Beynəlxalq elmi əməkdaşlıq

 

(Tarixçi alim Nərgiz Əliyevanın "Azərbaycanda İslam mədəniyyəti" kitabı haqqında qeydlər)

 

İki il bundan qabaq, 2019-cu ilin noyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasında "Rusiyada İslam tədqiqatları və dini elmlərin tədrisinin inkişafı" mövzusunda keçirilmiş konfransda Azərbaycan tarixi, irsi və mədəniyyəti tarixi üzrə görkəmli mütəxəssis olan tarix elmləri doktoru Nərgiz Əliyeva ilə tanış olmaq şərəfinə nail oldum. Bu, qısa görüş olsa da, aramızda elmi əlaqənin başlanğıcı oldu. Görüşdən illər keçəndən sonra bu yaxınlarda alimdən məktub aldım. O, "Azərbaycanda İslam mədəniyyəti" (VII-XIII əsrlər) kitabının ərəb dilinə tərcümə edilmiş ilk variantını mənə göndərmişdi. Bu, məni çox sevindirdi. Birincisi ona görə ki, alimin bu nəfis və gözəl kitabını mütaliə etməyim və ona ön söz yazmağım üçün məni şərəfləndirmişdi. Belə ki, kitab İslam ümmətimizin ölkələri arasında ortaq tarixi və mədəni məsələləri öyrənir. Biz bu məsələlərlə tanış olmalıyıq.

 

Sevincimin digər səbəbi isə bu idi ki, alimin kitabını oxumaqla parlaq İslam mədəniyyətinin şahidi olmuş gözəl tarixi dövrlərə yenidən yaxınlaşdım. Bu dövrlər çoxlu nəfis mərhələləri özündə birləşdirir. Onu oxumaqla İslam ümmətimizin uzaq düşmüş tərəfləri bir-birinə yaxınlaşır.

 

İşin çoxluğuna baxmayaraq, dr. Nərgiz Əliyevanın istəyinə müsbət cavab verdimbu üçün bir neçə həftə vaxt istədim. Təxminən bir ay keçib, bu kiçik yazımda onun gözəl kitabı barədə fikrimi bildirmək, onu ərəb oxucusuna tanış etmək və sevdirmək istəyirəm.

 

Müəllif Nərgiz Əliyeva hazırda AMEA Azərbaycan Tarixi muzeyində araşdırma şöbəsinin müdiri işləyir. Buradakı işi ona böyük təcrübə qazandırıb. Onun ciddi araşdırmaları kitablarından və əsərlərindən görünür. Azərbaycan, rustürk dillərində yazdığı əsərləri İslam ölkələrinin tarixi və mədəniyyəti barədə dərin araşdırmaların nəticəsidir. Onun əsərlərinə "Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində" (1999), "İbn Makula azərbaycanlı alimlər haqqında" (2014), "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)" (2015), "Şeyx əs-Siləfi və Azərbaycan", "Azərbaycan Milli Tarix Muzeyi. Tarix, elm və mədəniyyət" (2017) və başqalarını misal çəkmək olar.

 

Fürsətdən istifadə edərək əziz oxuculara bildirmək istəyirəm ki, bu yazımda kitab haqqında ixtisarla fikirlərimi çatdırmağa çalışıram. Dr. Nərgiz Əliyevanın kitabı yeddi fəsildən ibarətdir. Bu fəsillər elə tərtib edilib ki, oxucunu İslam mədəniyyətinin kökləri və onun Azərbaycana qədər uzanması barədə xəbərdar edir. Fəsillərdə toxunulan mövzular barədə danışmazdan əvvəl, kitabın giriş hissəsində verilmiş məlumat diqqətimi çəkdi. Müəllif orada Azərbaycan mədəniyyətinin İslam dini ilə əlaqəsi barədə araşdırmaq aparmağın çətinliklərindən danışır. Qeyd edir ki, "böyük bir mədəniyyətin yaranmasında Xilafətin bir parçası olmuş Azərbaycana islamla bərabər yeni mədəniyyətin gəlməsi, daha doğrusu, yerli mədəniyyətin çalarlarına yeni rənglərin qatılması ilə yaranan islam mədəniyyəti kontekstində Azərbaycanın öyrənilməsi böyük məsuliyyət, gərgin onlarla, yüzlərlə mənbənin təkrar-təkrar oxunmasını, faktların, məlumatların dəqiqləşdirilməsini, uzlaşdırılması və şişirtmələrdən təmizlənməsini tələb edirdi. Olduqca böyük bir yük altına girdiyimi hiss edirdim". Bu, dr. Nərgiz Əliyevanın məlumatların toplanması təhlilində, sonra xronoloji qaydada tərtibində sərf etdiyi böyük zəhməti göstərir.

