Elvin Əlizadə ilk şeirlər kitabını Sumqayıtda imzaladı

 

Gənc şair Elvin Əlizadənin ilin əvvəlindən planlaşdırılan "-29" adlı ilk şeirlər kitabının çapı geciksə də, imza günü vaxtında baş tutdu. "-29"un nəfis tərtibatından, təqdimat mərasimindən açıq-aydın görünürdü ki, kitabı bu vaxta qədər gözləməyə dəyərmiş...

 

İmza günü aprelin 16-sı MİHİ Sumqayıt şəhər Komitəsinin və Əli Kərim adına Sumqayıt Poeziya Evinin birgə təşkilatçılığı ilə keçirildi.  Qonaqların çoxluğu (məşhur simalar, tanınmış ədəbi imzalar, oxucular, dövlət qurumlarının nümayəndələri və b.) Elvin Əlizadənin ədəbi mühitdə yeni imza olmadığının əsas göstəricisi idi. Aparıcılığı Əməkdar artist Cəlal Məmmədov öz öhdəsinə götürmüşdü.

 

Kitabın "Ön söz" müəllifi, Poeziya Evinin direktoru İbrahim İlyaslı tədbiri açıq elan edərək Elvinin yaradıcılığından danışdı.

 

Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri Rəşad Məcid, Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Qubadlı bölməsinin sədri Namiq Məna, Sumqayıt bölməsin sədri Gülnarə Cəmaləddin; professor Rafiq Yusifoğlu; şairlər Əşrəf Veysəlli, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Ramiz Qusarçaylı, qiraətçi Xəzər Süleymanlı, Əməkdar jurnalist Rəhman Orxan və digər tanınmış söz adamları müəllifi təbrik etdilər.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti şair Əkbər Qoşalı, Sumqayıt İcra Hakimiyyətinin əməkdaşları Tərlan Hacıyev, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov,  YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva və baş məsləhətçisi Fəsli Nəbiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Həsənova, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və digər qurumların nümayəndələri Elvin Əlizadəyə yaradıcılıq uğurları arzuladılar.

 

 

 

Əyyub Qiyas, Ehtiram İlham, Almaz Bəyazid, Ədalət Nicat, Şəhla Vahid, Amil Babayev, Samir Hacı, Elşad Xaqan, Xatirə Fərəcli, Hümbət Həsənoğlu, Xəqani Abbasəli Öztürk, Süleyman Sərraf, Əli Nəcəfxanlı, Xan Rəsuloğlu, Miraslan Rasim, Emin Piri, Vasif Zöhraboğlu,  Taleh Mənsur, İntiqam Yaşar, Mansur Həsənzadə, Habil Rza Nur, Aqşin Evrən, Günay Ümid, Aygün Yaşar, Gülnar Ümid, Aypara Ayxan, Vüsal Yurdoğlu, Valeh Qoca, Vüsal Ağa və digər qələm sahibləri əvvəldən sonacan tədbirin fəal iştirakçısı oldular.

 

Müəllifin şeirlərinin Aşıq Ruhiyyə Qarabağlı tərəfindən sazda,  "Xalq Ulduzu" yarışmasının qalibi, xanəndə Tural Salmanovun muğam üçlüyü ilə ifası tədbirə əlavə rəng qatdı.

 

Tədbirdə Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz və bir sıra gənc müəllimlər müəllifin şeirini kompozisiya şəklində ifa etdilər və səbəbkara Xarı bülbülü simvolizə edən qələm bağışladılar. Elvinin müəllifi olduğu şeirin müəllimi Cəmalə Əliyeva tərəfindən səsləndirilməsi tədbir iştirakçılarının marağına səbəb oldu.

 

Sonda Elvin Əlizadə təqdimat iştirakçıları üçün "-29"un nüsxələrini imzaladı.

 

Elvin İNTİQAMOĞLU

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.12.