Gənclərin xaricdə təhsili ilə
bağlı proqramların siyahısı hazırlanıb
SİYAHININ
TƏRTİBİNDƏ MÖVCUD BEYNƏLXALQ VƏ YERLİ
TƏCRÜBƏDƏN İSTİFADƏ OLUNUB
2022-2023-cü
tədris ili üçün "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın prioritet
ixtisas sahələri və nüfuzlu xarici ali təhsil
müəssisələri üzrə
təhsil proqramlarının
siyahısı" hazırlanıb.
Təhsil
Nazirliyi tərəfindən
2022-2023-cü tədris ili üçün
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın prioritet
ixtisas sahələri və nüfuzlu xarici ali təhsil
müəssisələri üzrə
təhsil proqramlarının
siyahısı" hazırlanıb.
Siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə təsdiq edilən "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın həyata
keçirilməsi üzrə
Tədbirlər Planı"nın
müvafiq bəndinə
uyğun olaraq müəyyənləşib.
Qeyd edək ki, Prezident
İlham Əliyev bu ilin fevral
ayının 28-də "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün xarici
Dövlət Proqramı"nın
prioritet istiqamətləri
proqramını imzalayıb.
2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox
olmamaqla, ümumilikdə
2000 nəfərədək Azərbaycan Respublikası
vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsili təmin ediləcək. Bu Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 28 fevral tarixli Sərəncamı ilə
təsdiq edilmiş
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nda öz
əksini tapıb. Dövlət Proqramının
hədəf göstəricisinə
əsasən proqram çərçivəsində xarici ali
təhsil müəssisələrində
təhsil yerlərinin
ən azı 80 faizi ali təhsilin
magistratura səviyyəsini
əhatə edəcək.
Təhsil
Nazirliyinin İctimaiyyətlə
əlaqələr sektorunun
müdiri Cəsarət
Valehovun sözlərinə
görə, siyahı
hazırlanarkən təhsil
müəssisələrinin "Times
Higher Education (THE) World University Rankings" və
"Academic Ranking of World Universities (Shanghai)" beynəlxalq reytinqlərindəki
sıralamaları, həmçinin,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində təhsil təcrübəsi
əsas hesab olunub. Bununla da Dövlət Proqramının 15 prioritet
ixtisas sahələrinə
(informasiya texnologiyaları,
mühəndislik, statistika
və verilənlərin
təhlili, fundamental və
tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi,
nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) uyğun
təhsil müəssisələrində
bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan
gənclərinin təhsili
üçün imkan
yaradılıb. Bu da öz növbəsində
müasir və gələcək əmək
bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli və
yüksəkixtisaslı peşəkar
kadrların hazırlanmasına
töhfə verəcək:
"Qeyd olunan prioritet ixtisas istiqamətləri üzrə
siyahıda əks olunan ali
təhsil müəssisələrindən
qəbul sənədlərinin
əldə edilməsi
tövsiyə edilir. Məlumat üçün
bildirim ki, Dövlət Proqramı çərçivəsində müvafiq seçim və maliyyələşmə
qaydaları yaxın zamanda təsdiq olunduqdan sonra
2022-2023-cü tədris ili üzrə sözügedən Proqrama
müraciət etmək
üçün onlayn
müraciət açıq
elan ediləcək".
Təhsil
nazirinin müşaviri
Nicat Məmmədli deyib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu
ali təhsil
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı" çərçivəsində
2022-2023-cü tədris ilində
30 ölkənin 295 ali
təhsil müəssisəsində
təhsil almaq imkanı yaradılacaq.
Müşavirin sözlərinə görə,
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı" qəbul
olunana qədər təhsil alan şəxslərin sonradan
maliyyələşdirilməsinin mümkün olub-olmayacağı
məsələsinə aydınlıq
gətirilib: "Ümid
edirik ki, seçim və maliyyələşmə qaydaları
təsdiq olunduqda bunlar nəzərə alınacaq. Yəqin ki, bundan sonra
Dövlət Proqramından
əvvəl təhsil
alan şəxslərin
maliyyələşməsini də həyata keçirmək mümkün
olacaq".
