Rusiya nə qədər dözə biləcək?  

 

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Britaniyanın SkyNews telekanalına müsahibəsində Rusiya ordusunun Ukraynada xeyli itki verdiyini bunun onlar üçün böyük faciə olduğunu bildirib. Dmitri Peskovun bu sözləri Rusiyanın artıq qalib ola bilməyəcəyinin rəsmi etirafı kimi qəbul oluna bilər. Lakin bu son deyil. Məsələ ondan ibarətdir ki,  Rusiya ordusu əsas itkisini bundan sonra verəcək. ABŞ-ın 800 milyon dollarlıq silah yardımının hələlik ilk hissəsi Ukraynaya təhvil verilib. Silah-sursatın əsas hissəsi qarşıdakı həftə ərzində Ukraynaya daşınacaq.  Qeyd edək ki, 800 milyon dollarlıq yardım paketinin əsas hissəsini 800 "Stinger" zenit sistemi, 2 min "Javelin" tank əleyhinə raket, 1000 yüngül tank əleyhinə silah, 6 min ədəd AT-4 tank əleyhinə sistem, 100 qumbaraatan atış sistemi, 20 milyon mərmi, 25 min zireh dəsti, 25 min dəbilqə, 5 min tüfəng, 1000 tapança, 400 pulemyot 400  snayper tüfəngi təşkil edir. Ən əsası isə odur ki, ilk dəfə olaraq ABŞ Ukraynaya 100 Pilotsuz Uçuş Aparatı (PUA) göndərəcək. Söhbət kamikadze dronlar hesab olunan Switchblade-dən gedir. Bu dronlar 80 kilometrə qədər məsafədə zirehli döyüş maşınları da daxil olmaqla istənilən hədəfi məhv etmək gücündədir. Böyük Britaniyanın Ukrayna ordusuna uzaq mənzilli raketlər verəcəyi ilə bağlı iddialar gerçəkləşsə, Rusiya ordusunun vəziyyəti daha pisləşəcək.

 

Rusiya da bölgəyə əlavə qüvvələr cəmləyir. Rusiyanın Şərq vilayətlərindən ağır texnika canlı qüvvə Ukrayna cəbhəsinə daşınır. Məlumatlara görə, Rusiya qismən səfərbərlik edərək 60 min əsgər yığıb. Bu qüvvənin aprel ayının ikinci yarısında cəbhəyə göndəriləcəyi gözlənilir. Bütün bu məlumatlar onu göstərir ki, Rusiya Ukrayna orduları arasında irimiqyaslı döyüşlər artıq gələn həftənin sonlarından başlaya bilər. Bu məlumatlar Rusiya ordusunun Peskovun faciə adlandırdığı itkidən böyük itkilər verə biləcəyini ehtimal etməyə əsas verir. Bu ağır itkilərə Rusiya cəmiyyətinin münasibətinin necə olacağını heç kim müəyyənləşdirə bilməz. Üstəlik, bu itkilərin hədərə getdiyi, hərbi əməliyyatların məqsədinə çatmadığı məlum olduqda Rusiya cəmiyyətinin bütün bunlara laqeyd qalacağı mümkün görünmür.

 

Rusiyanın hərbi əməliyyatları bir müddət aparmaq, iqtidarın cəmiyyəti nəzarətdə saxlamaq imkanları olsa da, iqtisadi fəlakəti heç bir əmr göstərişlə dayandırmaq mümkün deyil. 

 

Mart ayı ərzində Rusiya Mərkəzi Bankının nəzarətində olan valyuta ehtiyatları 40 milyard dollar azalıb. Ukraynaya qarşı müharibədən əvvəl Rusiya Mərkəzi Bankının 604 milyard dollar valyuta ehtiyatı olub. Həmin ehtiyatın 415 milyard dollarının yerləşdiyi xarici bank hesabları dondurulub. Rusiya Mərkəzi Bankının istifadə edə bildiyi ehtiyat isə sürətlə azlır. Ekspertlərin hesablamalarına görə, qarşıdakı aylarda da Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları azalsa, ölkə payızda valyutasız qala bilər.

