“Gəncliyin sözü”
kitabı ADMİU-da təqdim olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” kitabının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a
ADMİU-dan məlumat
verilib. Bildirilib ki, tədbirə
moderatorluq edən Əməkdar incəsənət
xadimi, ADMİU-nun kafedra
müdiri professor Əli
Əmirli nəşrin
əhəmiyyətindən danışıb. Professor kitabın ilk təqdimatının
ADMİU-da keçirilməsinin
əlamətdar hadisə
olduğunu vurğulayaraq
bildirib ki, incəsənətin müxtəlif
sahələrində təhsil
alan tələbələrin
gənc yazarları tanıması çox mühümdür. Bu, gələcəkdə mədəniyyət
sahəsində önəmli
layihələrin həyata
keçirilməsində rol
oynayacaq faktordur.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar çıxışında rəhbəri
olduğu qurum haqqında geniş məlumat verərək deyib ki, bu
tədbir ADMİU-da yetişən yeni qələm sahiblərinin
təşkilata cəlb
olunması üçün
də əlverişli
şəraitdir.
İ.Yaşar bildirib ki, birinci
cildində 55 yazarın
qələm örnəkləri
toplanmış kitabın
gələcəkdə növbəti
cildlərinin də çapı nəzərdə
tutulur.
Tədbirdə qeyd edilib ki, “Yeni nəsil
yazarların təbliği
və gənclər arasında oxu mədəniyyətinin təşviqi”
layihəsinin rəhbəri
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin
eksperti Əkbər Qoşalı, tərtibçiləri
DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu,
tərtibatçı-dizayneri isə Əli Zeynalovdur. Kitabın paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif
ali təhsil
ocaqlarında və gənclər evlərində
də təqdimatı
keçiriləcək.
ADMİU-nun Kino və televiziya fakültəsinin
müəllimi, Əməkdar
jurnalist Zakir Abbas çıxışında
bu cür topluların Azərbaycan ədəbiyyatının ümidli
sabahından xəbər
verdiyini və təqdirəlayiq hadisə
olduğunu vurğulayıb. O, gənc
yazarların yaradıcılıqlarındakı
azad ruhdan və yenilik axtarışlarından da
bəhs edib və bunu müsbət
qiymətləndirib.
Universitetin Ədəbiyyat və dillər kafedrasının
müdiri professor Fəridə
Səfiyeva bu cür kitabın ilk təqdimatının ADMİU-da
keçirilməsinin əhəmiyyətindən
danışıb. Professor tələbələr
arasında ədəbiyyata
meyilli, yazı qabiliyyəti və istedadı olan tələbələrin az olmadığını
bildirib və DGTYB rəhbərliyinin bu münasibətlə universitetə
gəlişini hər
iki tərəfin bir-birini tanıması üçün önəmli
fürsət adlandırıb.
ADMİU-nun
mətbuat katibi, DGTYB-nin sədr müavini
Şahanə Müşfiq
çıxışında DGTYB-nin hər zaman
gənc istedadlara dəstək olduğunu, təkcə Azərbaycanda
deyil, bütün türk dünyasında yazıçı və şairləri öz ətrafına toplayaraq bir-birindən dəyərli
layihələrdə bir
araya gətirdiyini bildirib. Ş.Müşfiq istedadlı və
ədəbiyyata sevgisi,
marağı olan tələbələrə səslənərək
həm universitet əməkdaşı, həm
də DGTYB təmsilçisi
olaraq hər zaman onlara dəstək
üçün hazır
olduğunu qeyd edib. Sonra o, özünün kitabda yer alan
“Bir gün görsən ki...” və şair həmkarı Elvin Əlizadənin
“Dünən Zəngilana
getmişdim, ata” şeirlərini səsləndirib.
Daha sonra “Gəncliyin sözü” kitabında yazıları çap olunan ədiblərdən Valeh Qoca, Xəyalə
Sevil, Taleh Mansur və Çinarə Ömray nəşr haqqında fikirlərini bölüşüb, öz
şeirlərini oxuyublar.
Tədbirdə tələbələrin fikirləri
dinlənilib və sualları cavablandırılıb.
Sonda təqdimatın
ərsəyə gəlməsində
göstərdiyi dəstəyə
görə ADMİU-nun rektoru
professor Ceyran Mahmudovaya
təşəkkürünü bildirən İ.Yaşar xanım rektora, moderator Əli Əmirliyə və mətbuat katibi Şahanə Müşfiqə DGTYB-nin diplomlarını təqdim
edib.
Tədbirdə universitetin professor-müəllim
heyəti, tələbələr
və kitabda yazıları çap olunan qələm sahiblərindən bir qismi iştirak edib.
525-ci qəzet.- 2022.- 19 aprel.- S.9.