"Azərbaycanı tanıyan yaponların əksəriyyəti bizimlə dost olmaq istəyir"  

 

- Yaponiyaya təhsil almaq üçün getmişdiniz, hazırda isə orada nəinki biznes sahibi, həm də dövlət maraqlarımızı təmsil edən nümayəndə kimi fəaliyyət göstərirsiniz. Artıq Azərbaycan şərablarını bir brend kimi Yaponiya bazarına çıxarmağı bacarmısınız. Bu necə baş verdi?

- 2011-ci ildə Bakıdakı Yaponiya səfirliyində keçirilən imtahanda birinci yerə layiq görüldüm və Yaponiyanın istənilən universitetində təhsil almaq hüququ qazandım. 2012-ci ildə Hokkaydo Universitetinə siyasi elmlər üzrə təhsil almaq üçün Yaponiyaya gəldim.

 

Diaspor fəaliyyətim də elə təhsil illərimdən başlayıb və bu günə qədər, on ildən çoxdur ki, davam edir. Biznes həyatım isə 2015-ci ildən başlayıb.

 

Siz məni şərab ticarəti ilə bağlı tanıyırsınız. Amma mən ilk dəfə Azərbaycanın biyan və dağ balını Yaponiya bazarına çıxartmışam və bu işimiz düz beş il - 2020-ci ilədək davam edib. O vaxt yaponiyalı dostumla birgə şirkət yaratdıq. Bu şirkətin prioriteti Azərbaycan məhsullarını Yaponiya bazarına çıxarmaq və uğurlu, davamlı satışın təmin edilməsi idi. Biz Azərbaycan balını Kyotonun bir gecəsi yeddi yüz dollar olan məşhur hotellərindən birində səhər yeməyi menyusuna daxil etmişdik. Şərabla bağlı işlərimiz isə daha şaxəli və daha uğurlu oldu.

 

- Yaponiyada Azərbaycan məhsullarına maraq varmı? Bizi, ölkəmizi nə qədər tanıyırlar?

 

- Yaponların Azərbaycanı tanıması üçün bu günə qədər həm elmi, həm diaspor, həm də biznes sahəsində çox ciddi işlərimiz olub. Kitabım çap olunub və bunun əsasında bir çox yaponiyalı biznesmen Azərbaycanda şirkət açıb. Biznes fəaliyyətimin başladığı ilk illərdən bu günə qədər mindən çox yaponiyalı biznesmeni Azərbaycana aparmışıq. Ümumən isə, on il əvvəllə müqayisədə bu gün Azərbaycanı tanıyanların sayı daha çoxdur. Formula-1 yarışları, ən əsası II Qarabağ müharibəsində qazandığımız qələbə ölkəmizin Yaponiyada tanınmasında əhəmiyyətli rola malikdir.

 

Azərbaycanı tanıyan yaponların əksəriyyəti ölkəmiz haqqında müsbət rəyə malikdir və bizlərlə dost olmaq istəyirlər.

 

Məhsullarımıza gəldikdə isə, Azərbaycan məhsullarını onlara təqdim etdikdə maraq yaranır əldə etmək istəyirlər.

 

- Şərab biznesinizin daha uğurlu olduğunu qeyd etdiniz. Spesifik olaraq Azərbaycan şərablarına maraq yaratmağı, bazarda rəqabət qabiliyyətini sıfırdan qurmağı necə bacardınız?

 

- Bizdən əvvəl, təxminən 2014-15-ci illərdə Yaponiyanın bir şirkəti Azərbaycanın qərb regionundan şərab idxal edib, amma bu qısa zamanda dayandırılıb. Mən dəfələrlə bir çox şirkətə Azərbaycan şərablarının idxalını təklif etmişdim, nümunələr gətirib dekustasiya tədbirləri keçirmişdim, amma şirkətlər risk etmirdilər. Çünki Yaponiyadakı müştərilər məhsulu tanımırdı satışın uğurlu olacağı şübhə altında idi.

 

Buna baxmayaraq, mən şərablarımızın qiymət keyfiyyət baxımından rəqabət qabiliyyətinə inanırdım. Buna görə məhz özüm bu məsuliyyəti götürdüm öz şirkətim adından Azərbaycan şərablarını Yaponiya bazarına gətirdim.

 

 

 

- Sizcə, bu işi sizdən əvvəl görənlərin uğursuzluğunun səbəbi nədə idi? Daha doğrusu, sizin bu işdə uğurlu olmağınızın sirri nədir?