Nicat Məmmədli bildirib ki, 2022-2023-cü tədris
ili üçün
"Gənclərin xarici
ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"da tibb təhsili yoxdur, amma ictimai səhiyyə
ixtisası var. Xaricdə
təhsil üzrə dövlət proqramında
üstünlük magistratura
pilləsinə verilir,
tibb təhsilində isə magistratura pilləsi yoxdur: "Tibb təhsilinin uzunmüddətli olması,
bəzi ölkələrdə
bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi-nəzərindən
də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük
ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq".
Təhsil
eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin
xarici ölkələrin
nüfuzlu ali
təhsil müəssisələrində
təhsil almalarına
dair 2022-2026-cı illər
üçün Dövlət
Proqramı"nın təsdiq
edilməsi haqqında
sərəncama əsasən,
Dövlət Proqramında
nəzərdə tutulan
tədbirlərin icrasının
monitorinqini və qiymətləndirilməsini Təhsil
Nazirliyinin sifarişi əsasında İqtisadiyyat
Nazirliyi həyata keçirəcək. Dövlət Proqramının icrası
zamanı yeni dövrün prioritet ixtisas sahələrinə
üstünlük veriləcək.
Məsələn, informasiya
texnologiyaları, mühəndislik,
statistika və verilənlərin təhlili,
təhsil, dövlət
idarəetməsi, ictimai
səhiyyə, iqtisadiyyat
və s. Nəzərdə
tutulan müddətdə
hər il 400 nəfərdən çox
olmamaqla ümumilikdə
2000 nəfərədək Azərbaycan vətəndaşının
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsili təmin ediləcək. Dövlət
Proqramı çərçivəsində
xarici ali
təhsil müəssisələrində
təhsil yerlərinin
ən azı 80 faizi ali təhsilin
magistratura səviyyəsini
əhatə edəcək:
"Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi
meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq
müsabiqələrin və
yarışların qaliblərinə
nüfuzlu xarici ali təhsil
müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini
yüksək nəticələrlə
başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək
olan perspektivli gənclərə isə magistratura səviyyəsində
üstünlük veriləcək.
Sənəddə o da
qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi
qaydasında müəyyən
ediləcək maliyyələşdirmə
mexanizmləri qarşılıqlı
məsuliyyət və
etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri
dəqiq müəyyən
ediləcək. Qaydada akademik
müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək,
bu risklərin qarşısının alınması
məqsədilə qabaqlayıcı
şərtlər müəyyən
ediləcək. Hazırlanacaq
qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil
müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq
yüksəkixtisaslı kadr
kimi Azərbaycanın
dayanıqlı inkişafına
töhfə vermələrinə
imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı
ilə bağlı bir sıra dövlət
strategiyaları və proqramları
reallaşdırılıb. Prezident İlham Əliyevin 2007-ci il
16 aprel tarixli Sərəncamı ilə
təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində
Azərbaycan vətəndaşlarının
dünyanın 32 ölkəsinin
350-dən çox ən
nüfuzlu ali təhsil müəssisəsində
təhsil almaları məqsədilə, ümumilikdə,
3558 təqaüd verilib.
Bu Dövlət Proqramının
uğurlu icrası nəticəsində gənclərin
xaricdə təhsilə
cəlbi ölkənin
sosial-iqtisadi həyatına,
eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə,
təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan
Respublikası ali təhsil müəssisələrinin
akademik potensialının
güclənməsinə mühüm
təsir göstərib".
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin 11 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın əsas hədəfi də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramı çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və "ADA" Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir. Göründüyü kimi, Prezident İlham Əliyev insan amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkəmizdə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə, ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 9 aprel.- S.9.