"Qələmsiz yazılanlar"

 

status-esselər

 

Siz heç şəhərinizin o başından bu başına piyada gəldinizmi?..

 

***

 

İndi  insanları tanımaq xeyli yüngülləşib; kim hansı yuvanın quşudur, kim kimin dəyirmanına su tökür... - hamısı sosial şəbəkələrdə açıq-aydın görünür.

 

***

 

Bu uzun tədbirdən yadımda qalan dəhşətli darıxmaq hissi oldu. Sağolsun yenə telefon...

 

***

 

Özünə  həkk gələn adamlar var.

 

***

 

Yaz olun!

 

***

 

Bayram günü havanın belə soyuq keçməsi evlərdə istilik, mehribançılıq yaradır.

 

***

 

Bir adama məxsus olmanın xoşbəxtliyi...

 

***

 

Yaddan çıxanlar oldumu?

 

***

 

İşartısından bilinir ki, yaz Günəşi deyil.

 

***

 

Yaşamalı dövr keçmişdə qaldı.

 

***

 

Ukrayna xalqının bu günə düşməsində kimləri günahkar sayırsız? Putindən savayı...

 

***

 

Qar əriyir deyəsən...

 

***

 

Mətləbi uzatdınsa, oxuyan olmayacaq.

 

***

 

Bəşər təkamülə meyillidir.

 

Amma hərdən geriyə gedir.

 

***

 

Mən indi heç nəyə təəccüblənmirəm.

 

***

 

İpək çimdikləməyə "çimləmək" deyir.

 

***

 

Ağıllı təhlil soyuqqanlı münasibət rəğbət doğurur.

 

***

 

Sabah da "mövqelərin dislokasiya yerlərinin dəqiqləşdirilməsi" başqa istiqamətlərdə aparılmalıdır: Məsələn, Gülablıdan Qarakənd istiqamətində, Tərtərdən Ağdərə istiqamətində s.

 

***

 

Rusiya Müdafiə Nazirliyində erməni çox olar.

 

***

 

"Kəndin adı Furux deyil, Fərruxdur"

 

Müdafiə Nazirliyimiz təkcə əməldə deyil, sözdə qətiyyətini göstərir: "Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsi işlətməməyi Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir".

 

***

 

İndi dünya ən dramatik teatr səhnəsidir; teatr günü olsa da, lap pulsuz olsa da, teatra çətin gedən tapıla...

 

***

 

İstəyirsən qazın gəlsin, evin isti olsun, qaz kəməri keçən yüksəkliklərdən gözünü çəkməlisən.

 

***

 

Deyir, Novruz günləri gördüyümüz ancaq qar oldu.

 

***

 

Təqdimatında iştirak çıxış etdiyim "Doktor Bəhruz Səfərəliyev" kitabı böyük zövqlə hazırlanıb. Əməkdar jurnalist Hikmət Cəmiloğlu Qarabağın məşhur Səfərəliyevlər nəsli bu nəslin tanınmış nümayəndəsi Bəhruz həkimin fəaliyyətini əhatə edən kitabı peşəkarlıq nümunəsidir.

 

Dərin mənası, fəlsəfəsi var. Nəslin davamçılarında zaman-zaman böyük minnətdarlıq duyğusu yaradacaq  mükəmməl mənbə məxəzdir.

 

***

 

Ömür elə Feysbukda görünənlərdir.

 

***

 

İl kimi görünən 9 gün...

 

***

 

Teatra maskayla baxmaq...

 

***

 

Ermənistan Təhlükəsizlik Şurasının Azərbaycanla sülh müqaviləsi barədə danışıqların təcili başlanması məsələsini müzakirə etməsi indiyədək rast gəlinməmiş mühüm hadisədir. Görünür, ordumuzun mövqelərin dəqiqləşdirilməsi istiqamətində atdığı təmkinli addımlar düşməni ciddi narahat edib. Səsgücləndiricilərdən yayılan müraciətlər əsəb müharibəsinin davamıdır nəticələri görünməkdədir.

 

Siyasət həm incə sənətdir!..

 

***

 

Deyir, Fransa irəliyə doğru hərəkət edən qüvvələri əvvəlki mövqelərinə qayıtmağa çağırır. Əvvəlki mövqelərimizə qayıdacağıq. 100 il əvvəlki...

 

***

 

Ən gözəl mövqe məsafəli, sakit müşahidəçilikdir.

 

***

 

Yeni dəlidir yəqin - Delyagin!

 

Yeri boş qalmağa qoymazlar.

