"Folklorda janr daxilində janr": elmi yeniliklərlə zəngin monoqrafiya

 

 

 

Naxçıvan nəinki Azərbaycan Yaxın Şərqin, eləcə dünyanın qədim tarixə zəngin mədəniyyətə malik olan bölgələrindən biridir. Qədim yurd yerləri, Gəmiqaya rəsmləri, I II Kültəpələr kimi maddi-mədəniyyət abidələri ilə yanaşı, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatan xalqın mənəvi xəzinəsi - bədii yaddaşı da bu baxımdan əvəzsiz mənbədir. Şifahi xalq ədəbiyyatı janrları tarix, etnoqrafiya, dilçilik, dialektologiya, toponimika, etimologiya kimi bir sıra elm sahələri ilə sıx əlaqəli olduğundan bu sahədə tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun Naxçıvan regionunun folklor örnəkləri əsasında janrlararası əlaqələri sintezi araşdırdığı "Folklorda janr daxilində janr" (Naxçıvan örnəkləri əsasında) monoqrafiyası Azərbaycan folklorşünaslığı, eləcə ədəbiyyatşünaslığı elminə dəyərli töhfədir. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovadır.

 

Monoqrafiya Aytən Cəfərovanın yazdığı "Folklorda yaşayan folklor" adlı ön söz, giriş, beş fəsil, nəticə istinad ədəbiyyatı kimi hissələrdən ibarətdir. "Ön söz"də irihəcmli janrların daxilində digər janrlardan yerli-yerində istifadə olunmanın şifahi söz sənətimizin zənginləşməsində müvafiq janrın bədii təsir gücünün ikiqat artmasında mühüm rolu qeyd edilib. Eyni zamanda gələcəkdə müvafiq fəsillərdə qeyd olunan janrlardan başqa digər folklor örnəklərində yaşayan həm müasir, həm ilkin janr örnəklərinin aşkara çıxarılması üçün bu monoqrafiyanın düzgün yola istiqamətverici mayak xüsusiyyətinə malik olduğu  diqqətə çatdırılıb.

 

Monoqrafiyanın "Dastanlarda işlədilən aşıq şeiri janrları" adlandırılan birinci fəslində "Ziyad Şövkət", "Telli Qara", "Aşıq Qurbani", "Əmrah", "Arzu-Qənbər", "Valehnən Taleh" dastanlarında divani, müxəmməs, qoşma, gəraylı, təcnis, cığalı təcnis janrlarının araşdırılması həm folklor mühitinin öyrənilməsi, həm Naxçıvandan toplanmış dastanlarda aşıq şeirlərinin ümumi xüsusiyyətlərinin əks etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllifin qənaətincə, bu janrlar təkcə dastanın struktur poetikasını əks etdirmir, həm bu nümunələrlə qəhrəmanların xarakteri, obrazların düşüncələri açılır, əsərin təhkiyəsi bədii zənginlik qazanır.  Konkret janrlarla bağlı  dəyərli ədəbiyyatşünas folklorşünas alimlərin fikirlərini dərin hörmətlə xatırladan müəllif bir sıra hallarda regiona məxsus bəzi nümunələrin tamamilə orijinal üsullarla yaradıldığı qənaətinə gəlir ki, birinci fəsildə "Ziyad Şövkət" dastanı bu fikrin əyani sübutu olaraq irəli sürülür. İkinci fəsildə nağıl janrında kosmoqonik yaradılış formulları olan alqış (kosmosyaratma) qarğış (xaosyaratma) janrlarının işlənmə məqamlarına nəzər salınıb, "Kitabi-Dədə Qorqud" digər dastanlarda, nağıllarda istifadə olunan bu janrlar xalqın etnik xüsusiyyətlərini daha fəal mühafizə edən janrlar kimi səciyyələndirilib. Bu janrların mərasimlərlə, məişətlə, mifoloji dini təsəvvürlərin təsirilə formalaşması, daha qədim tarixə malik olan qarğışların inanc obyekti baxımından müxtəlif qruplaşdırılmaları ilə bağlı tədqiqatçıların qənaətlərinə münasibət bildirən müəllif daha sonra mövzu haqqındakı araşdırmalarını təqdim edir. Maraqlı məqam nağıllarda alqışlara nisbətən qarğışların həm nümunə sayı, həm variantlılıq baxımından zənginliyidir. Müəllif Naxçıvandan toplanmış "Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi", "Kişinin arvadını sınaması", "Adil padşahın nağılı", "Aftabın nağılı" kimi nağıllarda xalis alqış qarğışlarla yanaşı, mahiyyətində qarğış daşıyan andların, məna baxımından atalar sözlərinə bənzəyən qarğışların işləndiyinə diqqət çəkib. Elxan Məmmədov mifoloji əfsanə rəvayətlərdə, xüsusən nağıllarda bu janrların qəhrəmanlara uğur arzulamaq məqsədilə istifadəsini, obrazların xoş niyyətinin açılmasındakı mühüm rolunu, həm qədim türk fəlsəfi düşüncəsini özündə əks etdirdiyini aşkara çıxarır. Müəllif həm obrazların dili ilə, həm nağıl söyləyicisinin nitqində alqış qarğışlardan istifadənin onların yaddaşlara yazılaraq sonrakı nəsillərə çatdırılmasında əvəzsiz rol oynadığını qeyd edir. "Əfsanə rəvayətlərdə inam inanclar" adlı üçüncü fəsildə "Nuhun tufanı", "Yalqız ağac", "Oğlan-qız məqbərəsi" s. örnəklər əsasında ən qədim janrlardan olan inancların bəzən olduğu kimi, bəzən təsvir olunan hadisələrə münasibət bildirmək baxımından geniş yer aldığı qeyd edilir. "Bayatılarda işlənən atalar sözlərinin poetikası" adlı fəsildə region insanının özünəməxsus düşüncə təfəkküründən süzülən dərinqatlı mənaları özünün ritmik ahəngdar janrlarında da bol-bol istifadə etdiyi nümunələr vasitəsilə təsdiq olunur. Qeyd olunan nümunələr əvvəlcədən məlum toplularda rast gəlinməyən, tamamilə orijinal yeni bayatılar olması ilə müəllifin diqqətini cəlb etmişdir. O, professor Məhərrəm Qasımlının bayatılarla bağlı təsnifatındakı bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca s. kimi formalara həmin bayatı-atalar sözü nümunələrini daxil etməyi zəruri hesab edir. Belə nümunələrdən bir neçəsini diqqətinizə çatdırmaq istərdim:

