Azərbaycanın qədim dövlətçilik tarixindən bəhs edən qiymətli əsər

 

Azərbaycan "Türk Ocağı" İctimai Birliyinin təşəbbüsü ilə milli azadlıq hərəkatı mücahidi, ictimai-siyasi fikir tariximizin nəhənglərindən Mirzə Bala Məmmədzadənin "Azərbaycan tarixində Türk Albaniya" əsəri çap olunub. İlk dəfə 1951-ci ildə Ankarada nəşr edilən bu əsər Azərbaycan "Türk Ocağı"nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının giriş, filologiya üzrə fəlsəfə doktoru Aydın Qasımlının ön sözüylə yenidən işıq üzü görüb. Əsəri Azərbaycan türkcəsinə jurnalist-araşdırmaçı Sərxan Carçı uyğunlaşdırıb. Azərbaycanın qədim dövlətçilik tarixini əhatə edən, müxtəlif mənbələrə istinadən yazılan kitab bu gün aktuallığını, elmi dəyərini qoruyub-saxlayır. Alban tarixşünaslığını, irsini mənimsəməyə çalışan erməni bəzi qafqazdilli xalqların iddialarının əksinə, Albaniyada aparıcı etnik soy-kökün türklərə məxsusluğunu isbatlayan "Azərbaycan tarixində Türk Albaniya" əsəri tarixin qaranlıq mərhələlərinə işıq salır. Əsərdə Albaniyanın təşəkkülü, siyasi-tarixi coğrafiyası, etnik tərkibi tarixi mənbələrə söykənərək araşdırılıb. "Azərbaycan tarixində Türk Albaniya" əsəri istiqlal savaşının yenilməz sərkərdələrindən Mirzə Bala Məhəmmədzadənin (1898-1959) qələminin məhsuludur. Kitabda qeyd olunub ki, 1951-ci ildə Ankarada nəşr edilən bu əsər çap olunan zaman Sovet Azərbaycanında müstəqil milli-elmi tarixşünaslığından əsər-əlamət yox idi. Heç vahid sistem halında "Azərbaycan tarixi" kitabı yazılmamışdı. Sovetlərin Qırmızı Professorlar İnstitutunun ideoloji rəyi əsasında Azərbaycan xalqının tarixi təhriflərə məruz qalır. Bütöv Azərbaycan tarixini sistemləşdirmək əvəzində yerinə ayrı-ayrı alimlərin qısa oçerkləri yazılırdı. Hətta, XX əsrin əvvəllərində qurulan ilk milli sosial-demokrat təşkilatı "Hümmət"in işinə ehtiyatlı yanaşılır, bu qurumun fəaliyyətində milliyyətçilik izi axtarılırdı. Belə çətin tarixi dönəmdə mühacirətdə sıxıntı içərisində ömür sürən M.B.Məhəmmədzadənin Azərbaycanın qədim dövlətçiliyik tarixinə türk dünyasının tarixi kontekstindən yanaşması orijinal fərqliydi. Həm Azərbaycanın tarixi köklərinin sovetlər tərəfindən təhrifə uğradılmağına etiraz idi". Vurğulanıb ki, M.B.Məhəmmədzadə peşəkar tarixçi olmasa da, kifayət qədər mütaliəli olduğundan fars, ərəb, rus dillərinə bələdçiliyi ona müxtəlif mənbələri oxumaq şansı qazandırırdı. Həyatı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına, istiqlal hərəkatı tarixinə bağlı olan M.B.Məhəmmədzadə Sovet Azərbaycanında baş verən ideoloji təxribatların qaynaqlarını müəyyənləşdirməyə imkan verirdi. M.B.Məhəmmədzadə "Azərbaycan tarixində Türk  Albaniya" əsərini yazmaqla gələcəkdə müstəqilliyinə qovuşacaq Azərbaycan dövlətinin hansı ideoloji təxribatlarla üz-üzə qalacağını aktuallaşdırır gündəmə gətirirdi. XX əsrin sonlarında xaricdən, Rusiyadan ideoloji dəstək alan erməni millətçi kəsimi Dağlıq Qarabağ problemini Alban tarixşünaslığı əsasında meydanlara daşıdı xalqı fəlakətə sürüklədiyi tarixi faktdır. Ömrünün sonlarına SSRİ-ni öyrənmə institutunda elmi şuranın sədri kimi böyük işlər görən M.B.Məhəmmədzadə Azərbaycanın ərazi bütövlüyünə qəsdin hansı məqamlardan qaynaqlanacağını sanki öncədən görürdü. Avropa, Amerika əksər dünyanın müxtəlif yerlərinə səpələnən ermənilərin qədim Alban dövlətinin tarixi irsinə bütövlükdə sahiblənmək istəyi, həvəsi ideyası, düşünürük ki, M.B.Məhəmmədzadənin bu kiçik həcmli əsəri yazmasına əsas səbəbdir.

 

Ətraflı

"Giriş"dən dörd bölmədən ibarət əsərdə müəllif Albaniyaya dair özünəqədərki tədqiqat əsərlərini incələyərək qısa, lakin sanballı bir əsər meydana gətirib. Əsərin "Giriş"ində müəllif qədim yunan, latın, suryani, erməni klassik İslam müəlliflərinin əsərlərinə, arxeoloji qazıntılar nəticəsində o dövrdə əldə edilən elmi məlumatlara əsaslanaraq göstərir ki, Albaniya bir türk məmləkətidir. Bu məmləkətdə yaşayanlar "Turani bir qövm" olub. Alban xalqından bəhs edərkən müəllif Strabona əsaslanaraq qeyd edir ki, gözəllikləri, boyları, dürüstlükləri, doğruluqları ilə tanınan Albanlar at minməkdə, ox atmaqda, qılınc işlətməkdə məharət sahibi idilər. Mirzə Bala Heredota, Çin mənbələrinə, Deqiuqnesə digər mənbələrə əsaslanaraq Massaget Türkləri, Saka Türkləri, Hun Türkləri Göy Türklərlə Alban Türkləri arasındakı oxşarlıqları şərh etdikdən sonra göstərir ki,  Xristianlığın zühurundan ondan daha öncədən başlayıb altı yüz il sürən Turani Arsakalıların (Arsakların) hakimiyyəti dövründəki müştərək bir həyatın təsiri altında Alban Türkləri ilə erməni digər xalqlar arasında bir çox müştərək mədəni müəssisələr meydana gəlmişdi.

