Şuşa Teatrının dünəni bugünü

 

Möhtəşəm təbiəti istedadlı insanları ilə yanaşı, Şuşa həm ədəbiyyat incəsənət beşiyi olub. Dəyərli araşdırmaçı Firudin Şuşinski yazırdı: "XIX əsrin 90-cı illərində Şuşada xeyli musiqili ədəbi incəsənət məktəbləri olmuşdur. Bunlardan musiqişünaslar məclisini, xanəndələr məclisini, xəttatlar məclisini, nəqqaşlar məclisini nüsxəbəndlər məclisini fərəh hissi ilə söyləmək olar". Bəhs edilən dövrdə Şuşa şəhərində abadlıq işləri xeyli dərəcədə artmışdı. Zaman keçdikcə teatra maraq göstərən ziyalıların da sayı çoxalırdı. Böyük ədib Əbdürrəhim bəy Haqverdiyev öz xatirəsində bu məqamı belə vurğulayır: "14 yaşım olanda teatra getdim. Teatrda pərdə açılanda düşündüm ki, fokus nümayiş edəcəklər. Bir baxdım ki, müəllimim əynində çuxa, başında buxara papaq, belində xəncər igidlikdən dəm vurur. Get-gedə tanıdığım bütün müəllimləri görüb teatrın komediyanın olduğunu anladım". Elə həmin ildə (1884) gənc Əbdürrəhim ilk pyesi olan "Hacı Daşdəmir"i yazır. Şuşada riyaziyyat bu kimi fənlərdən dərs deyən müəllimlər tamaşalarda fəal iştirak edirdilər. Getdikcə teatr tamaşaları üçün satılan biletlər bahalaşırdı, buna baxmayaraq, biletlər tez satılırdı. Şuşada XIX əsrin 40-cı illərindən rus dilində tamaşalar göstərilirdi, dünya dramaturgiyasından nümunələr nümayiş etdirilirdi. Məsələn, 1893-cü ildə Haşım bəy Vəzirov Şekspirin "Otello" əsərini ilk dəfə Azərbaycan dilində tərcümə etmişdi. Bundan başqa, Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" komediyası Şuşanın teatr tarixində qalmaqallı iz salmışdı. Pərdələrin birində Qarabağda olan adət üzrə qumar oynayanlar üçün otaq ayrılır. Mübahisə zamanı biri digərinə "Həzrət Abbasa and olsun" deyib qışqırır zalda haray-həşir qopur. Tamaşaçı zalında oturanlar belə bir səhnədə Həzrət Abbasın adının çəkilməsinə görə xəncər tapançalarına əl atırlar, tamaşa pozulur aktyorlar arxa qapıdan qaçırlar. Daha sonra bir çox aktyorlar şəhəri belə tərk etməli, Haşım bəy Vəzirov isə bir müddət gizlənməli olur. Sonradan şəhər ziyalıların dəstəyi ilə axundun yanına gəlir, əsərin əlyazmasını göstərib dinə qarşı heç yazılmadığını söyləyir.

İşğaldan sonra Şuşa Teatrı 1992-ci ilin avqust ayının başlanğıcında Bakıda Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirildi fəaliyyəti üçün şərait yaradıldı. 1993-cü il fevral ayının 12-də Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının tamaşası ilə pərdələrini paytaxtda teatrsevərlərin üzünə açdı.

