"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir"

 

QURULTAYA HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞMAQ ÜZRƏDİR

 

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Artıq Qurultayın keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

 

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, Birinci İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Tədbirdə 65 ölkədən - Ukrayna, Rusiya, Belarus, Fransa, Niderland, İsveç, Danimarka, Avstriya, Almaniya, İsveçrə, Monteneqro, Polşa, Rumıniya, Çex Respublikası, Yunanıstan, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Meksika, Çili, Kosta Rika, Yeni Zelandiya, Yaponiya, Çin Xalq Respublikası, Cənubi Koreya, Nigeriya, Misir, Oman, Türkiyə Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan digər ölkələrdən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

 

Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələrin təşkili planlaşdırılır. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

 

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma xarakterli kampaniyaya start verilib. Artıq paytaxt Bakıda Şuşa istiqamətində yollarda qurultayın başlanması ilə bağlı lövhələr yerləşdirilib. Lövhələrdə Şuşanın görüntüsü fonunda V Qurultay barədə qısa məlumat şüarlar əks olunub.

 

Millət vəkili Ceyhun Məmmədov "525"ə bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir: "Dünya Azərbaycanlılarının V Qurultayının torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüfi etməsi, bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti rəmzi mənası var. Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçirilməsi çox əlamətdar bir hadisədir. Məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş qətiyyətli siyasəti bu reallığı mümkün etdi".

 

Politoloq İlqar Vəlizadə bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atacaqlar: "Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən olan  diaspor nümayəndələrinin ilk dəfə Şuşada toplaşması tarixi hadisədir. Şuşa şəhəri dünya azərbaycanlılarının qurultayına ev sahibliyi edəcək dünyada yaşayan azərbaycanlılar Şuşada - öz Vətənlərində bir araya gələcəklər".

 

Millət vəkili Sevil Mikayılova vurğulayıb ki, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi olduqca qürurvericidir. Ötən qurultaylardan fərqli olaraq, bu dəfə Azərbaycan diaspor təmsilçiləri qalib xalqın nümayəndələri kimi bir araya gələcək. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi torpaqlarda diaspor nümayəndələrinin görüşməsi, müzakirələr aparması Qarabağ həqiqətlərinin dünyaya çatıdırılması kimi, Qarabağın bərpasına da öz töhfəsini verəcək. Prezident İlham Əliyevin diqqət qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib diasporla dövlət siyasətinə çevrilib. Azərbaycanda diaspor quruculuğuna hələ ümummilli lider Heydər Əliyevin dövründə onun rəhbərliyi altında başlanılıb. Heydər Əliyevin rəhbərliyi ilə 1999-cu ilin dekabr ayında dünya azərbaycanlılarının I qurultayı keçirilib, 2002-ci ildə isə Azərbaycanın diaspor siyasətini koordinasiya etmək məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması ümummilli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olub". S.Mikayılova qeyd edib ki, müstəqillikdən ötən illər ərzində Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün "Qarabağ" adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır: "Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub".

 

Millət vəkilinin dediyinə görə, son dövrlər Azərbaycan diaspor təşkilatları uğurla inkişaf edir, koordinasiya mərkəzləri yaradılır: "Tarixi qələbə qazandığımız ikinci Qarabağ müharibəsində diasporamızın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlarla ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun bütün nümayəndələri Ali Baş Komandanın ətrafında "dəmir yumuruq" kimi birləşməyi bacardı. Bu dövrdə diaspor nümayəndələri dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdı. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız dost xalqların nümayəndələri iştirak edib. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib. Bu da onu göstərir ki, Azərbaycan diasporu milli maraqlar üçün əlindən gələni etməyə hazırdır".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.6.