“Mən dəyərəm min cavana yenidən səhnədə

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavanaiki hissəli musiqili komediyası yanvarın 29-da növbəti dəfə nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 15 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır. İllər öncə görkəmli teatrkino aktyoru, “Şöhrət” ordenli Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavanaonu sevənlərə bir təskinlik kimi təqdim olunur.

Tamaşanın budəfəki nümayişində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.

 

525-ci qəzet.- 2022.- 9 aprel.- S.23.