1993-cü ildə isə mərhum sənətkar Həsən Əbluc M.F.Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat Dərviş Məstəli şah cadukuni-məşhur" komediyasını qurmaq qərarına gəldi. Əsərdəki bütün həqiqətləri mənimsəyib təcəssüm etdirən yaradıcı heyət üzvləri - Rauf Şahsuvarov (Misyö Jordan), Zahid Mehdiyev (Hatəmxan ağa), Mahi Səfərova (Şəhrəbanu xanım), Aygün Teymurova (Şərəfnisə), Səidə Əliyeva (Xanpəri), Müşfiq Mehdiyev (Şahbaz bəy), Sərhəd Əliyev (Dərviş Məstəli şah), Azad Məmmədov (Qulaməli) başqaları tamaşaçıların gurultulu alqışını qazana bildilər. Daha sonralar "Nənəmin şahlıq quşu" operettasına quruluş verildi. Tamaşanın quruluşçu rejissoru olan Faiq Zöhrabov dirijor Gülağa Zeynalov, rəssam Nazilə Əhmədova, baletmeystr Rəfiqə Həsənova kimi istedadlı insanları ətrafında cəmləşdirmişdi. Əsərin səhnə təcəssümündə Yadigar Muradov, Sərhəd Əliyev, Gülsabah Quliyeva, Zahid Mehdiyev, Mahi Səfərova, Ceyran Əzimova, Aygün Teymurova, Müşfiq Mehdiyev, Azad Məmmədov, Dilbər Mahmudova, Elmira Əliyeva kimi aktyorlar iştirak ediblər. "Nənəmin şahlıq qutusu" operettası Şuşa teatrının 1993-cü ildəki uzunömürlü tamaşaları siyahısındadır. 1994-cü ildə isə Faiq Zöhrabov quruluşçu rejissor kimi teatra dəvət aldı. Rejissor "Durna" musiqili komediyasına quruluş verdi. Şuşa teatrında fəaliyyət göstərən aktyorların üstünlüyü odur ki, onlar gözəl səsə malik olmaqla yanaşı, milli musiqi alətlərinin mahir ifaçısıdır.

 

1994-cü ildə "Him-cim" Pantomim festivalı keçirilmiş, bu festivalda Şuşa teatrı da öz yerini "Üç nöqtə, vergül, nida, sual" tamaşası ilə almışdı. Sözügedən tamaşanın rejissoru Rauf Şahsuvarov idi. Səhnədə nümayiş olunan professionalizm, öz düşüncələrini dolğun bədən plastikasından keçirdiklərinə görə festivalın mükafatına layiq görüldülər.

1998-ci ildə keçirilən Ümumrespublika Eksperimental tamaşalar festivalında Şuşa Musiqili Dövlət Teatrı S.Bekketin "Addım səsləri" pyesinin motivləri əsasında "Rəngli, rəngli, ağ-qara" eksperimental tamaşası ilə iştirak etdi. Quruluşçu rejissor Kəmalə Məcidova, əsas rollarda isə Şükufə Musayeva Məlahət Əhmədova idi. Şuşa teatrının festivalda uğurlu çıxışına görə münsiflər heyəti teatrı diploma layiq gördü. Daha sonralar rejissor Rauf Şahsuvarov "Aydın" dramının səhnə təcəssümünü öz üzərinə götürməli oldu. "Aydın" Şuşa teatrının repertuarında uzunmüddətli tamaşa kimi tanınırdı. Qeyd edim ki, S.Bekketin əsərləri ölkənin Gənclər, Sumqayıt, Yuğ, Gəncə, Şəki bir çox teatrlarında səhnəyə qoyulmuşdu. Oynanılan tamaşaların çoxu realist məktəbinin oyunu əsasında qurulduğuna görə orijinal nəticə əldə olunmamışdı. Təxəyyülün oyanışı kimi dəyərləndirilən absurd bədii anlayışı günümüzə qədər gəlib çatmış, insan təfəkküründə müəyyən məntiqi ardıcıllığın formalaşmasına nail olmuşdu. İndinin özündə belə demək mümkündür ki, kifayət qədər absurd tamaşaların ərsəyə gəlməsinə şahid oluruq.

Bakıda tamaşaçı auditoriyasını daha çox özünə cəlb etmək üçün Şuşa teatrı müxtəlif janrlı bir-birindən maraqlı tamaşaları ərsəyə gətirdi. Bunlardan S.Qədirzadənin "Ayının min oyunu" (rej.Y.Muradov), V.Qaufun "Xəlifə Leylək" (rej.O.Salamov), B.Appayevin "Gözəlləri necə qaçırmalı" (rej.K.Məcidova) kimi orijinal yozumlu tamaşaların adlarını çəkmək olar.

8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Bu möhtəşəm hadisə Şuşa teatrının həyatında da parlaq bir dönüş mərhələsinin başlanğıcı oldu. Şuşa Musiqili Dövlət Dram Teatrı 148-ci mövsümünün açılışını Altay Məmmədovun "Dəli Domrul" tamaşasını təqdim etməklə həyata keçirdi.

İnanırıq ki, sürətlə dirçəldilib abadlaşdırılan Şuşamızda teatr mühiti tezliklə özünün təkrar çiçəklənmə mərhələsini yaşamağa başlayacaq.

 

Şəhla HEYDƏRLİ

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.17.