 

***

 

Rusiyada rabitə, informasiya texnologiyaları kütləvi kommunikasiyalar sahəsinə nəzarət edən dövlət qurumu - "Roskomnadzor" neçə gündür bu ölkə ərazisində Azərbaycanın bir neçə rusdilli saytının  yayımını bloklayıb. Aydın görünür ki, Azərbaycanın kütləvi informasiya vasitələrinin Rusiya-Ukrayna müharibəsində tutduğu bitərəf obyektiv mövqe, Ukrayna ilə bağlı reallığı əks etdirən yayımlar qarşı tərəfdə qıcıq yaradır. Həm bu məhdudiyyəti o ölkə qoyur ki, həmin ölkənin əksər kütləvi informasiya vasitələri, o cümlədən, Rusiya dövlətinin əsas təbliğat ruporu sayılan telekanallar uzun illərdir, Azərbaycan əleyhinə sistemli qara kampaniya aparıb, şər-böhtan püskürüb bu vərdişindən indinin özündə əl çəkmir. Bu mövqeyi biz Qarabağ məsələsinə yanaşmada da, 44 günlük Vətən müharibəsi günlərində dəfələrlə görmüşük son günlər Qarabağda - Rusiya sülhməramlılarının məsuliyyət zonasında separatçıların törətdikləri təxribatlara Azərbaycan tərəfinin cavab tədbirlərinə münasibətdə bir daha görürük. Amma Azərbaycan tərəfi bircə dəfə olsun həmin media qurumlarının ölkəmizdə fəaliyyətini məhdudlaşdıracaq hansısa addım atmayıb. Onların tutduqları birtərəfli mövqeyə etiraz xarakterli müraciətlər isə, haqq-ədalət, medianın bəşəri prinsipi olan peşəkar yanaşma bir yana, dərin tarixi ənənələrə söykənən Rusiya-Azərbaycan əlaqələri belə nəzərə alınmadan, həmişə birmənalı şəkildə qulaqardına vurulub. İndi isə həmin ölkənin müvafiq qurumları obyektiv, qərəzsiz tərəfsiz mövqeyinə görə Azərbaycanda fəaliyyət göstərən bir neçə media orqanına məhdudiyyət qoymaqla söz azadlığına dözümsüzlük nümayiş etdirir.

 

Əslində, elə "Roskomnadzor" sözünün tələffüzü situasiya ilə bağlı müəyyən təsəvvür yaradır. Səslənişi bolşevik ab-havası gətirən bir qurumun böyük-böyük şəhərlərin viran qalmasına, minlərlə insanın həyatına son qoyan müharibəyə biganə yanaşan başbilənlərindən icraçılarından söz azadlığına hörmət gözləmək, bəlkə , sadəlövhlük olardı...

 

***

 

Robotlar zəmanəsi.

 

***

 

Tənqid təhqirə çevrilib, təkrar-təkrar çeynənirsə, bu, artıq qərəz şərləmədir.

 

***

 

Bu gün aldadan, aldanan gözə dəymədi heç...

 

***

 

Adamın mahiyyəti vəzifədən çıxanda bəlli olur.

 

***

 

Faciə baş verir, bir qrup adam sevinir, çiçəkləri çırtlayır, coşurlar. Sanki sağa-sola, yuxarı-aşağı ittihamlar səpələməyə fürsət gözləyirmişlər.

 

Faciəyə sevinən insan xislətinin mahiyyəti maraqlıdır. Nədir onları belə qəddar edən, insanlıqdan çıxaran? Cahillik, xılt, kin-küdurət, yanlış ideologiyanın təsirləri? Nə?

 

Faciəyə kədərlənmək, uğura sevinmək... - qısası İnsan olmaq belə çətindir?

 

***

 

 4 il öncə Tiflisdə M.F.Axundzadə muzeyində, böyük dramaturqun yazı masasında maketiylə  yanaşı şəkil çəkdirmişdim. Xaricdə yaşayan dostum yazır ki, arxada oturan Qulu Məhərrəmlidir?

 

O, Mirzə Fətəlini yaxşı tanıyır, zarafatyana soruşur. Amma təəssüf ki, bugün millətimizin qürur mənbəyi, onu formalaşdıran böyük mütəfəkkir və dahi sənətkarı tanımayanlar, bəyənməyənlər çoxdur...

 

Gülümsədim və diqqətlə baxdım.

 

Professorla Mirzə Fətəli arasında zahiri və mənəvi oxşarlıqlar tapmaq istədim.

 

Siz tapdınızmı?..

 

***

 

"Putin böyük siyasətçidir!" - Qəfildən və birmənalı dedi.

 

Təəccüblə ona dikilib izah gözləyən gözlərdən yayınıb mövzunu dəyişdi.

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2022.- 6 aprel.- S.14.