 

Valyuta ehtiyatlarının sürətlə azalması ilə yanaşı, büdcəyə daxilolmalar da kəskin azalıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, mart ayında neft qaz gəlirlərindən büdcəyə nəzərdə tutulandan 302 milyard rubl az pul daxil olub. Maliyyəçilər Rusiyanın valyuta ehtiyatlarının gəlirlərinin kəskin azalmasının fəlakətli olacağı ilə bağlı xəbərdarlıq edirlər.

 

Qarşıdakı aylarda büdcə gəlirlərinin daha sürətlə azalacağı isə qaçılmaz aqibət kimi görünür. Çünki sanksiyalar artıq enerjidaşıyıcıların ixracının qarşısını almağa yönəlib. ABŞ başda olmaqla bir neçə ölkə Rusiyadan neft idxalatını tam dayandırıb. Bir çox ölkələr isə Rusiya neftindən tədricən imtina etməyi planlaşdırır.  Rusiya xam neftindən imtina büdcə gəlirlərinin azalması ilə yanaşı, başqa bir təhlükəli problem də yaradır. Xam nefti saxlamaq üçün nəzərdə tutulan bütün anbarlar dolmaq üzrədir. Rusiya magistral neft kəmərlərinin və neft məhsulları boru kəmərlərinin operatoru Transneft şirkəti saxlama çənlərinin dolduğunu, buna görə hasilatçı şirkətlərindən neft qəbul etməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Rusiyada hasil edilən neftin 83, neft məhsullarının isə 30 faizini ixrac edən Transneft şirkəti ixracın azalmasına görə məhsulu anbarlara yığırdı. Transneftin anbarları 25 milyon kubmetr neftneft məhsulları saxlamaq imkanına malikdir. Müharibədən qabaq Rusiyanın gündəlik  10.6 milyon barel neft hasil etdiyini nəzərə alsaq, Transneft şirkətinin üzləşdiyi çətinliyi təsəvvür etmək çətin olmaz.

 

Transnet şirkəti xam neftin qəbulunu dayandıracağı ilə bağlı xəbərdarlıq etdiyi kimi, Lukoyl neft şirkəti də mazut saxlama imkanının olmaması səbəbindən neft emalı zavodlarının fəaliyyətini dayandıracağı ilə bağlı xəbərdarlıq edib. Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov baş nazirin müavini Aleksandr Novaka məktub göndərərək ekoloji fəlakətin yarana biləcəyini qeyd edib. Hasil olunmuş xam neftinneft məhsullarının həcminin kəskin artması Rusiya rəsmilərini hərəkətə gətirib. Moskva xam neftə 35 dollar endirim etməklə yanaşı, müştəri tapmaq üçün xarici işlər naziri Sergey Lavrovu Hindistana göndərib. Hindistan Lavrovu əliboş yola salmaq istəməsə də, çox böyük miqdarda neft almaq imkanlarının olmadığını da açıq ifadə edib. Hindistanın neft emalı zavodları başqa növ neftin emalına uyğunlaşdırıldığında, Rusiyanın "qara qızılı"ndan yararlanmaq imkanları çox məhduddur. Hindistan Rusiyadan nefti ucuz alıb, başqa ölkələrə baha qiymətə satmaqdan isə çəkinir. Çünki ABŞ Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən ölkələrə qarşı qadağa və cərimələrin tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edib. Rusiya neft sektorunun üzləşdiyi problemlərlə kömürqaz hasilatçıları da üzləşəcək.

 

Döyüş meydanında ağır itgilərdən başlamış büdcə gəlirlərinin kəskin azalması, valyuta ehtiyatlarının tükənməsi, Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sənayesinin ağır problemlərinin yaranması hakimiyyəti may ayında, ən geci iyun ayı ərzində ağrılı qərarlar qəbul etmək məcburiyyətində qoyacaq. Bu isə o deməkdir ki, Rusiyanın ən çoxu iki ay dözmək imkanı var. İki ay sonra, bəlkə də, daha tez Rusiya hakimiyyəti və cəmiyyəti çox ağrılı qərarlar qəbul etmək məcburiyyətində qalacaq.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 9 aprel.- S.8.