 

Asta de bayatını,

 

Ahəstə bayatını.

 

Mərdlər yabı minibdi,

 

Namərdlər bəy atını.

 

yaxud:

 

Sürü tanır qurdunu,

 

İyid sevər yurdunu.

 

Bir xain, bir qorxaq

 

Batırar bir ordunu.  

 

   Ümumilikdə isə müəllif atalar sözlərinin bayatılarda işlənmə məqamları ilə bağlı dörd halı qeyd edir: 1) heç bir dəyişikliyə uğramadan, 2) müəyyən qədər dəyişdirilmiş formada, 3) mətnaltı mənada dərk edilən, lakin mətndə gizlədilmiş formada 4) bütövlükdə atalar sözü gücünü, məna yükünü daşıyan müəyyən misraları olan bayatılar. Bu fəsildən belə bir nəticə əldə olunmuşdur ki, Naxçıvandan toplanmış bayatılarda atalar sözlərinin işlədilməsi həm bayatıların ritmik ahəngdarlığına fərqli bir ovqat əlavə edib, həm məna tutumunu zənginləşdirib, həm atalar sözlərinin özünün yaşarlılıq mühafizə sisteminə çevrilib. "Xalq mərasimlərində nəğmələrin rolu yeri" adlı sonuncu fəsildə mərasim nəğmələrində söyləyici iştirakçıların yaş kateqoriyalarındakı fərqləri müşahidə edir, təsərrüfat həyatı ilə bağlı mərasimlərdə böyüklərin, təqvimlə bağlı mərasimlərdə uşaqların aktivliyi müəllifin diqqətini cəlb edir. Bu nəticəyə gəlinir ki, uşaqdan böyüyə hər bir xalq nümayəndəsi etnosun ümumi məhsulu olan nəğmələrə aşinadır. Bundan başqa mərasimlər daxilində nəğmələrin yer alması etnoqrafik yaddaşdan folklor yaddaşına keçiddə, folklor yaddaşında etnoqrafik yaddaşın varlığı məsələləri ətrafında danışmağa imkan verməsi vurğulanıb. 

 

Monoqrafiyanın "Nəticə" hissəsində fəsillər üzrə aparılan tədqiqatlarla bağlı müəllifin əsas qənaətləri ümumiləşdirilib və bu mövzunun gələcəkdə daha geniş araşdırmalara, həmçinin daha çox janrlar arasında paralellik aparmağa, əhatəli və ətraflı tədqiqatlar barədə düşünməyə əsas verdiyi qeyd olunub.

 

 

Aygün ORUCOVA,

filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA Naxçıvan bölməsi)

 

525-ci qəzet.- 2022.- 9 aprel.- S.23.