Bakıda görkəmli türk ədibi Serhat Kabaklının 70 illiyi qeyd edilib

 

Görkəmli türk şairi ziyalısı, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illiyi münasibətilə aprelin 18-də Bakıda yubiley tədbirləri keçirilib. Həmin gün əvvəlcə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva yubilyarı komitədə qəbul edib. S.Kabaklını yubiley münasibətilə təbrik edən komitə sədri onun Türk dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafındakı yorulmaz fəaliyyətindən bəhs edib: "Sayın Serhat bəy, sizin özünüz, daşıdığınız soyad, mənsub olduğunuz ailə, eləcə başqanı olduğunuz Türk Ədəbiyyat Vəqfi bizlər üçün doğma əzizdir.

 

Siz ədəbiyyatın, sənətin estetik dəyərləri, bəşəri çağırışları ilə yanaşı, milli davamızı, o cümlədən, Azərbaycan həqiqətlərini, qardaşlıq ruhumuzu öz yaradıcılığınızda təcəssüm etdirirsiniz. Bir şair, pedaqoq, ədəbiyyatşünas yanarürəkli Türk aydını olaraq böyük şöhrət sahibisiz.

 

Sizi 70 illik yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!"

 

Bu görüşün S.Kabaklının yubileyi münasibətiylə təşkil olunmuş silsilə tədbirlərin ilki olduğunu vurğulayan komitə sədri bundan sonra paytaxt Bakıda Sumqayıt şəhərindəki önəmli mədəniyyət qurumlarında möhtəşəm yubiley tədbirləri keçiriləcəyini S.Kabaklının bu diqqətə layiq olduğunu deyib.

 

 

 

Görüşdə Türk Ədəbiyyatı Vəqfinin onun nəzdində çap olunan "Türk Ədəbiyyatı" jurnalının fəaliyyəti geniş müzakirə olunub. Jurnalın baş redaktoru İmdat Avşar bu il "Türk Ədəbiyyatı"nın 50-ci ilinin tamam olduğunu yaxın gələcəkdə bir özəl sayın Şuşaya həsr ediləcəyini diqqətə çatdırıb.

 

70 illik yubileyinin ilk tədbirinin Bakıda keçirilməsindən böyük məmnunluq duyan S.Kabaklı bu diqqət qayğı üçün minnətdarlığını bildirib.

 

Görüşün sonunda Q.Paşayeva S.Kabaklıya komitənin təbrik məktubunu təqdim edib qonaqlara Azərbaycan, Qarabağ motivli hədiyyələr verib. S.Kabaklı da öz növbəsində Türk Ədəbiyyatı Vəqfinin hazırladığı uşaq ədəbiyyatı nəşrlərini Q.Paşayevaya hədiyyə edib.

 

Serhat Kabaklının 70 illiyinə həsr olunan növbəti tədbir Milli Kitabxanada keçirilib. Bu tədbiri Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Milli Kitabxana, "Nəfəs" İctimai Birliyi Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİM) birgə təşkil edib.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, S.Kabaklı Türk dünyası yazıçıları arasında çox tanınan, Azərbaycan ədəbiyyatının təbliğində mühüm xidmətləri olan bir şəxsiyyətdir. Onun fəaliyyətilə bağlı ən önəmli məqamlardan söz açan K.Tahirov yubiley münasibətilə S.Kabaklını təbrik edib bu tədbirin Milli Kitabxanada keçirilməsi təklifini irəli sürmüş Komitə sədri Q.Paşayevaya öz təşəkkürünü bildirib.

 

Q.Paşayeva isə öz növbəsində S.Kabaklını Vətənə, torpağa bağlı olan, əslən Azərbaycan kökənli fədakar insan, məşhur ədib Əhməd Kabaklının layiqli davamçısı kimi dəyərləndirib. Sonra o, yubilyarın "Bil, oğlum" şeirindən bir parçanı səsləndirib öz dəstəyini Azərbaycandan heç zaman əsirgəməyən qardaş Türkiyəyə təşəkkürünü ünvanlayıb.

 

 

 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı S.Kabaklı başda olmaqla qardaş Türkiyədən gələn bütün qonaqları salamlayıb bu yubiley tədbirlərinin Azərbaycanda təşkilini çox sevindirici məqam kimi vurğulayıb: "Türk Ədəbiyyatı" dərgisi təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq ədəbi dərgisidir".

 

S.Rüstəmxanlı S.Kabaklının poetik yaradıcılığından da danışaraq, onun şah əsəri saydığı "Bil, oğlum" şeiri üzərində xüsusi dayanıb, daha sonra yubilyarı təbrik edərək ona "Bakı mənzərəsi" adlı tablo bağışlayıb.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də S.Kabaklının yubileyinin Bakıda keçirilməsində xüsusi xidməti olan Q.Paşayevaya təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbir həm də S.Kabaklının gördüyü mühüm işlər üçün minnətdarlıq əlamətidir: "AYB olaraq Serhat bəylə birlikdə son illər ərzində bir çox tədbirlər keçirmişik. Əhməd Kabaklının əsərinin Azərbaycan dilinə tərcüməsi, eləcə də Xalq yazıçısı Anarın yubileyinin Türk Ədəbiyyatı Vəqfində keçirilməsi bunlara önəmli misal ola bilər. Həmin tədbir zamanı Xalq yazıçısı Anara ilk dəfə olaraq "Yaşayan Dədə Qorqud" mükafatı verilib, daha sonra Sabir Rüstəmxanlıya, İsa Həbibbəyliyə, Kamal Abdullaya həmin mükafat təqdim olunub. Bütün bunlar da Azərbaycan ədəbiyyatına yüksək diqqətin, qayğının göstəricisidir və buna görə Serhat bəyə, onun rəhbərlik etdiyi quruma minnətdarıq".

 

Millət vəkili Vüqar İsgəndərov çıxışında S.Kabaklı kimi şəxsiyyətin yubiley tədbirinin keçirilməsini böyük hadisə adlandırıb və yubilyarın fəaliyyəti haqqında fikirlərini söyləyib.

 

Tədbirin davamında "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, "Regional hüquqiiqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı, tərcüməçi İmdad Avşar, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri Məmməd Əliyev, professor Elman Quliyev, şair, tərcüməçi, Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri Elxan Zal, Azərbaycan Nəşriyyatları İctimai Birliyin sədri Şamil Sadiq, şair Aysel Səfərli və digərləri çıxış edərək S.Kabaklını yubileyi münasibətiylə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Kabaklı ailəsinin Güney azərbaycanlı üzvü Saba Cəfəri Serhat Kabaklının və atası, məşhur güneyli şair Huşəng Cəfərinin şeirlərini səsləndirib.

 

Çıxışlardan sonra Qənirə Paşayeva, Firəngiz Balakişiyeva, Arzu Bağırova, Şamil Sadiq və başqaları yubilyara müxtəlif xatirə hədiyyələri təqdim ediblər.

 

Öz növbəsində Serhat Kabaklı tədbirin təşkilində zəhməti olan və çıxış edən hər kəsə öz təşəkkürünü bildirib, bu günü ömrünün ən gözəl məqamlarından biri kimi qiymətləndirib. Sonda Türk Ədəbiyyatı Vəqfi tərəfindən Q.Paşayevaya Vəqfin "Şərəf üzvü" diplomu, K.TahirovF.Balakişiyevaya "Təşəkkürnamə"lər verilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.8.