci ildə
Ağdam 1 saylı orta məktəbini bitirib. 1971-1975-ci illərdə Azərbaycan
Pedaqoji İnstitutunin Coğrafiya fakültəsini
fərqlənmə diplomu
ilə başa vurub. AMEA-da
kiçik elmi işçi kimi fəaliyyətə başlayan
Habil Qurbanov hərbi xidmətdən sonra 1976-1980-ci illərdə
Bakı şəhəri
Nəsimi rayon Komsomol Komitəsində işləyib.
1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində
çalışıb. 1982-1985-ci illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə
bitirib.
H.Qurbanov Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, daha sonra məktəbin
rəis müavini vəzifələrində çalışıb. O, 1990-cı ildə
prokurorluq orqanlarına
işə qəbul edilib, müxtəlif illərdə Bakı Şəhər Prokurorluğunun
ümumi nəzarət
şöbəsində prokuror,
böyük prokuror, Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, Dəvəçi
(Şabran) rayon prokuroru,
respublika prokurorluğunda
cəza yerlərində
qanunların icrasına
nəzarət idarəsinin
rəisi vəzifələrində
işləyib.
H.Qurbanov 1988-ci ildə Moskvada SSRİ
DİN-nin Akademiyasının
dissertantı kimi,
"Cinayət hüququ"
sahəsində dissertasiya
işini müdafiə
edərək, hüquq
elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda
doktorluq dissertasiyasını
müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu alıb. 1998-ci ildə Azərbaycan
Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını verib.
Alim 270 elmi məqalənin, 13 monoqrafiyanın,
5 dərs vəsaitinin
müəllifidir. Onlardan 4 monoqrafiya və
60 elmi məqalə xarici ölkələrdə
dərc olunub. Onun "Azərbaycan Respublikasının
yeni cinayət qanunvericiliyinin nəzəri
əsasları" monoqrafiyası
1997-ci ildə Moskvada çap edilib. O, hüquq elmləri doktoru, professor A.V.Naumovun
"Cinayət hüququ"
dərsliyini Azərbaycan
dilinə çevirərək
redaktoru olub.
Uzun illər hüquq elmləri üzrə Müdafiə Şuralarının üzvü, Birdəfəlik hüquq elmləri doktorluğu üzrə Dissertasiya Surasının sədri, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü olub. Avropa Təbiət Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Rusiya Professorlar Cəmiyyətinin və Beynəlxalq Narkotizmlə Mübarizə Cəmiyyətinin üzvüdür.
H.Qurbanov respublikada yeni qanunlarının yaradılmasında yaxından iştirak edib, Azərbaycanda ilk dəfə olaraq 1996-cı ildə yeni Cinayət Məcəlləsinin (ümumi hissə) layihəsini hazırlayıb ictimaiyyətin müzakirəsinə verib. Həmin layihədə irəli sürülən təkliflərin bir çoxu 1999-cu ildə qəbul edilən Cinayət Məcəlləsində öz təsdiqini tapıb.
2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə hüquqi sosial normalar sistemində baxış, hüquqi münaqişələr, multikulturalizmin konstitusiya əsasları, qanunvericilik aktlarının iqtisadi təhlükəsizlik məsələləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, müstəqil Azərbaycanın dövlət idarəçilik sisteminin banisi Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və ölkədə hüquq elminin inkişafında göstərdiyi xidmətlərinə görə nəşr olunan "Cəmiyyət və sosio-hüquqi problemlər" adlı monoqrafiyası "Ən yaxşı tədqiqat əsəri Qızıl medalı" ilə təltif olunub.
Görkəmli hüquqşünas
alimimizi bu münasibətlə
ürəkdən təbrik edir, ona möhkəm can
sağlığı, fəaliyyətində yeni
uğurlar arzulayıram.
Taryel
EYVAZOV
Tibb elmləri
namizədi, dosent, Əməkdar həkim
525-ci qəzet.- 2022.- 6 aprel.- S.16.