 

- Bizim şərab şirkətlərinin yeganə çatışmayan cəhəti hekayələrinin olmaması idi. O dövrlərdə isə artıq Yaponiyada gürcü şərabları at oynadırdı, hətta erməni şərabları da idxal olunurdu. Hər kəs Gürcüstanı şərabın vətəni olaraq qəbul edirdi.

 

Mən şərabla, onun tarixiylə bağlı çoxlu kitablar oxuduqdan sonra qərar verdim ki, tək Gürcüstana şərabın vətəni demək doğru deyil. Səkkiz min il əvvəl gürcülər vardı, azərbaycanlılar. Qafqaz dağları vardı bizim burda yaşayan əcdadlarımız güclü şərab mədəniyyətinə sahib idilər. Bu dağlarda günümüzdə həm Azərbaycan adlı ölkə yerləşir. Bu məntiqlə, "Gürcüstanla birlikdə Azərbaycan da şərabın vətənidir", - ifadəsini işlətməyə bu ad altında şərablarımızı reklam etməyə başladım.

 

Bu işdə sırf bizdə olan üzüm sortalarına üstünlük verdim. Yaponiyada "Mədrəsə" "Bayanşirə" sortlarını tanımırdılar. Yaponlar isə tanımadıqları hər şeyə xüsusi diqqətlə heyranlıqla yanaşır, öyrənməyə çalışırlar. Mənə lazım olan da məhz bu idi.

 

- Niyə məhz şərabı seçdiniz, tələbat yüksək idi, yoxsa özünüzdə bu sahəyə xüsusi maraq vardı?

 

- Özüm şərab fanatıyam, həm demək olar ki, bütün dünyanın şərablarının dadına baxmış biri kimi inanırdım ki, dad, keyfiyyət qiymət baxımından Azərbaycan şərabları Yaponiya bazarında satılacaq ona tələbat olacaq. Həm Azərbaycanın şərabın vətəni olduğuna inandığıma görə, məhz keyfiyyətli dadlı şərab vasitəsi ilə yaponlara Azərbaycanı tanıtmaq istəyirdim. Qoy görsünlər ki, "Made in Azerbaijan" brendi necə güclü keyfiyyətlidir, necə ki biz Yaponiyanı "Made in Japan" brendini gücünə keyfiyyətinə görə tanımışıq. Yaponiya təcrübəsini özlərinə qarşı istifadə etmək qərarına gəldim bu, uğurlu yolun əsasını qoydu.

 

 

 

- Bu proses sizin üçün çətin olmadımı?

 

- Əlbəttə, sırf biznes baxımından düşünsək, digər ölkələrin məşhur şərablarını gətirib satmaq daha gəlirli olardı. Amma həm elmi, həm diaspor fəaliyyətimdə olduğu kimi, biznes fəaliyyətimdə vətənimin adını - Azərbaycanı təmsil etmək hər zaman mənim öncəliyim olub. O, hər şeydən öncə gəlir. Bəlkə , buna görə Yaponiyada hər üç sahədə uğur qazana bilmişəm.

 

- Bəs satışdan razısınızmı?

 

- Əvvəllər Azərbaycanın da şərabın vətəni olduğu ideyası ilə diqqət cəlb etdikdən sonra, ölkəmizin şərab mədəniyyəti, şərabla bağlı tarixçəsi, digər əsas şərab ölkələri - Fransa, İtaliya, Amerika ilə əsas fərqləri haqqında kontingenti məlumatlandıraraq satışları təmin edirdim. İndi isə artıq bir çox dostlarım bu məlumatları özləri mənimsəyiblər və uğurlu satışlar edirlər. Hazırda Yaponiyada 400-dən çox mağazada, restoranlarda, hotellərdə, Mall-larda və şərab evlərində Azərbaycan şərabları müştərilərə təqdim edilir. Bu gün onlayn formada da Yaponiyanın istənilən nöqtəsindən Azərbaycan şərabını almaq mümkündür.

 

Amma bu işin gələcəyi daha böyük olacaq. Mənim fəaliyyətimin əsas məqsədi sabah mən burada fəaliyyət göstərməyəndə və bu dünyadan köçəndə belə, ortaya güclü, davamlı bir qoymaq olub. Mənim adım qalmasa da olar, əsas işimiz qalıcı olsun, Yaponiyada Azərbaycanın pərəstişkarları daima çoxalsın, bunun sayəsində də iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da güclü inkişaf etsin.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2022.- 20 aprel.- S11.