 

Əsərinin "Albaniyanın coğrafi durumu" adlı birinci bölümündə Mirzə Bala Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" adlı əsərinə, Ptolomeyin Xorenatsinin "Coğrafiya"larına, Plinus VII əsr Alban tarixçisi Moyses Kaqankatvasinin əsərlərinə əsaslanaraq Albaniyanın coğrafi sərhədləri, Albaniyanın tərkibində olan prensliklər Albaniyanın təbii sərvətləri haqqında məlumat verib. Göstərib ki, V əsrdə Hun Türklərinin dünyaya yayıldığı Albaniyaya bir neçə dəfə səfər etdikləri, Ermənistanda hakimiyyətdə olan Arsakli Türk sülaləsinin süquta uğradığı dövrdə Albanlar Kür ilə Araz çayları arasındakı əraziləri içinə alan Arana yerləşiblər. VI-VII əsrlərdə şimaldan gələn digər Türk axınlarının basqıları nəticəsində isə Dərbənd ətrafındakı Albanya paytaxtı da o zamankı adı "Partav" olan Bərdəyə köçüblər. Bərdə Albanya dövlətinin yeni "Böyük Mərkəzi" halına gəlib.

 

"Albanyanın etnik təşəkülü" adlı ikinci bölümdə müəllif göstərir ki, Albanların Araz ilə Kür arasına çəkilməsi Dərbənd keçidi ilə güneyə axın edən Hun, Bulqa, Sabir, Xəzər və s. Türklərin basqısı altında baş verib. Hələ VII əsrin əvvəlində Albaniya tamamilə xəzərləşmişdi ki, həmin əsrin ortalarında ərəblər Azərbaycanı istila etdikləri zaman bütün Qafqaz ilə bərabər Albanyaya da "Xəzər məmləkəti" adını vermişlərdi. Tarixi mənbələrə əsaslanaraq Mirzə Bala göstərir ki, Albaniyanın dördüncü əyaləti olan Şəkidən ibarət bu Şəki prensliyinin səkkiz vilayətindən birini təşkil edən və "Sakalar yurdu" mənasına gələn "Şəki" "Sakaşenin" qısaldılmış bir şəkli idi. Bu Saka-İskit adlarına Albaniyanın digər yerlərində də sıx-sıx rastlanmaqdadır. Herodotun, Strabonun və digər yunan müəlliflərinin əsərlərinə əsaslanaraq Kür çayının mənsəblərində yaşayan Kaspilərlə bugünkü Hinduquşda yaşayan "Buruşaklar"ın əcdadı sayılan Kaspilərin eyni kökdən olduqlarını qeyd edən Mirzə Bala göstərir ki, Kaspilər Miladdan öncə 9000-4500-cü illərdə yaşamış olduqları təxmin edilən və Türküstanın Aşqabad bölgəsində aşkara çıxarılan "Anau" mədəniyyətinin də yaradıcıları olduğu təxmin edilməkdədir. Bu Kaspilərin vaxtilə Şumerlərlə bərabər Altayların qonşuluğunda yaşamış olduqları qüvvətlə təxmin edilməkdədir. Əsərinin üçüncü bölməsini "Albaniya tarixinə ümumi bir baxış" adlandıran Mirzə Bala Kaqankavatlı "Aqvanlar tarixi" və V əsr müəllifi Xoranatsinin III əsr süryani müəllifi Mar-Aras-Katinadan əxz etdiyi məlumatları ümumiləşdirərək göstərir ki, Böyük Arsak Albaniyanın şimal sərhədlərini təyin edərkən Qafqaz ətəklərində, dağ boğazlarında və keçidlərində yaşayan qövmləri özünə tabe etdirərək onları vergi verməyə məcbur edib. Mirzə Bala əsərinin "Albaniya adının mənşəyi haqqında" dördüncü bölməsində özünəqədərki müəlliflərin fikir və mülahizələrini şərh etdikdən və bir çox müəlliflərin, xüsusilə də erməni tədqiqatçılarının fikir və mülahizələrini elmi şəkildə rədd etdikdən sonra belə bir nəticəyə gəlib. "Albaniya" dağlıq, yüksəklik, parlaqlıq, igidlik, dövlət, məmləkət, millət və hakimiyyət məfhum və mənalarını bildirir. "Albaniya" türkcə bir kəlmədir. Albanlar türkdür. Albaniyanın etnik təşəkkülü, təkamülü və tarixi türklərlə bağlıdır. Albaniyanın TürküstanAltay bölgəsi ilə olan münasibətləri yalnız iqtisadi münasibət deyil, daha çox qövmü və mədəni bir mahiyyət daşıyır. Müəllif əsərinə yekun vuraraq göstərir ki, bu qısa tədqiqat işi, tarixin qaranlıqlarına gömülmüş olan milli mənşəyimizin bulunmasıdır.

 

Azərbaycan "Türk Ocağı"nın ilk kitab layihəsi olan "Azərbaycan tarixində Türk Albaniya" əsərinin maraqla qarşılanacağı şübhəsizdir.

 

İsmayıl QOCA

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.16.