 

Alim qeyd edir ki, on beş əsrlik tarixə malik İslamın yarandığı dövrlərdən Azərbaycan ərazisində İslam mədəniyyəti məkanının formalaşması başlamışdır. Bu proses cəmiyyətin həm ictimai-iqtisadi, həm mədəni-ideoloji sahələrində təzahür etmişdir. Orta əsrlərdə Azərbaycanda baş vermiş hər bir mühüm tarixi hadisədə İslam faktorunun izi vardır. Bütün bunlara baxmayaraq, İslam mədəniyyəti uzun müddət ərzində zəif öyrənilmiş, hüquqi etik normaları özündə ehtiva edən islam dininə obyektiv qiymət verilməmiş, hər şeydən əvvəl isə elmi metodologiyaya məhəl qoyulmamışdır. Bu səbəbdən lazımi obyektiv yanaşmadan uzaq qalmışdır.

 

Əsəri qiymətli edən məziyyətlərdən biri budur ki, müəllif monoqrafiyasında XI-XIII əsrlərdə yaşayıb-yaratmış ilkin ərəbdilli mənbələrə geniş istinad etmişdir. Əd-Daraqutni (918- 995), Xətib Bağdadi (ö.1071-ci il), İbn ən-Nədim, Hakim Nişapuri (h.300 (912)- illərin II yarısında), İbn Makula (ö.1095), əs-Səmani (1113-1167), İbn Nöqtə (ö.629/1232), Əbu Tahir əs-Siləfi (1085-1180), İbn əs-Sabuni (1207-1282), İbn Xəllikan (1211-1282), İbn Əbi Useybiyə (ö.1269), İbn əl-Qifti (ö.1248), İbn əl-Qaysarani, İbn əl-Cavzi, Əbülfəllah əl-Hənbəli, Yaqut əl-Həməvi (1178-1179-/1226-1227), İbn əl-Füvati, əl-Əskəlani, əz-Zəhəbi, İbn Qutlubuğa, İbn Səad əl-Bəsri, Hacı Xəlifə, əs-Suyuti digər ərəbdilli müəlliflərin əsərlərində Azərbaycan mədəniyyətinin formalaşmasında böyük rol oynamış elm adamları barədə maraqlı məlumatlar verilmişdir. Bundan başqa, monoqrafiyada müasir tədqiqatçıların əsərləri diqqətlə nəzərdən keçirilmiş, Azərbaycan, Qərb, Türkiyə Rusiya alimlərinin mövzu ilə bağlı araşdırmalarına da yer verilmişdir.

 

Kitabda mövzuya dair istifadə edilmiş zəngin mənbələr gələcəkdə bu problemlə bağlı digər tədqiqatçılar üçün vasitə olacaqdır.

 

Kitabla tanış olduqdan sonra bu qənaətə gəlirik ki, Azərbaycanın qədim karvan yollarının üzərində yerləşməsi tacirlərin alimlərin xilafətin ətraf bölgələrindən gəlib orada məskunlaşmasına yazıb-yaratmağına səbəb olmuşdur. Bu da elm, mədəniyyət beşiyi olan Azərbaycan əhalisinin başqa xalqların mədəniyyəti ilə tanış olmasına, müxtəlif sənətkarlıq növlərinin inkişafına çiçəklənməsinə gətirib çıxarmışdır.

 

Tarixçi alim Nərgiz Əliyevanın "Azərbaycanda İslam mədəniyyəti" (VII-XIII əsrlər) adlı əsəri oxucunu sanki Azərbaycan tarixinin gizli qalmış səhifələrinə səyahətə aparır. Eyni zamanda, İslamın ilk vaxtlarından başlayaraq Azərbaycanda İslam mədəniyyətinin yaranmasını ilahi vəhy diyarı ilə ona ruhən, əqidəcə mədəniyyət baxımdan bağlı olan ölkə arasında qədim tarixi yaxınlığı dərin mədəni əlaqələri göstərir. Kitabda bütün bunların müfəssəl elmi əsasda təqdim edilməsi araşdırılması onu göstərir ki, müəllif Azərbaycan mədəniyyəti tarixini, ilkin İslam dövrü ilə bağlı irsini yaxşı bilir.

 

Bu maraqlı kitabı oxuyarkən həqiqətən zövq almamaq olmur. Onu mütaliə edib çox faydalandım. Kitab sevdiyimiz, bağlı olduğumuz bir ölkə haqqında mühümunudulmuş şeyləri bizə öyrətdi. Bizlər bir-birimizlə sıx bağlıyıq. Dini ruhumuz və mədəni varlığımız bizi elmə-biliyə, eləcə də orada və bilmədiyimiz başqa ölkələrdə itmiş ortaq tariximizi axtarmağa sövq edir. Bu kitab böyük ümmətimizin keçdiyi nəhəng hadisələrlə basdırılmış, üzəri qalın dumanla örtülmüş tariximizi üzə çıxarmağa çağırır.

 

Bu ciddiunikal elmi işə görə doktor Nərgiz Əliyevaya dərin təşəkkürümü bildirir, onu bu uğurlu nəticə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, o, digər qiymətli kitablarının tərcüməsini də təqdim edəcək. Şübhəsiz, bu da oxucular üçün faydalı olacaq.

 

 Dr. Əl-Həssan, ŞƏHİD Usuluddin fakültəsinin professoru

 

Tatuan, Mərakeş

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.15.